Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fənn: Quruda və dənizdə neftin və qazın boru kəməri ilə nəqli


Şəkil 1.4. Magistral neft kəmərlərinin tərkib hissələri və sxemi



Yüklə 23,45 Mb.
səhifə7/70
tarix29.11.2023
ölçüsü23,45 Mb.
#139279
1   2   3   4   5   6   7   8   9   10   ...   70
Quruda və dənizdə neftin, qazın boru kəməri ilə nəqli mühazirə-1

Şəkil 1.4. Magistral neft kəmərlərinin tərkib hissələri və sxemi
1-neft mədəni; 2-neft yığımı məntəqəsi; 3-texnoloji boru xətləri; 4-baş tikililər (çənlər, nasos stansiyası, elektrik stansiyası və s.); 5-ərsinlərin buraxılma qovşağı; 6-boru xəttində quyu; 7-dəmir yolu altından keçid; 8-çayın altından keçid; 9-kiçik çay və dərədən yerüstü keçid; 10-sonda paylayıcı məntəqə.

Bir qayda olaraq kəmərlərin trassına yaxın olan yaşayış məntəqələrinin neft məhsullarına olan tələbatını ödəmək üçün həmin kəmərlərdən kiçik diametrli atqı xətləri də çəkilir.


Trasın relyefindən asılı olaraq boru kəmərlərində hər 10-30 km-dən bir qəza və təmir işləri zamanı kəmər hissəsini sistemdən ayırmaq məqsədilə xətti kran və ya siyirtmələr quraşdırılır.
Dispetçer fəaliyyəti üçün kəmərin trassı boyu rabitə xətləri (telefon, radiorele) çəkilir ki, bundan da teleölçmə və teleidarə siqnallarını ötürmək üçün istifadə edilir. Boru kəmərlərində örtüklərlə yanaşı korroziyadan əlavə mühafizə məqsədilə tras boyu katod və drenaj stansiyaları, həmçinin protektorlar yerləşdirilir. Trass boyu 10-20 km-dən bir kəmərə nəzarət etmək üçün xətti patrul xidməti məntəqələri yerləşdirilir.
Nasos stansiyaları neft kəmərlərində 50-150 km intervalı ilə yerləşdirilir.
Nasos stansiyalarında əsas avadanlıq kimi mərkəzdənqaçma nasoslarından istifadə olunur. Hal-hazırda istifadə edilən magistral nasosların verimi (məhsuldarlığı) 12500 m3/saat-a çatır. Neft kəmərinin başlanğıcında baş nasos stansiyası (BNS) yerləşir. Adətən BNS neft mədəninə yaxın yerləşdirilir və aralıq nasos stansiyalarından onunla fərqlənir ki, burada tutumu neft kəmərinin 2 -3 günlük buraxma qabiliyyətinə bərabər olan çənlər parkı tikilir. Əsas avadanlıqlarla yanaşı hər nasos stansiyasında kompleks köməkçi avadanlıqlar da olur (trasformator yarım stansiyası, qazanxana, su təchizatı sistemi, kanalizasiya xətti, soyutma sistemləri və. s).
Əgər neft kəmərinin uzunluğu 800 km-dən çoxdursa, onda onu uzunluğu 400-800 km olan istismar hissələrinə bölürlər. İstismar hissələrinin sərhədlərində aralıq nasos stansiyaları, boru kəmərinin gündəlik buraxma qabiliyyətinin 0,3-1,5 mislinə bərabər tutumu olan çənlər parkına malik olmalıdır.
Çənlər parkı olan həm baş, həm də aralıq nasos stansiyaları əsas nasoslarla yanaşı köməkçi (basqıaltılı) nasoslarla da təchiz olunur.



    1. Yüklə 23,45 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə