Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fənn: Quruda və dənizdə neftin və qazın boru kəməri ilə nəqli


Qaz nəqledici sistemlərdə qazın uçotu



Yüklə 23,45 Mb.
səhifə62/70
tarix29.11.2023
ölçüsü23,45 Mb.
#139279
1   ...   58   59   60   61   62   63   64   65   ...   70
Quruda və dənizdə neftin, qazın boru kəməri ilə nəqli mühazirə-1

Qaz nəqledici sistemlərdə qazın uçotu

Qaznəqledici sistemlərdə qazım miqdarının uçotu qazın nəql olunmasının texnoloji proseslərinin yerinə yetirilməsində, istehlakçılar ilə kommersiya hesabatının aparılmasında magistral qaz kəmərlərinin iş rejiminin və axının optimallaşdırılması üçün zəruridir. Qazın sərfinin ölçülməsi üçün daraldıcı qurğulu sərfölçənlər geniş yayılmışlar. Nəzərə çarpacaq xüsusiyyət ondan ibarətdir ki, standart daraldıcı qurğuların xarakteristikalarının hesabat yolu ilə tapılmasıdır.


Daraldıcı qurğular normal və məxsusi olurlar. Normal daraldıcı qurğulara normal diqaramma və soplolar, Venturi soplosu aid etmək, hansı ki, sərf əmsalı dəqiqdir və təkrarlanır, ona görə də onlar hesablanır və ayrıca dərəcələnmə tələb olunmur. Məxsusi daraldıcı qurğulara Venturi borusu aid edilir. Bu cihazlar çox kiçik təzyiq itkisinin təmin olunması zərurəti yarandıqca, çox çirklənmiş qazın sərfi dəyişdikdə, dairəvi keçidli deşikləri olan eksentrik yerləşən seqmentli diafraqmalar tətbiq edilir.
Dəyişən düşgü metodu ilə sərfin ölçülməsi üçün kompleks cihazlar (dəyişən düşgülü çevirici), diferensial manometr (ölçücü cihaz və çeviriciyə ötürən), daraldıcı qurğuda təzyiq düşgüsünü ölçən və əgər nəticəni məsafəyə ötürmək zəruridirsə, diferensial manometrə qoşulan ikinci cihaz.
5.6 sxemindən görünür ki, boru kəmərində diametri d-yə bərabər diafraqma qurulan zaman, axının sıxılması I kəsiyindən sonra daraldıcı qurğudan əvvəl başlayır (bu kəsiyə kimi diafraqmanın axına təsiri hələlik yoxdur) və ətalət qüvvəsinin təsirindən ondan sonrs müəyyən məsafədə ən böyük qiymətini alır, sonra isə II kəsiyindən sonra şırnaq borunun bütün kəsiyini alana kimi genişlənir. Daraldıcı qurğuya kimi boru kəmərindəki təzyiq P1 qədərdir. Daralıcı qurğudan əvvəl köməkçi təzyiqin hesabına təzyiq P1-qiymətinə kimi artır və diafraqmadan sonra -təzyiqinə kimi azalır. Sonra isə boru kəmərində şırnağın genişlənməsi ölçüsünə görə təzyiq tarazlaşır və P3-ə bərabər olur. Bu təzyiq isə daralıdıcı qurğuda itən Pi-təzyiqinə qədər, P1-təzyiqindən azdır. Daralıdıcı qurğudakı təzyiq düşgüsü boru kəmərində hərəkət edən mayenin mayenin sərfindən asılıdır və sərfin ölçüsü kimi qəbul oluna bilər.



Yüklə 23,45 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə