516) “Asteriksis” nədir?
A) Nevrozun növüdür
B) Hissi pozulmaların növüdür
C) Hiperkinezin növüdür
D) Afaziyanın növüdür
E) Vegetativ pozulmaların növüdür
Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В.
Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 46
517) Aşağıda sadalanan hiperkinezlərdən hansı qara ciyər ensefalopatiyası üçün
daha səciyyəvidir?
A) Hemiballizm
B) Xoreik hiperkinez
C) Əzələ distoniyası
D) Tiklər
E) Asteriksis
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 340
518) Aşağıda sadalananlardan hansı doğru deyil?
A) Xoreik hiperkinezlərin azaldılması üçün neyroleptiklər tətbiq olunur
B) Hentinqton xəstəliyinə yalnız kişilər məruz qalır
C) Hentinqton xəstəliyi üçün demensiya səciyyəvi əlamətdir
D) Hentinqton xəstəliyi autosom-dominant tip üzrə irsən ötürülür
E) Hentinqton xəstəliyinin yuvenil Vestfal forması parkinsonizm sindromu ilə
təzahür edir
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 128
519) Aşağıda sadalananlardan hansı patologiya zamanı parkinsonizm
sindromuna rast gəlinmir?
A) Hepatolentikulyar degenerasiya (Vilson-Konovalov xəstəliyi)
B) Striobazal degenerasiya
C) Hentinqton xəstəliyinin yuvenil Vestfal forması
D) Kortikobazal degenerasiya
E) Miller Fişer sindromu ( Fişer sindromu)
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 477
520) Aşağıda sadalananlardan hansı irsi xəstəliklərə aiddir (yəni xəstəlik əsasən
ailəvi formalarla təzahür edir)?
A) Dağınıq skleroz
B) Hentinqton xəstəliyi
C) Kiçik xoreya ( Sidenheym xoreyası)
D) Yan amiotrofik skleroz
E) Qiyyen-Barre sindromu
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 127
521) Aşağıda sadalanan xəstəliklərdən hansı autosom-dominant tip üzrə irsən
keçir?
A) Kennedi bulbospinal amiotrofiyası
B) Düşenn miodistrofiyası
C) Verdniq-Hoffman kəskin bədxassəli infantil spinal amiotrofiyası
D) Bekker miodistrofiyası
E) Hentinqton xəstəliyi
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 128
522) Xəstə 10 yaşındadır.5 gün əvvəl uşaqda qeyri iradi hərəkətlər əmələ
gəlmişdir.Anamnezində tez-tez angina,revmatik endokardit keçirməsini qeyd
edir.Nevroloji statusda:nitqi qırıq-qırığdır,mimiki əzələlərində,ətraflarında
hiperkinezlər qeyd edilir.Əzələ tonusu zəyifləyib.,reflekslər zəifdir,yerişi,xətti
pozulub.Ürək nahiyyəsində sistolik səs eşidilir.Qanında revmatik müayinələr
müsbətdir.Hansı xəstəlikdən fikirləşmək olar?
A) Dağınıq sklerozdan
B) Revmatik xoreya
C) Hentinqton xoreyasından
D) Parkinsonizm xəstəliyindən
E) Vilson-Konovalov xəstəliyindən
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр132
523) Aşağıda sadalanan xəstəliklərin hansında MRT müayinəsində diffuz
atrofiya şəkli qeydə alınmır?
A) Beynin şualanmasında
B) Sadə herpes törədicisi olan ensefalitdə
C) Hentinqton xəstəliyində
D) Kreysfelt-Yakob xəstəliyində
E) Parkinson xəstəliyində
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.153
524) Hentinqton xəstəliyi olan xəstənin KT-sında aşağıda sadalanan
nahiyyələrin hansında atrofik dəyişikliklər qeydə alınır?
A) Quyruqlu nüvədə
B) Beyincikdə
C) Subtalamik nüvələrdə
D) Qara substansiyada
E) Yastıqda(pulvinar)
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.156
525) Parkinsonizmə nə xas deyil?
A) Hemiballizm
B) Ayaqlarını sürtə-sürtə yerimək
C) Retropulsiya
D) Maskayabənzər sifət
E) “Dişli çarx” fenomeni
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.158
526) Aşağıda sadalananlardan hansı patologiya generalizə olunmuş motor və
vokal tiklərlə təzahür edir?
A) Hepatolentikulyar degenerasiya (Vilson-Konovalov xəstəliyi)
B) Landau-Kleffner sindromu (uşaqlıq dövrünün qazanılmış afaziyası)
C) Turett sindromu
D) Vest sindromu (infantil spazma, salaam qıcolmaları)
E) Parkinson xəstəliyi
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 148
527) Aşağıda sadalanan xəstəliklərdən hansı ekstrapiramid sistemin pozulmaları
ilə təzahür etmir?
A) 1-ci tip irsi motor-sensor neyropatiyası (Şarko-Mari-Tut xəstəliyi)
B) Hentinqton xəstəliyi
C) Turett sindromu
D) Hallervorden-Şpats xəstəliyi
E) Hepatolentikulyar degenerasiya (Vilson-Konovalov xəstəliyi)
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 501
528) Aşağıda sadalanan xəstəliklərdən hansı kiçik xoreyanın yaranmasına səbəb
olur?
A) Yarımkəskin bakteriolojı endokardit
B) Revmatizm
C) Quyruqlu nüvənin irsi degenerasiyası
D) Travmadan sonra yaranan qara substansiyanın degenerasiyası
E) Binsvanqer sindromu
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.79
529) Aşağıda sadalanan xəstəliklərdən hansı üçün “Qordon fenomeni”
xarakterdir?
A) Sirinqomieliya xəstəliyi üçün
B) Kiçik xoreya üçün
C) Poliomielit üçün
D) Fridreyx ataksiyası üçün
E) İsteriya üçün
Ədəbiyyat:
Неврология.српавоч.прак.врача.Д.Р.Штульман,О.С.Левин.2002.стр.706
530) Enurez diaqnozunu qoymaq üçün hansı xəstəliyi istisna etmək lazımdır?
A) Dağınıq sklerozu
B) Epilepsiyanı
C) Sidik kisəsinin və sidik kanalının xəstəliklərini
D) Sadalanan xəstəliklərin hamısını
E) Onurğa sütununun qüsurunu
Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р.,
Левин О.С.- M., 2001, стр. 497
Dostları ilə paylaş: |