Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fənn: Quruda və dənizdə neftin və qazın boru kəməri ilə nəqli



Yüklə 23,45 Mb.
səhifə6/70
tarix29.11.2023
ölçüsü23,45 Mb.
#139279
1   2   3   4   5   6   7   8   9   ...   70
Quruda və dənizdə neftin, qazın boru kəməri ilə nəqli mühazirə-1

I sinif – (1000 -1400) mm;
II sinif – (500 -1000) mm;
III sinif – (300- 500) mm;
IV sinif – 300 mm–dən kiçik.
Təbii qazların nəqlini həyata keçirən magistral qaz kəmərləri kəmərdəki işçi təzyiqinə görə iki sinfə bölünür:
I sinif – (2,5 10,0) MPa;
II sinif – (1,2 2,5) MPa.
Qaz kəmərlərinin buraxma qabiliyyəti təzyiq və diametrdən asılı olaraq dəyişilir. Birxətli qaz kəməri üçün buraxma qabiliyyəti diametrdən asılı olaraq ildə 10 -50 mlrd.m3 təşkil edir. Layihələndirmənin texnoloji normalarýna görə magistral neft və neft məhsulları kəmərlərini seçərkən diametr, təzyiq və buraxma qabiliyyətindən asılı olaraq cədvəl 1-də göstərilən asılılıqlardan istifadə olunması tövsiyyə olunur.



    1. Magistral neft kəmərlərinin tərkib hissələri

Magistral boru kəmərlərinin tərkib hissələrinə aşağıdakılar aiddir (şəkil 1.4 və 1.5):
• Xətti tikililər. Buraya boru xətləri, korroziyaya qarşı mühafizə sistemi, rabitə xətləri və s. aiddir;
• Nasos və istilik stansiyaları;
• Neft (neft məhsulları) kəmərinin son məntəqələri və qazpaylayıcı stansiyalar (QPS).
Bəzi hallarda magistral neft kəmərlərinin tərkibinə nefti və qazı mədənlərdən kəmərin baş tikintilərinə ötürən boru kəmərləri də daxil olur.
Magistral neft kəmərlərinin əsas elementləri kəmərin xətti hissəsini təşkil edən borulardır. Magistral neft kəmərləri üçün diametri 300-dən 1420 mm-ə kimi dəyişən şovlu və şovsuz borulardan istifadə olunur. Adətən, boru kəməri 0,8 m dərinliyində (yer səthindən borunun yuxarı hissəsinə qədər olmaqla) torpağa basdırılır. Daimi buzlaq və ya bataqlıq şəraitində çəkilən boru kəmərini dayaqlar və ya süni yastıqlar üzərində quraşdırmaq olar. Boruların divarının qalınlığı kəmərdə olan layihə təzyiqi nəzərə alınmaqla mexaniki hesablamaya əsasən müəyyən edilir. Əgər çəkilən neft kəmərləri böyük çay hövzələrindən keçirsə, bu zaman kəmərlər xüsusi yüklər və ya beton örtüklə ağırlaşdırılaraq çayın dibinə yatırdılır. Bu zaman əsas kəmərlə yanaşı həmin diametrli ehtiyyat boru xətti də çəkilir. Dəmir yolu və böyük şosse yolları ilə kəsişən yerlərdə boru kəməri diametri kəmərin diametrindən 100-200 mm çox olan borudan keçirilir.



Yüklə 23,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə