1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə14/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   ...   10   11   12   13   14   15   16   17   ...   71

 
 
 
202) Yuxarı göz yarığı sindromu kranial sinirlərin hansı cütlüklərinin 
zədələnmə əlamətlərindən ibarətdir? 
A) 3-cü, 4-cü, 6-cı cütlüklərinin və 5-ci cütlüyünün 1-ci şaxəsinin 
B) 2-ci, 5-ci 
C) Yalnız 3-cü, 4-cü, 6-cı 
D) Yalnız 3-cü, 4-cü cütlüklərinin və 5-ci cütlüyünün 1-ci şaxəsinin 
E) 5-ci, 7-ci 
 
Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для 
врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и 
дополн.,2001,стр. 46 
 
 
203) Kavernoz sinusun bayır divarı sindromu kranial sinirlərin hansı 
cütlüklərinin zədələnmə əlamətlərindən ibarətdir? 
A) 5-ci, 7-ci 
B) 3-cü, 4-cü, 6-cı cütlüklərinin və 5-ci cütlüyünün 1-ci şaxəsinin 
C) Yalnız 3-cü, 4-cü cütlüklərinin və 5-ci cütlüyünün 1-ci şaxəsinin 
D) 2-ci, 5-ci 
E) Yalnız 3-cü, 4-cü, 6-cı 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 212 
 
 
204) Kranial sinirlərin 3-cü, 4-cü, 6-cı cütlüklərinin və 5-ci cütlüyünün 1-ci 
şaxəsinin eyni vaxtda zədələnməsi hansı sindromu təşkil edir? 
A) Psevdobulbar sindromu 
B) Vidaci dəlik sindromunu  
C) Daxili qulaq dəliyi sindromunu 
D) Körpü-beyincik bucağı sindromunu 
E) Yuxarı göz yarığı sindromunu 
 
Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для 
врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и 
дополн.,2001,стр. 46 
 
 
205) Yuxarı göz yarığı sindromuna kranial sinirlərin hansı cütlüyünün 
zədələnmə əlamətləri daxil deyil? 
A) 3-cü 
B) 4-cü 
C) 6-cı 
D) 5-ci cütlüyünün 1-ci şaxəsinin 
E) 1-ci 


 
 
 
Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для 
врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и 
дополн.,2001,стр. 46 
 
 
206) “Həqiqi porensefaliya” nədir? 
A) Baş beyində maye ilə dolu olan beyin mədəcikləri ilə ya da subaraxnoidal boşluq 
ilə əlaqələnən bir və ya bir neçə boşluğun olması 
B) Baş beynin ölçülərinin normadan böyük olması 
C) Baş beynin ölçülərinin normadan kiçik olması 
D) Baş beyində maye ilə dolu olan beyin mədəcikləri ilə ya da subaraxnoidal boşluq 
ilə əlaqələnməyən bir və ya bir neçə boşluğun olması 
E) Baş beynin yarımkürələrinin anadangəlmə olmaması 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 15 
 
 
207) “Titubasiya” nədir? 
A) Tiklərin növlərindən biri 
B) Demensiyanın növü 
C) Başın,ətrafların proksimal nahiyyələrinin və gövdənin beyincik zədələnmələri 
üçün səciyyəvi olan aşağı tezlikli postural tremoru 
D) Epileptik tutmanın növü 
E) Afaziyanın növü   
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 109 
 
 
208) “Tortikollis” nədir? 
A) Başın qeyri-iradi olaraq irəli-geri hərəkəti 
B) Başın qeyri-iradi çiyinə doğru əyilməsi 
C) Başın qeyri-iradi irəli əyilməsi 
D) Başın qeyri-iradi kənara dönməsi 
E) Başın qeyri-iradi geriyə qatlanılması 
 
Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для 
врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и 
дополн.,2001,стр. 99 
 
 


 
 
209) Aşağıda sadalananlardan hansı huşun (şüurun) itməsi ilə müşayiət 
olunmur? 
A) Baş beynin qlobal işemiyası 
B) Drop-həmlə  
C) Generalizə olunmuş epileptik tutma 
D) Bayılma 
E) Kəllə-beyin travması- baş beynin əzilməsi 
 
Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для 
врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и 
дополн.,2001,стр. 418 
 
 
210) Aşağıda sadalananlardan hansı beyincik tremorunun növüdür? 
A) Akatiziya 
B) Titubasiya 
C) Tortikollis 
D) Akayriya 
E) Ballizm 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 109 
 
 
211) Sağlam böyük yaşlı passiv-oyaq halda olan adamda EEQ-da baş beynin 
ənsə-təpə nahiyyələrində dominant ritm hansıdır? 
A) Tetta və delta dalğalar 
B) Betta-ritm 
C) Delta-ritm 
D) Alfa-ritm 
E) Tetta-ritm 
 
Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. 
Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 486 
 
 
212) Aşağıda sadalananlardan hansı patologiya  bulbar sindromu ilə təzahür 
olunur? 
A) Yalnız Qiyyen-Barre sindromu  
B) Yalnız sirinqobulbiya 
C) Hamısı 
D) Yalnız botulizm 
E) Yalnız miasteniya (myasthenia gravis) 
 


 
 
Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., 
Левин О.С.- M., 2001, стр. 102 
 
 
213) Aşağıda sadalananlardan hansı patologiya  bulbar sindromu ilə təzahür 
olunur? 
A) Yalnız kraniospinal şiş 
B) Yalnız poliomielit 
C) Hamısı 
D) Yalnız yan amiotrofik skleroz 
E) Yalnız arxa aşağı beyincik arteriyası hövzəsində infarkt 
 
Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., 
Левин О.С.- M., 2001, стр. 102 
 
 
214) Aşağıda sadalananlardan hansı patologiyanın klinik şəklində bulbar 
sindromu müşahidə olunmur? 
A) Landau-Kleffner sindromu  (uşaq dövrünün qazanılmış afaziyası) 
B) Verdniq-Hoffmann bədxassəli spinal amiotrofiyası 
C) Giyyen-Barre sindromu 
D) Poliomielit 
E) Botulizm 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 228 
 
 
215) İnternuklear oftalmoplegiya aşağıda sadalananlardan hansı patologiya 
zamanı meydana çıxa bilir? 
A) Dağınıq skleroz 
B) Botulizm 
C) Gözün hərəki sinirinin mononeyropatiyası 
D) Yuxarı göz yarığı nahiyyəsində şiş 
E) Miasteniya (myasthenia gravis) 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 449 
 
 
216) Pasientin üzünün yarısında bədən hərarətinin artması fonunda yaranan 
mimiki əzələlərin iflici qeydə alınır. Həmin tərəfdə xarici qulaq keçəcəyində, 
qulaq seyvanında vezikulyoz səpgilər müşahidə olunur. Həmin tərəfdən eşitmə 
qabiliyyətinin enməsi də vardır. Üzün hissi innervasiyasında pozulma müşahidə 


Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə