Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fənn: Quruda və dənizdə neftin və qazın boru kəməri ilə nəqli


Şəkil 5.10. təmizləyici qurğunun axtarışı sxemi



Yüklə 23,45 Mb.
səhifə70/70
tarix29.11.2023
ölçüsü23,45 Mb.
#139279
1   ...   62   63   64   65   66   67   68   69   70
Quruda və dənizdə neftin, qazın boru kəməri ilə nəqli mühazirə-1

Şəkil 5.10. təmizləyici qurğunun axtarışı sxemi
1-təmizləyici qurğu; 2-ötürücü; 3-antena; 4-işarəverici (qəbuledici); 5-baş telefonlar; 6-dəyişdirici indikator; 7-qaz kəməri; 8-qrunt

Təmizləyici qurğunun keçdiyi yeri işarələmək üçün (şəkil 5.11), qaz kəməri trassının qeyd olunmuş nöqtəsindən, antennanın makarasını xüsusi ştativdə qaz kəmərinin oxuna paralel yerləşdirilir. Ştativ qrunta elə yerdə bərkidilir ki, qaz kəmərinin xarici səthi yerə daha yaxın olsun.




Şəkil 5.11.təmizləyici qurğunun keçməsinin işarəverici sxemi
1-təmizləəyici qurğu; 2-ötürücü; 3-işarəverici; 4-səs işarəverici qurğu; 5-antena; 6-ştativ; 7-qaz kəməri; 8-qrunt

Telefon əvəzinə işarəvericiyə səs işarəvericisi birləşdirilir. Səs işarəverici qurğusunun girişinə daxil olan qəbuledicinin işarəsi, impulsa çevrilir ki, bu da öz növbəsində yüksəksəsli generatorun tezliyini qoşur. Ötürücü boru şəklində hazırlanır, daxilində generator, elektromaqnit indikatoru, akkumlyatorlar batareyası və işə qoşma qurğusu yaradılır.





    1. Neft kəmərlərinin həddindən yüksək təzyiqdən mühafizəsi

Aralıq nasos stansiyalarından (NS) hər hansı birinin qəflətən dayanması zamanı yüksək təzyiq dalğası yaranır ki, neft kəmərində səsin sürəti ilə mayedə əvvəlki nasos stansiyasına doğru hərəkət edir və stansiyanın yaratdığı təzyiq ilə toplanır. Bu zaman əvvəlki NS-nın yaxınlığında cəm təzyiq, işçi təzyiq də nəzərə çarpacaq dərəcədə arta bilər ki, bu da borunun möhkəmlik şərtinə uyğun deyildir. Magistral boru kəmərlərinin istismarı təcrübəsi göstərir ki, həddindən yüksək təzyiqdən borunun dağılması əvvəlki NS-in 20-40 km-də baş verə bilər.


Nasosdan nasosa işləyən boru kəmərində aralıq nasos stansiyasının qəflətən dayandırılması zamanı yaranan həddindən yüksək təzyiqin qarşısını almaq üçün aşağıdakı tədbirlər görülməlidir:

  • Yüksək təzyiq dalğasına qarşı, aşağı təzyiqli dalğa yaratmaq;

  • Yüksək təzyiq dalğasını onun yarandığı yerində söndürmək;

Aşağı təzyiqi yaratmaq üçün dayandırılmış nasos stansiyasından əvvəlki nasos stansiyasında bir yaxud bir neçə aqreqatı dayandırmaq üçün, rabitə xətti ilə işarə verilir. Bu zaman əvvəlki nasos stansiyasından yüksək təzyiqli dalğaya qarşı aşağı təzyiqli dalğa hərəkət edəcək və onlar görüşən zaman bir-birini söndürür. Nəticədə belə qarşılıqlı təsir əvvəlki NS-dən əvvəl təzyiqin təhlükəli artımı olmayacaq. Lakin bu zaman bir neçə əvvəlki NS-da bir neçə aqreqatın işləməsini də dayandırmaq lazımdır, belə ki, aqreqatların yalnız bir stansiyada dayandırılması digər əvvəlki stansiyalar istiqamətində həddindən yüksək təzyiq dalğasının yaranmasına səbəb olur.
Aşağı təzyiqli qarşılıqlı dalğanın yaradılması sisteminə aşağıdakılar daxildir:

  • Təhlükəli həyəcan təzyiqinin yaranması zamanı işarənin yaradılması üçün qurğu (məsələn, nasos stansiyasının birdən birə dayandırılması yaxud droselləşdirilmə sisteminə imtina);

  • Əvvəlki və sonrakı nasos stansiyaları ilə rabitə əlaqəsi;

  • İşarə daxil olan zaman bir yaxud bir neçə nasos aqreqatlarının dayandırılması üçün qurğu;

Aşağı təzyiqli dalğanın yaradılması sistemi dünyanın bir sıra boru kəmərlərində yaradılmışdır (məsələn, “Drujba” neft kəmərində).
İşarəni yaratmaq üçün xüsusi təhlükəli həyəcan datçiki hazırlanmışdır, hansı ki, böyük təzyiq sürətinin artması zamanı işarə verir (5-6 saniyə müddətində 1-1,2 MPa).
Xüsusi rabitə xətti vasitəsilə işarə, əvvəlki nasos stansiyasının yerli avtomatik idarəetmə sisteminə daxil olur ki, bu stansiyanın bir yaxud bir neçə nasos aqreqatının işi dayandırılır.Əgər neft kəmərində uyğun telemexanika sistemi vardırsa NS-nın dayandırılması işarəsini həmçinin dispetçer də verə bilər.
Aralıq NS-nın qəflətən dayandırılması zamanı neft kəmərinin yüksək təzyiqdən qorunması üçün aşağı təzyiqli dalğanı yaradan sistemin layihələndirilməsi və istismarı zamanı, təhlükəli təzyiqin yaranmaması üçün əvvəlki NS-da dayandırılması lazım olan nasos aqreqatlarının sayının hesablanması zəruridir və həmçininbu zaman boru kəmərinin buraxma qabiliyyətinin necə dəyişiləcək, eyni
zamanda daha hansı NS-də nasos aqreqatlarının dayandırılması tələb olunacaq. Bu suallara cavab vermək üçün aralıq nasos stansiyalarına malik magistral neft kəmərlərində qərarlaşmamış axın rejiminin hesablanması qaydasından istifadə etməliyik.



Yüklə 23,45 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə