Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fənn: Quruda və dənizdə neftin və qazın boru kəməri ilə nəqli


Magistral boru kəmərlərinin layihələndirilməsi qaydası



Yüklə 23,45 Mb.
səhifə9/70
tarix29.11.2023
ölçüsü23,45 Mb.
#139279
1   ...   5   6   7   8   9   10   11   12   ...   70
Quruda və dənizdə neftin, qazın boru kəməri ilə nəqli mühazirə-1

2.1. Magistral boru kəmərlərinin layihələndirilməsi qaydası
Magistral boru kəmərlərinin layihələndirilməsi və tikilməsi, neft-qaz sənayesi və boru kəmərləri ilə neft, neft məhsulları və qazın nəqlolunmasının inkişafı və bununla əlaqədar olaraq yerləşdirilməsi sxemindən irəli gəlir. Bundan başqa, ölkə ərazisində sənaye qüvvəsinin yerləşdirilməsi, eyni zamanda nəhəng və mürəkkəb boru kəmərlərinin layihələndirilməsi və tikilməsinin təsdiq edən texniki-iqtisadi əsaslandırılmaya uyğun olaraq, iqtisadi məqsədəuyğunluq və təsərrüfat zərurətindən irəli gəlməlidir.
Magistral boru kəmərlərinin tikintisinin texniki-iqtisadi əsaslandırılmasında (TİƏ) perspektivdə məhsulun nəql olunmasında tələb aşkar olunur, təchizat ərazisi müəyyənləşdirilir, nəqlolunmanın həcmi əsaslandırılır, boru kəmərini baş və son məntəqələri müəyyənləşdirilir, həmçinin məhsulun yolüstü atqı yerlərinə aydınlıq gətirilir.
Sxem və TİƏ tərtib olunarkən boru kəmərinin əsas parametrləri təyin olunur (diametr, işçi təzyiq, neftnəqledici stansiyaların sayı) və iriləşdirilmiş göstəricilər ilə boru kəmərinin tikintisinin dəyəri ilə qabaqcıl ölkədaxili və xarici boru kəmərləri ilə və həmçinin digər nəqlolunma növləri ilə müqayisəsi verilir. Təsdiq olunmuş əsasnaməyə uyğun olaraq, tərtib olunmuş sxem və TİƏ qəbul edildikdən sonra maraqlı tərəf layihələndirilməyə tapşırıq verir.
Tapşırıq layihə təşkilatının iştirakı ilə tərtib olunur və həmin təşkilata layihələndirilməyə tapşırıq verilir.
Tapşırıqda aşağıdakı əsas verilənlər göstərilir: boru kəmərinin təyinatı, tikintinin növbəliliyinə əsasən bölgüyə uyğun olaraq illik buraxma qabiliyyəti; neft və neft məhsulları kəmərləri üçün hər bir məhsulun sayını göstərməklə, ardıcıl nəqlolunmaya aid olan neft və neft məhsullarının adları bütün neft və neft məhsullarının xarakteristikaları, boru kəmərinin istiqaməti (başlanğıc, son və zəruri hallarda aralıq məntəqələr); yolüstü atqı və qoşqu məntəqələrinin adları, həmçinin növlərinə görə miqdarı, növbə üzrə tikintinin başlanması və bitməsi müddəti; layihə və tikinti təşkilatlarının adları. Bunlardan başqa layihələndirilmə tapşırığında bəzən boru kəmərinin diametri, hansı poladdan hazırlanması və həmçinin layihəçi hansı avadanlıqlara istinad etməlidir.
Boru kəmərinin layihələndirilməsi zamanı layihə tapşırığı əsas sənəd hesab olunur və oradakı bütün qaydalar bütün qaydalar layihədə öz əksini tapmalıdır. Layihəçi təşkilat, layihə tapşırığını əsas sənəd kimi qəbul edib, onun bütün verilənlərini diqqətlə öyrənməlidir. Tapşırıqdan sapmalar (kənara çıxmalar) FİƏ ilə sübut edilməli və tapşırığı verən təşkilat ilə razılaşdırılmalıdır.
Layihələndirilmə bir qayda olaraq, iki mərhələdə aparılır: texniki layihələndirilmə və işçi rəsmlər.


Yüklə 23,45 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə