1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə33/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   ...   29   30   31   32   33   34   35   36   ...   71

 
 
473) Aura nədir? 
A) Hiperkinezdir 
B) Huşun pozulmasının bir növüdür 
C) Epileptik tutmanı xəbər edən əlamət 
D) Meningiti xəbər edən əlamət 
E) İnsultu xəbər edən əlamət 
 
Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., 
Левин О.С.- M., 2001, стр. 504 
 
 
474) Kiçik epilepsiyanın başqa adı nədir? 
A) Ambulator avtomatizm 
B) Psixiki ekvivalent 
C) Absans 
D) Gicgah epilepsiya 
E) İmpulsiv davranış 
 
Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., 
Левин О.С.- M., 2001, стр. 506 
 
 
475) Daimi kloniki tutmalar hansı epilepsiya üçün xasdır? 
A) Parsial epilepsiyası üçün 
B) Reflektor epilepsiyası üçün 
C) Cekson epilepsiyası üçün 
D) Kojevnikov epilepsiyası üçün 
E) Gicgah epilepsiyası üçün 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 145                                                                                 
 
476) Hansı epilepsiyaya absans xas deyil? 
A) Gənc yaşda 
B) Simptomatik 
C) İdiopatik 
D) Uşaq yaşında 
E) Postravmatik 
 
Ədəbiyyat: Справочник практического врача по 
неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 495 
 
477) Aşağıda sadalanan fenomenlərdən hansı sadə parsial tutmalarda psixiki 
təzahürləri daxil edir? 
A) Disfazik(nitqin dəyişilməsi) 


 
 
B) Koqnitiv(depersonalizasiya, derealizasiya) 
C) İllyuzor(ölçülərin,çəkinin və s. illyuzasiyası) 
D) Dismnestik(görüntüləri bunnan öncə güya görüb) 
E) Sadalananların hamısı 
 
Ədəbiyyat: Справочник практического врача по 
неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 504 
 
 
478) Roland epilepsiyası gün ərzində nə vaxt müşahidə olunur? 
A) Səhər saatlarında 
B) Gecə vaxtı 
C) Gündüz saatlarında 
D) Heç bir fərq yoxdur 
E) Axşam saatlarında 
 
Ədəbiyyat: Справочник практического врача по 
неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 509 
 
 
479) Lennoks-Qasto sindromuna hansı tutma növlərinin birləşməsi xasdır? 
A) Sadə və mürəkkəb absanslar 
B) Absanslar, atonik və klonik tutmalar 
C) Absanslar və sadə parsial tutmalar 
D) Mioklonik və atonik tutmalar 
E) Absanslar və mioklonik tutmalar 
 
Ədəbiyyat: Справочник практического врача по 
неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 512 
 
 
480) Abstinent tutma aşağıda sadalanan tutma növlərinin hansına aiddir? 
A) İkincili olaraq qeneralizə olunmuş parsial tutmalara 
B) Absanslara 
C) Toniko-kloniki qeneralizasiya olunmuş tutmalara 
D) Mürəkkəb parsial tutmalara 
E) Sadə parsial tutmalara 
 
Ədəbiyyat: Справочник практического врача по 
неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 538 
 
 
481) Aşağıda sadalananlardan nə epileptik transa xasdır? 
A) “Azan” baxış 
B) Sadalananların hamısı 
C) Huşun pozulması 


 
 
D) Xəstənin qaçmağa, getməyə can atmağı 
E) Xəstənin ətrafda baş verən hadisələrə qeyri adekvat reaksiya 
 
Ədəbiyyat: Клиническая неврология.А.М.Пулатов, А.С.Никифоров, 1978.стр. 92 
 
 
482) Hansı halda xəstədə epilepsiya diaqnozu qoyula bilər? 
 
A) 1 dəfə yüksək hərarət fonunda tutma 
B) Xəstədə 2 və ya daha çox epileptik tutma baş versə 
C) Hər iki valideyin epilepsiyadan əziyyət çekir 
D) Yalnız EEQ-nın nəticəsi əsasında 
E) 1 dəfə idiopatik tutma baş verşə 
 
Ədəbiyyat: Ədəbiyyat: Azərbaican Respublika Səhiyyə Nazirliyinin «Epilepsiyanın 
diaqnostika və müalicəsi üzrə kliniki protokol» Bakı-2009, s.12 
 
483) Epilepsiya əleyhinə preparatlara aşağıdakılardan hansı aid deyil? 
 
A) Topiramat 
B) Valproat turşusu 
C) Lidokain 
D) Karbamazepin 
E) Lamotrijin 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,əlavə 5 
 
484) Gənclərin absans epilepsiyasının(GAE) müalicəsində monoterapiyada ilk 
seçim preparatı hansıdır? 
 
A) Karbamazepin 
B) Lamotrijin 
C) Valproat turşusu 
D) Topiramat 
E) Amantadin 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 57 
 
485) 18 yaşlı qız yuxuya getmə zamanı və oyandıqdan dərhal sonra yuxarı ərtaf 
əzələlərində meydana çıxan dartılma, qıcolma şikayəti ilə nevropatoloqa 
müraciət edib. Qeyd edir ki, qəfildən yuxudan oyatma zamanı dartılmalar 
güclənir və ağrı artır. Aybaşı önü dövrdə tutmalar daha tez tez- baş verir. 
Nevroloji status norma daxilindədir. Daha çox ehtimal olunan diaqnoz hansıdır? 
 


 
 
A) Otahara sindromu 
B) Lennoks-Qasto sindromu (LQS) 
C) Vest sindromu 
D) Yans sindromu 
E) Rasmussen sindromu 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 58 
 
 
486) Aşağıda sadalananlardan hansı izolə olunmuş irsi spastik paraplegiya 
xəstəliyinin patomorfolojı dəyişikliyini xarakterizə edir(Ştrümpel xəstəliyi)? 
A) Onurğa beyninin yan sütunlarında yerləşən spinoretikulyar yolların degenerasiyası 
B) Sadalananların hamısı düzdür 
C) Onurğa beyninin yan sütunlarında yerləşən spinotalamik yolların degenerasiyası 
D) Onurğa beyninin yan sütunlarında yerləşən vestibulospinal yolların degenerasiyası 
E) Onurğa beyninin yan sütunlarında yerləşən piramid yolların degenerasiyası 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 2.стр.160 
 
 
487) Aşağıda sadalananlardan hansı izolə olunmuş irsi spastik paraplegiya 
xəstəliyinin 
klinikasında piramid sindromun xarakterik cəhətidir(Ştrümpel xəstəliyi)? 
A) Spastika parezdən üstündür 
B) Uzanan zaman ayaqlardakı spastika yeriş zamanındakına nisbətən daha üstündür 
C) Spastika ancaq yuxarı ətraflarda qeydə alınır 
D) Parez spastikadan üstündür 
E) Sadalananların heç biri düz deyil 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 2.стр.161 
 
 
488) İzolə olunmuş irsi spastik paraplegiya xəstəliyinin(Ştrümpel xəstəliyi) 
dağınıq sklerozla differensial diaqnostikasını apararkən hansı əlamətin olması 
2-cinin üstünlüyünə dəlalət edir? 
A) Əsasən izolya olunmuş simmetrik piramid simptomatika 
B) Remissiyanın olması 
C) Müsbət ailə anamnezi 
D) Qarın reflekslərinin itməsi 
E) Spastikanın parezdən üstünlüyü 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 2.стр.161 


Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə