1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

48
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
qədər  bir-biri  ilə  siyasi,  iqtisadi  və  mədəni  sahələrdə  səmimi  fayda-
lı əməkdaşlıq edən ölkələr yoxdur”. Bu əməkdaşlıq yalnız etnik, mədəni 
və dil birliyinə deyil, eyni zamanda qarşılıqlı maraqlara əsaslanır. Dövlət 
müstəqilliyini bərpa etmiş Azərbaycan üçün Türkiyə ilə əməkdaşlıq ərazi 
bütövlüyünün bərpası, beynəlxalq dəstəyin qazanılması, Qərbin siyasi, iqti-
sadi, hərbi strukturlarına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb 
edir. Qərb dövlətlərinin strateji müttəfiqi olan Türkiyənin Cənubi Qafqaz və 
Mərkəzi Asiya regionunda yürütdüyü siyasətdə Azərbaycan xüsusi yer tutur. 
Regionun kilid ölkəsi olan Azərbaycanın geostrateji mövqeyi, zəngin enerji 
ehtiyatları, Mərkəzi Asiya regionuna açılan “qızıl körpü” rolunu oynaması 
həyata keçirilən istənilən siyasətin uğurlu olması üçün Azərbaycanın işti-
rakını labüd edir. Regionda hər hansı bir dövlət nüfuz qazanmaq istəyirsə, 
mütləq  Azərbaycanla  yaxından  əməkdaşlıq  etməlidir.  Ötən  illər  ərzində 
Azərbaycan ilə  Türkiyə arasında qarşılıqlı münasibətlərin maddi təməlləri 
möhkəmləndirilib.  Qurulan  strateji  əməkdaşlıq  regionda  bir  çox  mühüm 
layihələrin həyata keçirilməsinə şərait yaradıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-
Tbilisi-Ərzurum kimi enerji layihələrinin, Bakı-Tbilisi-Qars kimi Avropa-
nı Asiya ilə birləşdirən nəqliyyat layihələrinin icrası iki ölkənin siyasi və 
iqtisadi  maraqlarını  təmin  etməklə  yanaşı,  ümumən  regionun  inkişafında 
xüsusi  rol  oynayır.  Bu  layihələrin  həyata  keçirilməsi    dünya  siyasətində 
Azərbaycan və Türkiyənin əhəmiyyətini artırır, onları  qaz və neftpaylaş-
dırıcı ölkəyə çevirir. Bu, iki olkənin sıx əməkdaşlığı nəticəsində mümkün 
olub. Əbəs deyil ki, Prezident İlham Əliyevin “Azərbaycan-Türkiyə işbirli-
yi olmadan bölgədə heç bir layihə reallaşa bilməz” sözləri ortaq maraqlara 
əsaslanan  bu  əməkdaşlığın  regionda  sülhün,  sabitliyin  və  təhlükəsizliyin 
təmin edilməsində böyük əhəmiyyətə malik olduğunu göstərir. Azərbaycan 
ilə Türkiyə arasında ortaq tarixə və ümumi maraqlara əsaslanan əməkdaşlıq 
bu  iki  dövlətin  problemli  sahələr  üzrə  də  birgə  fəaliyyətini  zəruri  edir. 
Türkiyə  Ermənistanın Azərbaycan  torpaqlarını  işğal  etməsinə  cavab  ola-
raq, bu ölkə ilə sərhədlərini bağlayıb və beynəlxalq təşkilatlar çərçivəsində 
Azərbaycanı  həmişə  dəstəkləyir.  Ermənistan-Azərbaycan,  Dağlıq  Qa-
rabağ  münaqişəsinin  Azərbaycanın  ərazi  bütövlüyü  çərçivəsində  həlli 
Azərbaycanla yanaşı, Türkiyənin də xarici siyasətində prioritet vəzifə kimi 
qalmaqdadır. Türkiyənin son dövrlərdə Ermənistanla münasibətlərini nor-
mallaşdırmaq  cəhdlərinə  baxmayaraq,  Azərbaycan  Türkiyənin  prezident, 
baş  nazir  və  xarici  işlər  naziri  səviyyəsində  verdiyi  “Dağlıq  Qarabağın 
işğalına  son  qoyulmayınca,  Ermənistanla  sərhədlər  açılmayacaq”  vədinə 


49
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
inanır.  Ermənistan-Azərbaycan  və  Türkiyə-Ermənistan  münasibətləri 
həllini  eyni  vaxtda  tapmalıdır.  Uydurma  erməni  “soyqırımı”  iddiaları  da 
Azərbaycan və Türkiyənin ortaq problemi kimi qəbul edilir. Türkiyəyə qar-
şı ərazi iddiaları, təzminat tələbləri irəli sürən və “soyqırımı iddiaları”nın 
beynəlxalq  ictimaiyyət  tərəfindən  tanınmasına  çalışan  Ermənistanın, 
erməni diaspor və lobbisinin bu addımı sadəcə Türkiyə deyil, bütün türk 
dünyasının ümumi mənafelərinə qarşı yönəlib. Azərbaycan erməni iddiala-
rına qarşı mübarizədə hər zaman Türkiyənin yanında olub, onu dəstəkləyib. 
Xüsusilə, Azərbaycan ABŞ Konqresində erməni “soyqırımı”nın tanınması-
nı nəzərdə tutan qanun layihəsinin mümkün qəbuluna etirazını bildirib, bu 
işdə ABŞ-dakı Azərbaycan diasporu türk diasporu ilə birgə hərəkət edib. 
Ümumilikdə, Azərbaycan və Türkiyə regionda və dünyada gedən proseslərə 
ümumi maraqlar baxımından yanaşır. Hər iki ölkə arasında ümumi maraq-
lara  əsaslanan  strateji  tərəfdaşlıq,  problemli  məsələlərə  ortaq  münasibət 
iki ölkənin mövqeyinin tam uyğunluğunu və onlar arasında əməkdaşlığın 
keyfiyyət səviyyəsini nümayiş etdirir. Ötən illərin təcrübəsi göstərir ki, bu 
əlaqələrdə parlamentlər də mühüm rol oynayırlar.
 
Ɔ
Parlamentlərarası əlaqələrin inkişaf dinamikası
Ötən illər ərzində iki ölkə arasında parlamentlərarası əməkdaşlıq qar-
şılıqlı səfərlər, birgə müzakirələr, məsləhətləşmələr, beynəlxalq təşkilatlar 
çərçivəsində əməkdaşlıq və s. formalarla  inkişaf etdirilib. 
1994-cü  ilin  fevralında  Azərbaycan  Respublikasının  Prezidenti 
Heydər  Əliyevin Türkiyəyə  səfəri,  keçirdiyi  görüşlər  və TBMM-də  etdi-
yi  çıxış  parlamentlər  arasında  əlaqələrdə  yeni  bir  mərhələnin  başlanğıcı-
nı  qoyub. Azərbaycan  Prezidenti  iki  xalq  və  iki  ölkə  arasında  qarşılıqlı 
münasibətlərin tarixinə və mövcud vəziyyətinə nəzər yetirib, bu əlaqələrdə 
parlamentlərin xüsusi yer tutduğunu bildirib. O, parlamentlərarası əlaqələri 
intensivləşdirməyi  tövsiyə edib.
1994-cü ilin sonlarında TBMM-in sədri Hüsaməddin Cindorukun başçı-
lığı ilə 5 nəfərlik parlament heyətinin Azərbaycana səfəri əməkdaşlığa yeni 
impuls verib.
Bu  səfərin  ardından  1995-ci  ilin  aprelində  Azərbaycan  parlamenti 
nümayəndə heyətinin Türkiyə Respublikasının qurulmasının 75-ci ildönü-
mü ilə bağlı tədbirlərə qatılması əlaqələrdə növbəti bir addım olub.
 1997-ci il martın 19-20-də Azərbaycana rəsmi səfərə gələn Türkiyə par-


50
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
lamentinin  spikeri  Mustafa  Qələmli  başda  olmaqla  nümayəndə  heyətinin 
əsas məqsədi iki ölkə parlamentləri arasında münasibətləri inkişaf etdirmək 
idi.    Mustafa  Qələmli  həm  də  türkdilli  dövlətlərin  beynəlxalq  parlament 
təşkilatının yaradılmasının ideya müəlliflərindən olub. 
1999-cu  ildə  Türkiyədə  Demokratik  Sol  Partiya  (DSP),  Milliyyətçi 
Hərəkat Partiyası (MHP) və Ana Vətən Partiyası koalisiya hökuməti qur-
duqdan sonra iki ölkə parlamentləri arasındakı münasibətlər daha da canla-
nıb. 2000-ci il fevralın 7-də TBMM-in sədri İldırım Akbulut Azərbaycana 
səfər edib. Akbulutun səfəri zamanı iki ölkənin parlament sədrləri arasında-
kı müzakirələrin əsas mövzusu Qərbdəki bəzi dövlətlərin parlamentlərinin 
qondarma  erməni  soyqırımını  tanımaları  barədə  olub. Azərbaycan  parla-
menti də öz növbəsində dəfələrlə qondarma erməni soyqırımını müzakirəyə 
çıxaran  və  ya  tanıyan  ölkələrin  parlamentinə  sərt  müraciətlər  etməkdən 
çəkinməyib.  2000-ci  il  noyabrın  7-də  qondarma  soyqırım  iddialarını 
qəbul  edən  Fransa  Senatına  Azərbaycan  parlamenti  reaksiya  verməkdə 
gecikməyib. Azərbaycan tərəfi məsələyə dair prinsipial mövqeyini bəyan 
edib.
Artıq 2000-ci illərin əvvəllərindən başlayaraq iki ölkə parlament sədrləri 
və millət vəkilləri arasındakı qarşılıqlı səfərlər sıxlaşmağa başlayıb.
2001-ci il iyulun  9-14-də Türkiyədə rəsmi səfərdə olan Milli Məclisin 
sədri  və  parlamentin  nümayəndə  heyəti  Türkiyənin  Prezidenti  Əhməd 
Necdet  Sezər,  TBMM-in  yeni  sədri  Ömər  İzgi  və  Türkiyənin  Baş  nazi-
ri Bülənt Ecevit ilə görüşüb. Ömər İzgi ilə qarşılıqlı müzakirələr zamanı 
Milli Məclisin sədri Murtuz Ələsgərov Türkiyədə iqtisadi maraqlar güdən 
bəzi qüvvələrin Ermənistanla sərhədlərin açılması və münasibətlərin nor-
mallaşması ilə bağlı fəaliyyətlərindən Azərbaycanın keçirdiyi narahatçılığı 
Türkiyə rəsmilərinə çatdırıb. 
2002-ci il fevralın 7-də Bakıya gələn TBMM-in sədri Ömər İzgi Türkiyə-
Ermənistan  münasibətləri  barədə  bu  ifadələri  işlədib:  “Dağlıq  Qarabağ 
münaqişəsi həll olunmadan, heç bir Türkiyə-Ermənistan münasibətlərindən 
söz gedə bilməz”.
2000-ci illərdə Türkiyə və Azərbaycan parlamentləri  beynəlxalq par-
lament  təşkilatlarında  da  əməkdaşlıq  edib. Avropa  Şurası  Parlament As-
sambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyəti türkiyəli həmkarları 
ilə  birgə  hərəkət  edərək,  bir  sıra  sənədlərin  qəbul  olunmasına,  təşkilata 
üzv  dövlətlərin  nümayəndələrinə  paylanmasına  nail  olub.  AŞPA-nın 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  2005-ci 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə