Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fənn: Quruda və dənizdə neftin və qazın boru kəməri ilə nəqli


Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri



Yüklə 23,45 Mb.
səhifə3/70
tarix29.11.2023
ölçüsü23,45 Mb.
#139279
1   2   3   4   5   6   7   8   9   ...   70
Quruda və dənizdə neftin, qazın boru kəməri ilə nəqli mühazirə-1

1.4. Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri
Qeyd olunan kəmərlərin neft hasilatının artaraq ildə 40-50 milyon tona çatan zaman karbohidrogen ehtiyyatlarının tam miqyaslı mənimsənilməsini təmin edə bilməyəcəyini nəzərə alaraq Azərbaycan hökuməti və onu dəstəkləyən dövlətlər ixrac marşrutlarının çoxvariantlılığına üstünlük verərək «Bakı-Tiflis-Ceyhan» (BTC ƏİK) əsas ixrac kəmərinin tikintisini tarixi zərurət kimi gündəmə gətirdilər (şəkil 1.1).

Şəkil 1.1. Azərbaycan neft və qazını ixrac edən boru kəmərləri

Uzunluğu 1730 km (Azərbaycan-468 km, Gürcüstan -225 km, Türkiyə -1037 km), strateji əhəmiyyət kəsb edən bu kəmərin reallaşması üçün siyasi qərar 1999-cu il 18 -19 noyabrda ATƏT-in İstanbul zirvə toplantısında, Azərbaycan, Türkiyə, Gürcüstan və ABŞ dövlət başçıları tərəfindən saziş imzalamaqla verildi. Layihə BTC ƏİK tərəfdaşları tərəfindən maliyyələşdirilmiş və reallaşdırılmışdır (şəkil 1.2). Bu günə qədər Xəzər regionu neftini dünya bazarına çıxarmaq üçün reallaşan layihələrdən ən möhtəşəmi olan H.Əliyev adına BTC ƏİK ilə ilk neft 2006-cı il mayın 28-də Ceyhan limanına çatdırılmışdır. İllik buraxma qabiliyyəti 50 milyon tondan çox olan bu kəmərdən həmçinin, tranzit neft daşınmasını da həyata keçirmək mümkündür.



Þəkil 1.2. H.Əliyev adına Bakı-Tiflis Ceyhan boru kəməri layihəsinin maliyyələşdirilməsinin tərəfdaşlar arasındakı bölgüsü


1.5. Azərbaycan qaz sənayesinin inkişafı haqqında
Bazar iqtisadiyyatı şəraitində qaz sənayesi sahəsi neftdən əsaslı fərqlənir. Belə ki, neft sənayesi, neftçıxarma sənayesi, qaz isə nəqletmə və marketinq sahəsidir.
Təsadüfi deyil ki, hazırda qaz sənayesinin problemi qaz ehtiyatı və hasilatının defisit olmasında deyil, qazın istehlakçılara nəql olunması işinin çatışmazlığındadır. Dünya iqtisadiyyatında bu enerji daşıyıcısının payı hazırda 25 %-dən çoxdur. Təhlil göstərir ki, dünyada qaz ehtiyatı neft ehtiyatından çox olduğu üçün qazdan daha geniş, əsasən isə elektrik və istilik enerjisi almaq üçün istifadə oluna bilər. Qazdan istifadə şansının yüksək olması bir də neft və daş kömürə nisbətən onun ekoloji baxımdan təmiz yanacaq olması ilə bağlıdır. Xəzər regionunun digər ölkələri kimi Azərbaycan da böyük qaz ehtiyatlarına malik olduğu üçün investisiya cazibədarlığı yüksəkdir. Xəzər dənizində indiyədək aşkar edilmiş və istismara verilən ən böyük qaz-kondensat yatağı Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağıdır. «Şahdəniz» qazını Türkiyə və Avropa bazarına çıxarmaq üçün 2007-ci il 3 iyulda «Bakı-Tiflis-Ərzurum» Cənubi-Qafqaz Boru Kəməri (CQBK) istismara verilmişdir. «Şahdəniz» yatağının tərəfdaşları arasında işlənmə və nəqliyyatla bağlı pay bölgüsü şəkil 1.3-də verilmişdir.


Şəkil 1.3. Şahdəniz yatağının tərəfdaşları arasında hasilatın pay bölgüsü

Beləliklə, Azərbaycan artýq regionda neft və qaz ixrac edən bir ölkəyə çevrilmiþ və ölkəmizin yuxarýda qeyd olunan əsas ixrac neft və qaz kəmərlərinin təkcə regional deyil, həm də beynəlxalq əhəmiyyəti danýlmazdýr. Ən baþlýcasý isə artýq reallaþan bu layihələr ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasýna öz töhfəsini verməklə müstəqilliyimizin və iqtisadiyyatýmýzýn stabil artýmýnýn qarantýna da çevrilmiþdir.




Yüklə 23,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə