Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fənn: Quruda və dənizdə neftin və qazın boru kəməri ilə nəqli


Neft, neft məhsulları və qazın əsas nəql üsulları



Yüklə 23,45 Mb.
səhifə4/70
tarix29.11.2023
ölçüsü23,45 Mb.
#139279
1   2   3   4   5   6   7   8   9   ...   70
Quruda və dənizdə neftin, qazın boru kəməri ilə nəqli mühazirə-1

1.6. Neft, neft məhsulları və qazın əsas nəql üsulları
Neft, neft məhsulları və qazın üç əsas nəql üsulu vardır: su yolu, dəmir yolu və boru kəmərləri. Qaz şəklində olan təbii qazlar yalnız boru kəmərləri vasitəsilə nəql edilir. Dəniz və okeanlar vasitəsilə ayrılan müxtəlif kontinentlər arasında qazı nəql etmək üçün onu mayeləşdirib, 1600S temperaturunda yaxud xüsusi tankerlər-metandaşıyanların tətbiqi ilə həyata keçirilir.
Neft və neft məhsullarının nəql olunması üçün tətbiq edilən üç əsas üsulun (su yolu, dəmir yolu və boru kəmərləri) hər birinin özünəməxsus xüsusiyyəti olduğundan onları ayrı-ayrılıqda təhlil edək.

  1. Su yolu ilə nəqlolunma.

Su yolu ilə neft, neft məhsullarını və mayeləşdirilmiş təbii və neft qazını (səmt) istənilən miqdarda barjlarda (qablarda), tankerlərdə və həmçinin, kiçik taralarda (qablarda) nəql etmək mümkündür. Əgər söhbət çaylardan nəqlolunmadan gedirsə, onda bir qayda olaraq, su yolu həm dəmir yolundan və həm də boru kəmərlərindən uzundur. Bəzi hallarda bu qüsur nəqlolunmanın dəyərini artırır. Çaylar vasitəsilə nəqlolunma mövsümü xarakter daşıyır. Ona görə də neft və neft məhsullarının doldurulması və boşaldılması məntəqələrində böyük həcmdə əlavə tutumlar inşa edilir ki, naviqasiya arası müddətdə neft və neft məhsullarının ehtiyatını yaratmaq üçün əlavə tutumlar yaradılır, yaxud da nəqlolunmanın növü dəyişdirilir (dəmir yolu ilə). Su yolu üçün söylədiyimiz bu qüsur su nəqliyyatının əsas çatışmayan cəhətidir.
2.Dəmir yolu ilə nəqlolunma
Dəmir yolu ilə neft yüklərinin bütün növünü, o cümlədən sisternalarda, bunkerlərdə yaxud yüngül taralarda maye qazları daşımaq olar. Neft məhsullarını kiçik partiyalarda dəmiryolu ilə daşınması ən sərfəli nəql üsulu hesab olunur. Dəmiryolu daşınması müəyyən mənada fasiləsizdir, lakin su yolu ilə müqayisədə fasiləsizlik dərəcəsi daha kiçikdir, belə ki, bu nəqliyyat üsulu bütün il ərzində işləyir. Dəmiryolu nəqliyyatından böyük partiyalarda (böyük həcmdə) neft və neft məhsulunu daşımaq iqtisadi cəhətdən məqsədəuyğun deyildir. Dəmiryolu nəqliyyatının ən böyük çatışmayan cəhəti də bu qüsur hesab olunur.



Yüklə 23,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə