Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fənn: Quruda və dənizdə neftin və qazın boru kəməri ilə nəqli


Azərbaycan neft sənayesinin inkişafı



Yüklə 23,45 Mb.
səhifə2/70
tarix29.11.2023
ölçüsü23,45 Mb.
#139279
1   2   3   4   5   6   7   8   9   ...   70
Quruda və dənizdə neftin, qazın boru kəməri ilə nəqli mühazirə-1

1.2. Azərbaycan neft sənayesinin inkişafı
Beləliklə, Azərbaycan neft sənayesinin inkişaf tarixində ilkin inkişaf mərhələsinin sürətli inkişafı ilə səciyyələnməsinə, Azərbaycanın dünyanın neft mərkəzlərindən birinə çevrilməsinə baxmayaraq, qeyri-sabitliklə üzləşmiş və ən başlıcası isə neftimiz birbaşa xalqa deyil, Çar Rusiyasının mənafeyinə xidmət etmişdir.
Sovet hakimiyyəti dövründə də Azərbaycanda neft sənayesi ardıcıl olaraq inkişaf etmiş, dünyadak ilk dəfə olaraq 1949-cu il 7 noyabrda açıq dənizdə sahildən 40 km, Bakıdan 90 km aralı Neft Daşlarında neft hasil edilməyə başlanmış, bəzi illərdə neft hasilatı SSRİ-dəki hasilatın 70%-dən çoxunu təşkil etmişdir. Xəzərdə aparılan intensiv kəşfiyyat-qazıma işlərinin nəticəsində «28 may», «Bahar», «Azəri», «Günəşli» və s. zəngin neft yataqları aşkar edilmiş, «Xəzər», «Bakı», «Şelf-1» və s. üzən qazma qurğuları tikilmiş, dəniz sualtı neft kəmərləri şəbəkəsi istifadəyə verilmiş və 1983-cü ildən ölkəmiz «Qroznı-Bakı» kəməri vasitəsilə keçmiş ittifaqın vahid neft kəmərləri sisteminə qoşulmuşdur. Bütün bunlara baxmayaraq, bu dövrdə də neft birbaşa Azərbaycan xalqının rifah halına deyil, əsasən, Sovet hakimiyyətinin mənafeyinə xidmət etmişdir. Azərbaycanın kifayət qədər şaxələnmiş boru kəmərləri şəbəkəsinin və ixrac kəmərlərinin olmamasına, əlalxüsus, Sovet təsərrüfat sistemindən irəli gələn qarşılıqlı iqtisadi əlaqələr mexanizminə görə dənizdə və quruda istehsal olunan neft Bakı neftayırma zavodlarında emal olunmuş, respublikamızın tələbatı ödənildikdən sonra, qalan hissəsi baha başa gələn dəmiryolu vasitəsi ilə keçmiş ittifaqın müxtəlif regionlarına nəql edilmişdir.
Keçmiş SSRİ vaxtında yaradılmış nəqliyyat infrastrukturu Orta Asiya və Azərbaycan neftini dünya bazarına yalnız Rusiya ərazisindən keçməklə çatdırılmasını nəzərdə tuturdu.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, uzun tarix boyu formalaşan neft sənayesi özünün lazımi səviyyədə olan yüksək ixtisaslı elmi və mütəxəssis kadrlarını yetişdirmiş, Sovet ittifaqının dağılması ərəfəsində Azərbaycanda başqa sahələrdə olduğu kimi, neft sektorunda da yaxşı maddi-texniki baza yaradılmış, neftçi-geoloqlarımız tərəfindən çoxlu sayda (əsasən, Xəzər dənizi hövzəsində) perspektivli neft və qaz strukturları aşkar edilmişdir ki, bunların da çox hissəsi istismara verilməmişdir.
Sovet İttifaqı dağıldıqdan sonra, 1991-ci ilin oktyabrın 28-də Azərbaycanın öz müstəqilliyini dünyaya bəyan etməsi ilə neft sənayesinin tarixində yeni keyfiyyət və kəmiyyət mərhələsi başlanmışdır. Bu tarix müstəqil Azərbaycanın öz milli sərvətlərinə sahib olma, iqtisadiyyatının, neft sektorunun dirçəliş tarixi kimi də qiymətləndirilməlidir. Əfsuslar olsun ki, bu zaman ermənilərin təcavüzü ilə bağlı Azərbaycanın üzləşdiyi müharibə, iqtisadi və siyasi proseslərin idarə olunmaması, respublikada mövcud olan qeyri-stabillik amilləri Azərbaycana xarici investorların gəlişini və kapital qoyuluşunu bir neçə il qeyri-mümkün etmişdir.
Məhz 1993 – cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin səyi ilə tezliklə ölkədə olan qeyri-sabitliyin, hərcmərclik yaratmaq istəyən daxili, xarici qüvvələrin cəhdlərinin qarşısı alındı və dövlət quruculuğunun möhkəmləndirilməsinə, xalqımızın mənafeyinə uyğun düşünülmüş siyasət yeridilməyə başlanıldı ki, bu da xarici investorların Azərbaycana maraq göstərmələrinə böyük təkan verdi. Bu marağın digər səbəbləri Azərbaycan iqtisadiyyatının böhran vəziyyətindən çıxarılmasında və yenidən inkişaf etdirilməsində neft amilinin rolu və onun prespektiv imkanları, neft hasil edib-etməməsindən asılı olmayaraq dünya dövlətlərinin öz iqtisadiyyatlarını neft biznesi və onun inkişafı ilə əlaqəli qurmağa çalışmaları, neft amilinin ötən dövrlərdəkindən bu gün daha çox strateji əhəmiyyət kəsb etməsi və Xəzərin artıq təsdiq olunmuş proqnozlara görə zəngin neft və qaz ehtiyyatlarına malik olması ilə bağlı idi.
Azərbaycan üçün Xəzər həddindən çox maraq doğurur və öz zəngin karbohidrogen ehtiyyatlarının mənimsənilməsi və dünya bazarına çatdırılması baxımından o, Xəzər regionunda xüsusi yer tutur. Çünki ölkənin neft sənayesinin inkişafının əsas perspektivləri dəniz yataqları–Xəzərin Azərbaycan sektorundakı perspektiv neft-qaz strukturları ilə bağlıdır. Xəzər hövzəsinin ən çox öyrənilən sahəsi məhz Azərbaycan sektorudur ki, burada da 145-dən çox perspektivli struktur aşkar edilib ki, bunun da 72-si dənizin 200 m-dən dərin olan sahələrini əhatə edir.
Müstəqillik şəraitində ölkəmizdə investisiya-kapital resurslarının məhdudluğu və çatışmaması, texnoloji potensialın zəif olması, dünya standartlarına cavab verən müasir texnika və texnologiyaya kəskin ehtiyacı olması hallarını nəzərə alaraq siyasi müstəqilliyini iqtisadi müstəqilliklə möhkəmləndirmək üçün Azərbaycan neft amillindən istifadə edərək dünyanın iri neft şirkətlərini cəlb etməklə ölkəmizin uzun müddətli perspektiv sosial-iqtisadi inkişafını təmin etmək məqsədi ilə prioritet və strateji istiqamət kimi özünün mühüm əhəmiyyət kəsb edən neft strategiyasını işləyib hazırlamağa başladı.



    1. Şimal” və “Qərb” ixrac boru kəmərləri

1994-cü ilin sentyabrın 20-dən çox mürəkkəb siyasi və iqtisadi şəraitdə «Əsrin müqaviləsi»nin bağlanması ilə Azərbaycan demək olar ki, özünün neft strategiyasının əsasını qoydu. Bu tarix həm də Azərbaycan üçün yeni neft erasının başlanğıcı demək idi. ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanının 12 ən iri neft şirkətləri ilə bağlanan «Əsrin müqaviləsi» «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının işlənməsinə dair neft hasilatı və pay bölgüsü üzrə tarixi bir razılaşma idi.
«Əsrin müqaviləsi»nin bağlanması Azərbaycanın neft-qaz sektoruna yeni-yeni investisiya axınına, neft müqavilələrinin bağlanması üçün şərait yaratdı və investisiya layihələrinin realizə edilməsi karbohidrogen ehtiyatlarının nəqli problemini ortaya çıxarmışdır.
Müqavilənin şərtlərini yerinə yetirmək məqsədilə yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti «Çıraq-1» platformasından çıxarılan «ilkin» neftin nəqli üçün regional xarakterli 2 ixrac marşrutun - Bakı-Novorossiysk (Şimal) marşrutu və «Bakı-Supsa» (Qərb) marşrutu neft kəmərlərinin layihələri üzərində dayanmağı məqsədəuyğun saydı. Çox keçmədi ki, hər iki marşrut üzrə «ilkin» neftin dünya bazarına nəql olunması reallaşdı. Məlum olduğu kimi ötürmə qabiliyyəti ildə 5-6 milyon ton, uzunluğu 1411 km olan «Bakı -Novorossiysk» ixrac kəməri Sovet dövründə fəaliyyət göstərən «Bakı-Qroznı» boru kəməri bazasına quraşdırılaraq 1997-ci il 27 oktyabrda işə salındı. Bu kəmərin nisbi üstün cəhəti odur ki, kəmərin ötürmə qabiliyyətini ildə 14 milyon tona çatdırmaq üçün texniki imkanlar vardır.
«Bakı-Xaşuri» kəməri bazasında yaradılan ikinci alternativ ixrac kəməri olan «Bakı-Supsa» kəməri isə 1999-cu il 17 apreldə istismara verildi və uzunluğu 850 km, ötürmə qabiliyyəti 7,5 milyon tondan çox olan bu kəmər şimal marşrutu ilə müqayisədə daha əlverişli, Azərbaycanın maraqlarına uyğun olan kəmər kimi qəbul olundu.
Sözü gedən ixrac kəmərlərinin müsbət, çatışmayan cəhətlərinə, eləcə də yaranan ciddi problemlərə və onların iqtisadi səmərəlilik baxımından bir-birindən çox fərqlənməmələrinə baxmayaraq zaman göstərdi ki, hər iki neft kəmərinin çəkilməsi haqqında çıxarılan qərar çox düzgün və müdrik qərar idi.


Yüklə 23,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə