Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fənn: Quruda və dənizdə neftin və qazın boru kəməri ilə nəqli



Yüklə 23,45 Mb.
səhifə5/70
tarix29.11.2023
ölçüsü23,45 Mb.
#139279
1   2   3   4   5   6   7   8   9   ...   70
Quruda və dənizdə neftin, qazın boru kəməri ilə nəqli mühazirə-1

1.7. Boru kəmərləri ilə nəqlolunma

Boru kəmərləri ilə neft, neft məhsulları və mayeləşdirilmiş qazı bir istiqamətdə istənilən həcmdə nəqlolunmasına xidmət edir.


Digər nəql üsulları ilə müqayisədə boru kəmərinin aşağıdakı üstünlükləri vardır:

  • boru kəmərinin trassı digər nəqlolunma növlərinin trassından qısadır, həm də quru sahənin istənilən iki nöqtəsi arasında istənilən iki nöqtəsi arasında istənilən məsafədə inşa oluna bilər;

  • digər nəqlolunma növlərindən fərqli olaraq, boru kəmərləri ilə nəqlolunma-kəsilməzdir, istehsalçıların ahəngdar işini təmin edir və istehlakçıların fasiləsiz təchiz olunmasını təmin edir və bundan asılı olaraq, həm başlanğıcda və həm də trassın sonunda nəhəng məhsul ehtiyatının yaradılmasına ehtiyac olmur;

  • boru kəməri ilə nəqlolunma zamanı neft və neft məhsullarının itkisi, digər növ nəqlolunmalarda müqayisədə kiçikdir;

  • boru kəməri ilə nəqlolunmanı mexanikləşdirmək mümkündür və digər növ nəqlolunma növlərinə nəzərən asandır;

Boru kəməri ilə nəqlolunmanın çatışmayan cəhəti – böyük metal sərfi və trassın sərtliyini, yəni nəqlolunmanın üçün boru kəmərində bəzi düzəlişlərin yerinə yetirilməsi vacibdir.
Əsas nəql üsullarından başqa, avtomobil ilə neftin və xüsusən neft məhsullarının daşınmasının böyük rolu vardır. Neft məhsulları avtosisternalarda yaxud kiçik taralarda daşınır. Avtosisternalarda neft məhsullarını iri neft bazalarından kiçik bazalara sonra isə istehlakçılara və həmçinin mayeləşdirilmiş qazları istehsal yerindən istehlakçılara (yük maşınlarında, balkalarda, yaxud avtosisternalarda).
Xarici ölkələrdə mayeləşdirilmiş qazları qazı mayeləşdirən zavoddan xüsusi soyuducu soyuducu avtosisternalarda yaxud mayeləşdirilmiş aşırım bazalarından dəniz yolu ilə daşınması ilə satellit bazalarına nəql olunur, oradan isə qazlaşdırılıb, qazpaylayıcı şəbəkələrə ötürülür.

    1. Boru kəmərləri və onların təsnifatı

Həndəsi forması və hidravliki hesablama üsuluna görə boru kəmərləri sadə və mürəkkəb kəmərlərə ayrılır.
Sadə boru kəməri uzunluq boyu diametri sabit qalan boru kəməri hesab edilir. Qalan bütün hallarda kəmərlər mürəkkəb boru kəmərləri sayýlýr. Mürəkkəb boru kəmərlərinə misal olaraq ardıcıl, paralel birləşdirilmiş, şaxələnmiş, halqavari, atqı və qoşqu xətləri olan kəmərləri göstərmək olar.
Mürəkkəb boru kəmərindəmagistral borudan keçən mayenin sərfi tranzit, yol boyu qollarla ayrýlan xətlərdəki sərf isə yol sərfi adlanýr.Boru kəmərləri, hansý mayelərin və ya qazýn nəql olunmasýndan asýlý olaraq müxtəlif cür adlanýrlar. Neftin nəql olunmasý üçün nəzərdə tutulan boru kəmərləri neft kəmərləri, qaz üçün nəzərdə tutulan boru kəmərləri isə qaz kəmərləri adlanýr. Neft məhsullarýný nəql edən boru xətləri neft məhsullarý kəməri adlanýr. Bu kəmərlər nəql olunan neft məhsullarýnýn növündən (çeºidindən) asýlý olaraq benzin, kerosin, dizel yanacaðý, mazut kəmərləri və s. adlanýr.
Neft və neft məhsullarý kəmərləri öz təyinatlarýna görə aþaðýdaký qruplara bölünür:
Daxili kəmərlər.Bu kəmərlər neft-qaz mədənləri, neft bazalarý, neftayýrma zavodlarýnda müxtəlif qurðu və obyektləri birləºdirməklə, kiçik diametrli və az uzunluða malik olur.
Yerli kəmərlər. Bu kəmərlər daxili kəmərlərə nisbətən böyük uzunluða (onlarla kilometrədək) malik olmaqla neft mədənləri və ya neftayýrma zavodlarýný magistral neft kəmərinin baþ nasos stansiyalarý və ya boºaltma-doldurma məntəqələri ilə birləºdirən boru kəmərləri hesab edilir.
Daxili və yerli kəmərlər çox vaxt texnoloji kəmərlər də adlanır.
Magistral kəmərlər.Bu kəmərlər böyük uzunluqlu (yüzlərlə və minlərlə kilometr) və diametrli kəmərlər hesab edilir və nəql bir deyil, kəmər boyu yerləşən bir neçə stansiyalarla kəsilməz olaraq həyata keçirilir və bu zaman qısa müddətli dayanma halları təsadüfi xarakter daşıyır və ya təmir işləri ilə bağlı olur. Bu kəmərlərdə işçi təzyiqi 10 MPa-dək ola bilir.
Mövcud standartlara uyğun olaraq magistral neft və ya neft məhsulları kəmərləri borunun şərti diametrinə (mm-lə) görə 4 sinifə bölünür:

Yüklə 23,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə