Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fənn: Quruda və dənizdə neftin və qazın boru kəməri ilə nəqli


Geoloji, hidrogeoloji və geofiziki axtarışlar



Yüklə 23,45 Mb.
səhifə14/70
tarix29.11.2023
ölçüsü23,45 Mb.
#139279
1   ...   10   11   12   13   14   15   16   17   ...   70
Quruda və dənizdə neftin, qazın boru kəməri ilə nəqli mühazirə-1

2.6. Geoloji, hidrogeoloji və geofiziki axtarışlar
Boru kəmərinin istismarı dövründə vəziyyətini təyin etmək üçün qrunt şəraitini aşkar etmək və həmçinin torpaq işlərini təşkil etmək məqsədilə trass boyu yerləşən qruntları, onların xarakteristikalarını müəyyən etmək lazımdır ki, tikinti zamanı çətinliklər olmasın. Belə göstəriciləri əldə etmək üçün qruntun 2,5-6 m dərinliyində kəşfiyyat işləri aparılır. Trassın hər bir km-i üçün yerin xarakteri və qruntun xüsusiyyətindən asılı olaraq 1-dən 4-ə kimi xüsusi qazıma qurğuları ilə quyular qazılır. Götürülmüş qrunt nümunələrilaboratoriya şəraitində təhlil olunur. Bu zaman həcmi kütləsi, nəmliyi, dənəvər tərkibi və s. təyin olunur.
Hidrogeoloji axtarış zamanı trass boyu qrunt sularının səviyyəsi və il ərzində onun dəyişməsi onun dəyişməsi və həmçinin daşqın sularının səviyyəsi təyin edilir.
Trass boyu geofiziki işlərin vəzifəsi – qruntun xüsusi müqavimətini yəni, onun korroziya aktivliyini qabaqcadan məlum olmalıdır ki, layihə mərhələsində boru kəmərinin korroziyadan mühafizəsi təmin olunsun. Elektrik kəşfiyyatı zamanı alınmış məlumatlar qruntun əlavə xarakteristikaların əlavə edilir ki, bu da nümunənin təhlili zamanı aşkar edilir.
Hidrometeroloji göstəricilər həm tikinti işlərinin görülməsi zamanı və həm də işlərin təşkili zamanı zəruri olan məlumatlardır. Boru kəmərinin hidravliki hesabatını aparmaq üçün borunun basdırılması dərinliyində ilin müxtəlif fəsillərində torpağın temperaturu məlum olmalıdır. Torpağın qar örtüyünün qalınlığı, istilik rejiminə və həmçinin hidravliki rejimə təsir edir. Torpağın donması dərinliyindən binaların özülünün dərinliyi təyin edilir. Boru kəməri trassının keçən bütün su maniələri və digər süni maniələr qabaqcadan məlum olmalıdır.
Nəqledici stansiyalar elektrik enerjisinin iri istehlakçıları hesab olunur. Ona görə də boru kəmərinin enerji təchizatı əsas məsələlərdəndir və axtarış zamanı bu məsələ də həll olunmalıdır.
Nasos stansiyasının su təchizatı (həm içməli və həm də texniki) da axtarış işləri zamanı müəyyənləşdirilməlidir.
Axtarış mərhələsində boru kəməri trassına aid olan bütün növ yollar haqqında məlumat olmalıdır. Belə ki, həm tikinti zamanı və həm də boru kəmərinin istismarı mərhələsində yolların əhəmiyyəti əvəzsizdir.
Axtarış vaxtı yerli ehtiyatlar, inşaat materialları, yerli işçilərin təşkili və s. Haqqında məlumat olmalıdır.


Yüklə 23,45 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə