1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

45
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
 
Ɔ
Giriş
Bu  il  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  bərpa 
edilməsinin  20-ci  ili  tamamlanır.  Ötən  illərin  təcrübəsi  göstərir  ki, 
Azərbaycan  və  Türkiyənin  ortaq  tarixi  hər  iki  dövlətin  yüksək  səviyyəli 
əməkdaşlığını  şərtləndirən  əsas  amillərdən  biri  olub.  Bu  tarix  vahid  et-
nik kökə, ortaq milli-mədəni və mənəvi dəyərlərə, zəngin adət-ənənələrə 
əsaslanır. Məhz bu ortaq tarix XX əsrin əvvəllərində Azərbaycan və Türkiyə 
arasında  münasibətlərin  məzmununu  müəyyənləşdirərək,  hər  iki  xalqın 
istiqlaliyyətə qovuşmasına töhfəsini verib. Azərbaycanlı könüllülər 1915-
ci il Çanaqqala döyüşlərində türk qardaşları ilə çiyin-çiyinə iştirak ediblər. 
Birinci  Dünya  müharibəsində  ağır  vəziyyətdə  olmasına  baxmayaraq  Os-
manlı  dövləti Azərbaycana  hərbi  yardım  göstərib.  Qafqaz  İslam  Ordusu 
1918-ci ildə Bakının azad edilməsində müstəsna rol oynayıb. Azərbaycan 
Bolşevik  Rusiyası  tərəfindən  işğal  edildikdən  sonra  da Türkiyə  daim  so-
vet  rəhbərlərinin  Azərbaycan  siyasətini  izləyərək  azərbaycanlıların  hü-
quqlarının  qorunmasına  çalışıb.  Ötən  əsrin  20-30-cu  illərində  minlərlə 
azərbaycanlı türkçü, turançı, pantürkçü, Türkiyə agenti kimi repressiya edi-
Qənirə PAŞAYEVA
Azərbaycan Milli Məclisinin millət vəkili
siyasi elmlər üzrə fəlsəfə doktoru
Parlamentlərarasi əlaqələr: 
nailiyyətlər və perspektivlər


46
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
lib, həbsxanalara salınıb, uzaq Sibir sürgünlərinə göndəriliblər. 
Stalinin ölümündən sonra ölkədə baş verən nisbi yumşalma nəticəsində 
60-cı  illərin  əvvəllərindən  etibarən  SSRİ-Türkiyə  münasibətlərində  so-
yuqluq  aradan  qalxmağa  başlayıb.  Türkiyə  nümayəndə  heyətləri  SSRİ-
yə  səfər  çərçivəsində  Azərbaycana  da  gəlirdilər.  Bu  əlaqələrdə  Türkiyə 
Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyəti xüsusi yer tuturdu. 
SSRİ-yə səfər edən türk nümayəndə heyətləri Azərbaycanı SSRİ-Türkiyə 
münasibətlərində  etibarlı  körpü  olaraq  qiymətləndirirdilər.  SSRİ-nin  sü-
qutu  ərəfəsində Azərbaycan  ilə  Türkiyə  arasında  digər  sahələrdə  olduğu 
kimi  parlamentlərarası  əlaqələrdə  də  müəyyən  addımlar  atılıb.  Lakin  bu, 
birbaşa  əlaqələr  deyildi.  1991-ci  ilin  noyabrında  hələ  SSRİ  dağılmamış 
Türkiyə  Cümhuriyyəti Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyini 
tanıyıb.  Bu,  Türkiyənin  cəsarətli  bir  addımı  idi.  Nəhayət,  dünyanı  uzun 
illər boyu qorxu altında saxlayan SSRİ-nin dağılması dünyada və regionda 
yeni bir vəziyyət yaratdı. Türkiyə region siyasətində yeni imkanlar qazanıb. 
Müstəqil əlaqələrin qurulması üçün ilk addımlar atılıb. Lakin bu əlaqələr 
daha çox hissiyyatın, uzun illər boyu bir-birindən ayrı düşmüş qardaş xalq-
ların qovuşmasını özündə əks etdirən duyğuların təcəssümü idi. 
1993-cü ildən etibarən Azərbaycan ilə Türkiyə arasında əlaqələr yeni 
təməllər  üzərində  qurulmağa  başlayıb.  Parlamentlərin  də  müstəsna  rol 
oynadığı bu əlaqələrin memarı böyük dövlət adamı Heydər Əliyev olub. 
Elə  isə  ötən  illərdə  iki  ölkə  arasında  münasibətlərin  vəziyyətini  necə 
qiymətləndirmək olar? Parlamentlərarası əlaqələr hansı inkişaf yolunu ke-
çib və qazanılan uğurlar hansılardır? Perspektivləri necə proqnozlaşdırmaq 
mümkündür?      
 
Ɔ
Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq 
Azərbaycan  və  Türkiyənin  strateji  mənada  bir-birini  tamamlayan  va-
hidin  ayrılmaz  hissələri  olması  ilə  dünyanın  aparıcı  strateji  araşdırma 
mərkəzləri və nüfuzlu analitikləri də həmfikirdirlər. Dil, din, mədəniyyət 
amilini kənara qoysaq belə, siyasi-strateji mənada hər iki ölkə bir-biri üçün 
zəruri tərəfdaş aktor önəmi kəsb edir. Türkiyə üçün Azərbaycanın önəmi bir 
neçə mənada xüsusi mahiyyət daşıyır.
Əvvəla,  Cənubi  Qafqazın  lokomotiv  aktoru  olan Azərbaycan Türkiyə 
üçün bölgəyə giriş və orada möhkəmlənməyin başlıca təminatçısıdır. Yəni 
Cənubi  Qafqazda  geniş,  əhatəli  əməkdaşlıqlar  mühiti  formalaşdırmaq  və 


47
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
bunu  uzunmüddətli  perspektivdə  sürdürmək  üçün  Azərbaycan-Türkiyə 
işbirliyi  xüsusi  önəm  kəsb  edir.  Müxtəlif  xarakterli  layihələrin  reallaş-
dırılması və bu layihələr çərçivəsində strateji üstünlüklərin əldə edilməsi 
rəsmi Ankara  üçün  xüsusi  avantaj  deməkdir.  Bakı-Tbilisi-Ceyhan,  Bakı-
Tbilisi-Ərzurum  və  Bakı-Tbilisi-Qars  kimi  layihələr  ərsəyə  gələn  zaman 
sərgilənən strateji tərəfdaşlıq-işbirliyi nümunələri deyilənləri əsaslandıran 
bariz dəlildir.
İkincisi, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan önəmli tranzit 
məntəqə-məkan kimi strateji açılımlar baxımından əvəzedilməz mövqeyə 
malikdir.  Çünki  Asiyadan  Avropaya  uzanmaq  üçün  Azərbaycan  amili 
birmənalı zəruridir. Bu, istər müxtəlif enerji layihələrinin reallaşdırılması, 
istərsə də regional əməkdaşlıqlar zamanı özünü daha qabarıq şəkildə büruzə 
verir.
Üçüncüsü, Azərbaycan və Türkiyə daim beynəlxalq arenada bir-birinə 
qarşı  “dual  dövlət”  mövqeyində  çıxış  edirlər.  İstər  BMT  çərçivəsində, 
istər  çoxtərəfli  münasibətlər  formatında,  istərsə  də  qlobal  miqyaslı  digər 
münasibətlər  fonunda  Bakı  və  Ankara  mütəmadi  qaydada  bir-birini 
dəstəkləyirlər. Bu da, heç şübhəsiz, qarşılıqlı, səmimi, faydalı və uzlaşdırıl-
mış münasibətləri daha da möhkəmləndirən amildir.
Əlbəttə,  Türkiyənin  Azərbaycana  qarşı  daha  həssaslıqla  yanaşması-
nı şərtləndirən fundamental amillərin sayını istənilən qədər artırmaq olar. 
Amma hər halda bunlar ona dəlalət edir ki, Azərbaycan Türkiyənin xarici 
siyasət strategiyasının başlıca nəzərə alınan aktorlarındandır.
Eləcə  də,  Türkiyə  Azərbaycan  üçün  zəruri  strateji  önəmə  malik 
tərəfdaşdır. Regionda sülh və sabitliyin təmin olunması, imperialist aktor-
ların  dağıdıcı  fəaliyyətinin  neytrallaşdırılması,  bölgədə  yeni  əməkdaşlıq 
platformalarının  yaradılması,  yeni  enerji  coğrafiyası  və  xəritəsinin  for-
malaşdırılması, qlobal miqyasda  milli və transmilli maraqların müdafiəsi 
mənasında Ankara Bakı üçün xüsusi əhəmiyyətə malikdir.
 
Ɔ
Azərbaycan-Türkiyə münasibətlərinə ümumi baxış
Ulu  öndər  Heydər  Əliyevin  dediyi  kimi,  Azərbaycan  və  Türkiyə 
“bir  millət,  iki  dövlət”  olub.  Bu,  qarşılıqlı  münasibətlərin  yeni  keyfiyyət 
mərhələsindən xəbər verir. Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın 
xarici siyasətində xüsusi bir yer tutub. Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyevin də qeyd etdiyi kimi, “dünyada Türkiyə ilə Azərbaycan 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə