1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə21/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   ...   17   18   19   20   21   22   23   24   ...   71

 
 
B) Asetilsalisil turşusu (aspirin) 
C) Aspirinlə (50 mq/ sut) dipiridamolun (400mq/sut) kombinasiyası 
D) Varfarin 
E) Pentoksifillin (trental) 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 258 
 
304) Aşağıda sadalanan arteriyalardan hansının okklüzion zədələnməsi zamanı 
“qapanmış adam” sindromunun (deafferentasiya sindromu,izolyasiya sindromu, 
“locked-in syndrome”) meydana çıxması mümkündür? 
A) Bazilyar arteriyanın 
B) Ön beyin arteriyasının 
C) Arxa aşağı beyincik arteriyasının 
D) Göz arteriyasının 
E) Orta beyin arteriyasının 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 401 
 
 
305) Aşağıda sadalananlardan hansı atravmatik beyindaxili qansızmanın ən tez-
tez rast gələn səbəbidir? 
A) Arterial hipertenziya 
B) Anadangəlmə arterial anevrizmin partlaması 
C) Beyin şişi 
D) Amiloid angiopatiya 
E) Arteriovenoz malformasiyanın partlaması 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 259 
 
 
306) Aşağıda sadalanan arteriyalardan hansı onun hövzəsində beyindaxili 
qansızmanın tez-tez baş verməsinə görə а.haemorrhagica adlanır? 
A) A.cerebri anterior 
B) A. cerebellaris posterior inferior 
C) A. lenticulostriata 
D) A. cerebellaris superior 
E) A. thalamogeniculata 
 


 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 260 
 
 
307) Şarko-Buşar anevrizmləri nəyə deyilir? 
A) Orta beyin arteriyalarının anadangəlmə anevrizmləri 
B) Uzunmüddətli arterial hipertenziya nəticəsində formalaşan beynin penetrəedici 
arteriyalarının kiçik anevrizmlərinə 
C) Villizi dairəsi arteriyalarının anadangəlmə anevrizmləri 
D) Beyincik arteriyalarının anadangəlmə anevrizmləri 
E) Ön beyin arteriyalarının anadangəlmə anevrizmaləri 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 416 
 
 
308) Aşağıda sadalananlardan hansı beyindaxili qansızma zamanı müşahidə 
olunmur? 
A) Nevrolojı defisitin 24 saat ərzində tam bərpa olunması 
B) Ocaqlı nevrolojı defisitin mövcudluğu 
C) Kəllədaxili hipertenziyanın əlamətləri 
D) Arterial hipertenziya 
E) Anizokoriya 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 259 
 
 
309) Aşağıda sadalananlardan hansı subaraxnoidal qansızmanın kəskin 
mərhələsi üçün səciyyəvi deyil? 
A) Ocaqlı nevrolojı defisit 
B) Qusma 
C) Fotofobiya 
D) Huş (şüur) səviyyəsinin enməsi 
E) Psixomotor oyanma 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 267 
 
 
310) Hansı arteriyanın anevrizmi gözün hərəki sinirinin (n. oculomotorius) 
zədələnməsinə gətirib çıxara bilər? 


 
 
A) Ön beyin arteriyasının 
B) Bazilyar arteriyanın 
C) Arxa birləşdirici arteriyanın 
D) Ön birləşdirici arteriyanın 
E) Orta beyin arteriyasının 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 267 
 
 
311) Arxa birləşdirici arteriyanın anevrizmi hansı sinirin zədələnməsinə gətirib 
çıxara bilər? 
A) Dəhliz-eşitmə sinirinin 
B) Gözün hərəki sinirinin (n. oculomotorius) 
C) Görmə sinirin 
D) Dilaltı sinirin 
E) Üz sinirinin 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 267 
 
 
312) Nöqtəvari bəbəklər baş beynin hansı nahiyyəsinə qansızma nəticəsində 
müşahidə olunur? 
A) Alın payına 
B) Uzunsov beyinə 
C) Gicgah payına 
D) Varoli körpüsünə 
E) Ənsə payına 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 418 
 
 
313) Beyincikdaxili qansızmanın aşkara çıxarılması üçün aşağıda sadalanan 
müayinə üsullarından hansı daha çox məlumatvericidir? 
A) Transkranial doppleroqrafiya 
B) Oftalmoskopiya (göz dibinin müayinəsi) 
C) Kranioserebral KT  
D) Lümbal punksiya 
E) Exo-EQ 
 


 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 419 
 
 
314) “Hematomieliya” nədir? 
A) Beyinciyə qansızma 
B) Göz almasına qansızma 
C) Beyin kötüyünə qansızma 
D) Baş beynin yarımkürəsinə qansızma 
E) Onurğa beyninə qansızma 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 1995, стр. 254 
 
 
315)  Xəstənin 40 yaşı var.2 gün əvvəl qəflətən üzü əyilib.2-3 saat ərzində sağ 
ətraflarında keyləşmə,zəiflik əmələ gəlmişdir və tam iflic dərəcəsinə 
çatmışdır,nitqi pozulmuşdur,danışa bilmir,lakin deyilən sözləri başa 
düşür.Keçirdiyi xəstəliklərdən sol ayağının tromboflebitini deyir.Nevroloji 
statusda:A/T-115/65,nəbzi 78 dəqiqədə,ritmikdir,ürək tonları aydındır.Sağ 
burun-dodağ büküşü hamarlaşıb,dili sağ tərəfə əyilir,aktiv hərəkətlər sağ 
ətraflarda yoxdur,əzələ tonusu yüksəlib,vətər,sümüküstü reflükslər sağ tərəfdə 
yüksəlib,qarın refleksi sağda alınmır.Babinski,Oppenqeym simptomları sağda 
müsbətdir.Sağ tərəfli hemihipesteziya,motor afaziya qeyd olunur.Hansı 
xəstəlikdir? 
A) Araxnoidit 
B) Dissirkulyator ensefalopatiya 
C) Hemorraqik insult 
D) İşemik insult 
E) Meningit 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр238 
 
 
316) Aşağıda sadalanan arteriyaların hansında patologiya zamanı 
keçici(müvəqqəti və ya ötüb gedən) amavroz yaranır? 
A) Orta beyin arteriyası 
B) Ön beyin arteriyası 
C) Daxili yuxu arteriyası  
D) Arxa beyin arteriyası 
E) Ön hovlu 
 
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.241 


Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə