1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   2   3   4   5   6   7   8   9   ...   57

13
Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış
Əməkdaşlıq Şurasının I toplantısında imzalanan təbii qaz müqavilələri Türkiyə-
Azərbaycan  ortaqlığının  regional  miqyasda  oynaya  biləcəyi  rolu  layiqincə 
göstərir.  Bu, Azərbaycan  və  Xəzər  dənizi  qazının Türkiyə  vasitəsilə Avropa 
bazarlarına  çatdırılmasının,  yəni  Cənub  qaz  koridorunun  önünü  açıb. Yaxın 
gələcəkdə Azərbaycan qazı Türkiyə vasitəsilə Avropa bazarına çatdırılacaq.
İki  ölkənin  qarşılıqlı  sərmayələri  böyük  rəqəmlərlə  ifadə  olunur. 
Türkiyənin Azərbaycandakı sərmayələri 6,5 milyard dollar məbləğindədir. 
Qardaş Azərbaycanın Türkiyədəki sərmayələri 4 milyard dollardır. 2011-ci 
il oktyabrın 25-də İzmir-Aliağada “SOCAR”-ın 5 milyard dollarlıq böyük 
bir sərmayəsinin - yeni bir neftayırma zavodunun təməli qoyulub. 
Türk sahibkarları Azərbaycanda 25 min adama iş yeri təmin edərək, bu-
ranı öz vətənləri sayırlar. Xalqlarımız arasındakı sıx təmasın bir nümunəsi 
kimi Türk  Hava Yolları  və Azərbaycan  Hava Yolları  tərəfindən  İstanbul-
Bakı reysi ilə həftənin hər günü 6 səfər təşkil edilir. 
Türkiyə ilə Azərbaycan arasındakı ticarət həcminin 2011-ci ilin sonun-
da 3 milyard dollara yaxın olması gözlənilir. Türkiyə qardaş Azərbaycanın 
iqtisadiyyatının  gün  keçdikcə  inkişafından  və  uğurlu  inkişaf  strategiyası 
nəticəsində  gücünün  artmasından  məmnundur.  Türkiyə  ilə Azərbaycanın 
qlobal iqtisadi böhrana baxmayaraq böyüyən uğurlu iqtisadiyyata sahib ol-
maları sadəcə ikitərəfli deyil, regional iqtisadi/ticari əməkdaşlığın yüksək 
potensialından xəbər verir.
Bütün  bunlarla  yanaşı,  əkinçilik,  turizm,  təhsil,  mədəniyyət,  texniki 
sahədə əməkdaşlıq, qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsi 
və getdikcə artan sayda tələbənin hər iki ölkədə təhsil alması münasibətləri 
daha da yaxınlaşdırır.
2011-ci  il  oktyabrın  23-də  Türkiyədə  Van  və  onun  ətrafında  meyda-
na gələn zəlzələ zamanı Azərbaycan xalqı bədbəxt hadisənin baş verdiyi 
bölgənin əhalisinin ağrılarını paylaşıb və kömək göndərmək məqsədilə bö-
yük əmək sərf edib. 
Türkiyə ilə Azərbaycan arasında beynəlxalq və regional platformalarda 
mövcud olan əməkdaşlıq və həmrəylik çərçivəsində, demək olar ki, bütün 
mövzularda  Türkiyə  Azərbaycanı,  Azərbaycan  da  Türkiyəni  dəstəkləyir. 
Azərbaycanın  BMT-nin  Təhlükəsizlik  Şurasına  2012-2013-cü  illər  üçün 
qeyri-daimi  üzv  seçilməsinə Türkiyə  aktiv  dəstək  verib  və Azərbaycanın 
beynəlxalq təhlükəsizlik və sülhə xidmət edən belə əhəmiyyətli bir vəzifəyə 
seçilməsindən böyük məmnuniyyət və qürur hissi duyur. 
Azərbaycanın  20  il  kimi  qısa  müddətdə  BMT Təhlükəsizlik  Şurasına 
155  səs  alaraq  qeyri-daimi  üzv  seçilməsi  dünya  ictimaiyyəti  tərəfindən 
təqdirlə  qarşılanıb.  Azərbaycanın  bu  böyük  uğurunu  qardaş  Azərbaycan 


14
Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış
xalqına  müstəqilliyin  yenidən  bərpasının  20-ci  ildönümü  hədiyyəsi  kimi 
qiymətləndirirəm.
Türkiyənin  2009-2010-cu  illər  arasında  BMT-də  Təhlükəsizlik  Şura-
sının qeyri-daimi üzvlüyünü yerinə yetirməsindən sonra Azərbaycanın da 
2012-2013-cü  illər  üçün  bu  vəzifəni  boynuna  götürməsi  hər  iki  ölkənin 
beynəlxalq planda əldə etdikləri nüfuzun göstəricisidir. 
Əsasən  bu  nüfuz  üçün  Türkiyə  və  Azərbaycan  müxtəlif  platforma-
larda  ortaq  fəaliyyət  göstərir.  Məsələn,  Türkiyə  ilə  Azərbaycan  Asiyada 
Əməkdaşlıq  və  Etimad Yaratma  Tədbirlər  Konfransı,  Türkdilli  Ölkələrin 
Əməkdaşlıq  Şurası,  Türkdilli  Ölkələrin  Parlament  Assambleyası  və 
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) kimi ortaq təsis edilən 
regional təşkilatlarda əməkdaşlığı davam etdirirlər. Bundan başqa, Türkiyə 
NATO-nun ən əhəmiyyətli üzv ölkələrindən biri olaraq Azərbaycanla NATO 
arasındakı əlaqələrin inkişaf etdirilməsi üçün hər cür səy göstərir. 
Türkiyə ilə Azərbaycanın türk dünyası üçün ortaq fəaliyyətlərinə xüsusilə 
toxunmaq  lazımdır.  2009-cu  ildə  Türkdilli  Ölkələrin  Əməkdaşlıq  Şurası 
(Türk Şurası) qurulub, Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Gö-
rüşü Naxçıvanda keçirilib. Naxçıvan Sammitində imzalanan Müqavilə və İs-
tanbulda təşkil edilən Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Görü-
şünün İstanbul Bəyannaməsi ilə Şuranın təşkilatlanmasının təməli atılıb. Türk 
Şurası ilk zirvə toplantısını 2011-ci il  oktyabrın 20-21-də Almatıda keçirib.
 
Ɔ
Nəticə
Türkiyə-Azərbaycan əlaqələrini başqa ölkələr arasındakı münasibətlərlə 
müqayisə etmək mümkün deyil. 
Giriş  hissəsində  də  yazıldığı  kimi,  soyuq  müharibənin  sona  çatma-
sı Cənubi Qafqaza olan marağı daha da artırıb, bu çərçivədə, beynəlxalq 
əlaqələr  nöqteyi-nəzərindən  bölgədə  meydana  gələn  hadisələrə  ümumən 
realist bir yanaşma meydana çıxıb. Amma bu yanaşma Türkiyənin bölgəyə 
istiqamətlənmiş siyasətini açıqlamaqda yetərsiz qalır. Xüsusilə, Azərbaycan 
ilə əlaqələrdə Türkiyənin xarici siyasətini təyin edən ünsürlər “maraqlar”dan 
kənardadır,  bu  ölkə  ilə  olan  tarixi,  mədəni  və  insani  bağlarımız  və  ortaq 
mənfəətlərimizdir. Başqa sözlə, Türkiyə Azərbaycana istiqamətlənmiş xari-
ci siyasəti çox dəyərli sayır və davam etdirir və bu təməl üzərində ikitərəfli 
və çoxtərəfli əməkdaşlığın daha da inkişafına səy göstərir. Əlaqələrin sahib 
olduğu bu xüsusi mahiyyət çərçivəsində siyasi, iqtisadi, hərbi, mədəni, icti-
mai olmaqla bütün sahələrdə Türkiyə və Azərbaycanın daha böyük uğurlara 
birlikdə imza atmaları hamımızın ortaq istəyidir.


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə