1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə26/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   ...   22   23   24   25   26   27   28   29   ...   71

 
 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.520 
 
 
375) Botulizmin ilk simptomlardan biri hansıdır? 
A) XII sinirin zədələnməsi 
B) Psevdobulbar sindrom 
C) Ağız suyu ifrazının çoxalması(hipersalivasiya) 
D) Sadalananlardan heç biri doğru deyil 
E) Akkomodasiyanın parezi 
 
Ədəbiyyat: Неврология.Марко Мументалер,Хейнрих Маттле.Под 
ред.О.С.Левина.2007.стр.434 
 
 
376) Aşağıda sadalananlardan hansı difterik polineyropatiya zamanı ölümə 
səbəb ola bilməz? 
A) Bulbar əzələlərin iflici 
B) Miokardit 
C) Tənəffüs əzələlərinin iflici 
D) Veqetativ pozulmalar 
E) Sadalananlardan hec biri doğru deyil 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.520 
 
 
377) Sinir sisteminin QİÇS ilə zədələnməsi özünü nə ilə biruzə verir? 
A) Kəskin skleroz meningitlə 
B) Ensefalopatiya ilə 
C) Sadalananların hamısı ilə 
D) Miyelopatiya ilə 
E) Kəskin sensor polineyropatiya ilə 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.401 
 
378) Tabes dorsalis zamanı statika və yeriş pozulmasının səbəbi nədir? 
A) Tabetik artropatiya 
B) Beyincik ataksiyası 
C) Ayaqların süst iflici 
D) Sensitiv ataksiya 
E) Görmə sinirinin tabetik atrofiya zamanı görmənin zəifləməsi 
 


 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.374 
 
 
379) Arqayl Roberts sindromu zamanı hansı əlamətlər müşahidə olunur? 
A) Bəbəklərin işığa qarşı düz reaksiyanın itməsi ilə yanaşı müştərək reaksiyanın 
saxlanılması 
B) Bəbəklərin işığa qarşı reaksiyasının saxlanılması ilə yanaşı konverqensiyanın 
itməsi 
C) Anizokoriya ilə birgə konvergensiyanın itməsi 
D) Anizokoriya ilə birgə akkomodasiyanın itməsi 
E) Bəbəklərin işığa qarşı düz reaksiyanın itməsi ilə yanaşı konvergensiya və 
akkomodasiya reaksiyalarının saxlanılması 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.117 
 
 
380) Aşağıda sadalanan preparatların hansı herpetik ensefalitin etiotrop 
müalicəsində istifadə olunur? 
A) Pefloksasin 
B) Oksolin 
C) İnterferon 
D) Seftriakson 
E) Asiklovir 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.553 
 
 
381) Aşağıda sadalananların hansı ikidalğalı meninqoensefalitə xas deyil? 
A) Beyincik pozulmaları 
B) Arterial hipotoniya 
C) Yüksək qızdırma 
D) Qızdırmasız dövr 
E) Proqrediyent gediş 
 
Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней.Руководство для 
врачей/Под ред.Г.А.Акимова.1997.стр.292 
 
 
382) Beyin absesinin müalicəsində hansı üsul daha effektivdir? 
A) Antibiotiklərlə absess boşluğunu yuyulması 
B) Absessin cərrahi yolla götürülməsi 
C) Yüksək dozalarda antibiotiklərin və dehidratasion preparatların yeridilməsi 
D) İltihab əleyhinə şua terapiyasının tətbiqi 


 
 
E) Dioksidin ilə absess boşluğunun yuyulması 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.266 
 
 
383) Meningit nəyə deyilir? 
A) Onurğa beyninin əsasən yumşaq və sərt qişalarının zədələnməsi ilə keçən xəstəlik 
B) Baş beyin qişalarının iltihabı ilə keçən viruslu yolxucu xəstəlik 
C) Baş və onurğa beynin əsasən hörümçəktoruna bənzər və yumşaq qişasının 
zədələnməsi ilə kecən xroniki yolxucu xəstəlik 
D) Baş və onurğa beyin qişaların zədələnməsi ilə keçən yarım kəskin yolxucu 
xəstəlik 
E) Baş və onurğa beyninin əsasən hörümçəktoruna bənzər və yumşaq qişasinin 
adətən infeksion genezli iltihabı 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.369 
 
 
384) Aşağıda sadalananlardan hansı əsasən irinli meningitin törədicisidir? 
A) Bakteriya 
B) Virus 
C) Mikoplazma 
D) Göbələk 
E) Riketsiya 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.305 
 
 
385) Leptomeningit zamanı aşağıda sadalananlardan nə hörümçək toruna 
bənzər və yumşaq qişalarla yanaşı iltihabi prosessə cəlb oluna bilər? 
A) Beyin mədəciklərin damar kələfləri və ependima  
B) Ağ və boz maddə 
C) Sərt qişa və damar kələfləri 
D) Sərt qişa və boz maddə 
E) Ependima və sərt qişa  
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.305 
 
 
386) Meningitin klinik şəkli hansı simptomların toplusundan ibarətdir? 
A) Ümumi beyin, Kerniq, Brudzinski və meningial simptomlarının 
B) Ümumi infeksion, ümimi beyin və meningeal simptomlarının 


 
 
C) Ümumi infüksion, ümumi beyin və Kerniq simptomlarının 
D) Meningeal, ümumi beyin, Kerniq, Lasseqa və Brudzinski simptomlarının 
E) Ümumi infeksion, meningial və ocaqlı simptomlarının 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.305 
 
 
387) Meningit zamanı beyindaxili təzyiqin yüksəlməsi nəyə səbəb ola bilər? 
A) Baş ağrısı, taxikardiya, qusma, arterial təzyiqin enməsi 
B) Baş ağrısı, qusma, bradikardiya, sistolik təzyiqin artması və tənəffüs saylarının bir 
dəqiqədə azalması( Kuşinq refleksi) 
C) Qusma, öyümə, baş ağrısı 
D) Taxikardiya, qusma, arterial təzyiqin artması 
E) Taxikardiya, qusma, arterial təzyiqin artması 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.305 
 
 
388) Meningit zamanı baş ağrısının səbəbləri hansılardır? 
A) Beyin qişalarının qıcıqlanması, kəllədaxili təzyiqin enməsi və arterial təzyiqin 
artması 
B) Beyin qişalarının qıcıqlanması, iltihabi prosesi və kəllədaxili təzyiqin enməsi 
C) Beyin qışalarının qıcıqlanması, iltihabi prosesi və kəllədaxili təzyiqin artması 
D) Beyin qişalarının qıcıqlanması, arterial təzyiqin artması 
E) Beyin qişalarının qıcıqlanması, arterial təzyiqin enməsi və iltihabi prosesi 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.305 
 
 
389) Opistotonus zamanı nə baş verir? 
A) Ətraflarda tonusun artması və reflekslərin yüksəlməsi 
B) Boyun, bel əzələlərin rigidliyi, ətraflarda tonusun enməsi 
C) Boyun əzələlərinin və aşağı ətrafların rigidliyi 
D) Ətraflarda tonusun enməsi 
E) Boyun, bel əzələlərinin və ətrafların rigidliyi 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.305 
 
 
390) Meningitlərdə qusmanın əsas səbəbi nədir? 
A) Uzunsov beyin və rombabənzər çuxurun dibində yerləşən triqer zonaların 
qıcıqlanması 


Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə