ÖLÇMƏLƏRİn və ÖLÇMƏ vasiTƏLƏRİNİn xətalari



Yüklə 16,14 Kb.
tarix19.08.2023
ölçüsü16,14 Kb.
#120713
referat 2853


ÖLÇMƏLƏRİN VƏ ÖLÇMƏ VASİTƏLƏRİNİN XƏTALARI

Ölçmə vasitələrinin və ölçmələrin nəticələrinin keyfiyyətini onların xətalarını göstərməklə xarakterizə edilir. “Xəta” anlayışının tətbiqi – ölçülən fiziki kəmiyyətin əsl və həqiqi qitmətlərinin və ölçmənin nəticəsinin dəqiq təyin edilməsini tələb edir. Fiziki kəmiyyətin həqiqi qiyməti ekspriment yolu ilə tapılan qiymətdir.Fiziki kəmiyyətin əsl qiyməti verilmiş obyektin həm kəmiyyətcə ,həm də keyfiyyətcə ideal şəkildə xassələrini əks etdirən qiymətdir. Ölçmənin nəticəsi kəmiyyətin ölçmə yolu ilə tapılmış həqiqi qiymətidir Bu qiymət əsl qiymətə o qədər yaxındır ki,onu verilmiş məqsəd üçün əsl qiymət kimi istifadə etmək olar..
Ölçmənin nəticəsinin ölçülən kəmiyyətin əsl qiymətindən meylliyinə ölçmə nəticəsinin xətası deyilir. “Xəta” anlayışı metrologiyada əsas yerlərdən birini tutur.Ölçmə vasitəsinin göstəricisi ilə ölçülən kəmiyyətin əsl qiyməti arasındakı fərqə ölçmə vasitəsinin xətası deyilir.
Ölçmələrin nəticələrinin ölçülən kəmiyyətin əsl qiymətinə yaxınlığını əks etdirən ölçmənin keyfiyyətinə ölçmələrin dəqiqliyi deyilir.Ölçmə vasitələrinin dəqiqliyi onların xətalarının sıfıra yaxınlığını əks etdirən keyfiyyətdir.
Ölçü cihazının xətası onun gösəricisinin ölçülən kəmiyyətin əsl və ya həqiqi qiymətindən fərqidir.
Xətalar ifadə olunma üsuluna görə mütləq , nisbi və gətirilmiş xətalara bölünür.Cihazın nisbi xətası cihazın mütləq xətasının ölçülən kəmiyyətin əsl qiymətinə olan nisbətidir:

=d/x və ya δ=d/x 100

Ölçü cihazının mütləq xətası cihazın göstərişi ilə ölçülən kəmiyyətin əsl qiyməti x arasındakı fərqdir:

d=xg-x

Cihazın gətirilmiş xətası cihazın faizlə ifadə olunmuş mütləq xətasının ölçülən əmiyyətin normalaşdırıcı qiymətinə olan nisbətidir:



δ= d/x norm 100

Ölçü cihazlarının tətbiq olunma şəraitinə görə əsas və əlavə xətalar mövcuddur.Xətalar həmçinin statik və dinamik xətalara bölünür.


Ölçü cihazının statik xətası sabit kəmiyyətlərin ölçülməsi üçün istifadə olunan cihazın xətasına deyilir.Məsələn,dövri siqnalların amplitudası sabit kəmiyyətdir.
Ölçü cihazının dinamik xətası cihazın dinamiki rejimindəki xətası ilə onun müvafiq ölçmə mometindəki statik xətası arasındakı fərqə deyilir:

δdin=δ din r - s st



Metrologiyan zaman məlum oldu ki, xəta sabit kəmiyyət deyildir.Sadə təhlil yolu ilə müəyyən oldu ki, onun bir hissəsi sabit kəmiyyt kimi, digər hissəsi isə gözlənilmədən dəyişən kəmiyyət kimi özünü büruze verir.Bu hissələri sistematik və təsadüfi xəta kimi adlandırdılar.Ona görə də demek olar ki,ölçmə vasitələrinin xətaları əmələgələmə xarakterinə görə sistematik və təsadüfi xətalara bölünür.
Sistematik xətalar ds o xətalara deyilr ki, onların kəmiyyəti və işarəsi sabitdir və yaxud müəyyən qanunauyğunluqla dəyişir.Sistematik xətaları aradan qaldırmaq üçün düzəlişdən istifadə olunur.
Təsadüfü xətalar dt xətalara deyilir ki, onların qiyməti təsadüfi olaraq dəyişir.Ölçmə vasitələrinin təsadüfi xətalarının əmələ gəlməsi külli miqdar da təsadüfi səbəblərdən doğur.
Kobud xəta -ölçmələr sırasına daxil olan ayrıca müşahidənin nəticəsinin elə təsadüfi xətasıdır ki, o, verilmiş şərait üçün bu sıranın digər nəticələrindən kəskin fərqlənir.Kobud xətaların səbəblərindən biri də ölçmələrin aparılma şəraitinin qısamüddətli kəskin dəyişmələri ola bilər.
Yüklə 16,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə