1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə36/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   ...   32   33   34   35   36   37   38   39   ...   71

 
 
 
516) “Asteriksis” nədir? 
A) Nevrozun növüdür 
B) Hissi pozulmaların növüdür 
C) Hiperkinezin növüdür 
D) Afaziyanın növüdür 
E) Vegetativ pozulmaların növüdür 
 
Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. 
Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 46 
 
 
517) Aşağıda sadalanan hiperkinezlərdən hansı qara ciyər ensefalopatiyası üçün 
daha səciyyəvidir? 
A) Hemiballizm 
B) Xoreik hiperkinez 
C) Əzələ distoniyası 
D) Tiklər 
E) Asteriksis 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 340 
 
 
518) Aşağıda sadalananlardan hansı doğru deyil? 
A) Xoreik hiperkinezlərin azaldılması üçün neyroleptiklər tətbiq olunur 
B) Hentinqton xəstəliyinə yalnız kişilər məruz qalır 
C) Hentinqton xəstəliyi üçün demensiya səciyyəvi əlamətdir 
D) Hentinqton xəstəliyi autosom-dominant tip üzrə irsən ötürülür 
E) Hentinqton xəstəliyinin yuvenil Vestfal forması parkinsonizm sindromu ilə 
təzahür edir 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 128 
 
 
519) Aşağıda sadalananlardan hansı patologiya zamanı parkinsonizm 
sindromuna rast gəlinmir? 
A) Hepatolentikulyar degenerasiya (Vilson-Konovalov xəstəliyi)  
B) Striobazal degenerasiya  
C) Hentinqton xəstəliyinin yuvenil Vestfal forması 
D) Kortikobazal degenerasiya 
E) Miller Fişer sindromu ( Fişer sindromu)  
 


 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 477 
 
 
520) Aşağıda sadalananlardan hansı irsi xəstəliklərə aiddir (yəni xəstəlik əsasən 
ailəvi formalarla təzahür edir)? 
A) Dağınıq skleroz 
B) Hentinqton xəstəliyi 
C) Kiçik xoreya ( Sidenheym xoreyası) 
D) Yan amiotrofik skleroz 
E) Qiyyen-Barre sindromu 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 127 
 
 
521) Aşağıda sadalanan xəstəliklərdən hansı autosom-dominant tip üzrə irsən 
keçir? 
A) Kennedi bulbospinal amiotrofiyası 
B) Düşenn miodistrofiyası 
C) Verdniq-Hoffman kəskin bədxassəli infantil spinal amiotrofiyası 
D) Bekker miodistrofiyası 
E) Hentinqton xəstəliyi 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 128 
 
 
522) Xəstə 10 yaşındadır.5 gün əvvəl uşaqda qeyri iradi hərəkətlər əmələ 
gəlmişdir.Anamnezində tez-tez angina,revmatik endokardit keçirməsini qeyd 
edir.Nevroloji statusda:nitqi qırıq-qırığdır,mimiki əzələlərində,ətraflarında 
hiperkinezlər qeyd edilir.Əzələ tonusu zəyifləyib.,reflekslər zəifdir,yerişi,xətti 
pozulub.Ürək nahiyyəsində sistolik səs eşidilir.Qanında revmatik müayinələr 
müsbətdir.Hansı xəstəlikdən fikirləşmək olar? 
A) Dağınıq sklerozdan 
B) Revmatik xoreya 
C) Hentinqton xoreyasından 
D) Parkinsonizm xəstəliyindən 
E) Vilson-Konovalov xəstəliyindən 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр132 
 


 
 
 
523) Aşağıda sadalanan xəstəliklərin hansında MRT müayinəsində diffuz 
atrofiya şəkli qeydə alınmır? 
A) Beynin şualanmasında 
B) Sadə herpes törədicisi olan ensefalitdə 
C) Hentinqton xəstəliyində 
D) Kreysfelt-Yakob xəstəliyində 
E) Parkinson xəstəliyində 
 
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.153 
 
 
524) Hentinqton xəstəliyi olan xəstənin KT-sında aşağıda sadalanan 
nahiyyələrin hansında atrofik dəyişikliklər qeydə alınır? 
A) Quyruqlu nüvədə 
B) Beyincikdə 
C) Subtalamik nüvələrdə 
D) Qara substansiyada 
E) Yastıqda(pulvinar) 
 
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.156 
 
 
525) Parkinsonizmə nə xas deyil? 
A) Hemiballizm 
B) Ayaqlarını sürtə-sürtə yerimək 
C) Retropulsiya 
D) Maskayabənzər sifət 
E) “Dişli çarx” fenomeni 
 
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.158 
 
 
526) Aşağıda sadalananlardan hansı patologiya generalizə olunmuş motor və 
vokal tiklərlə təzahür edir? 
A) Hepatolentikulyar degenerasiya (Vilson-Konovalov xəstəliyi)  
B) Landau-Kleffner sindromu (uşaqlıq dövrünün qazanılmış afaziyası) 
C) Turett sindromu 
D) Vest sindromu (infantil spazma, salaam qıcolmaları) 
E) Parkinson xəstəliyi 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 148 
 
 


 
 
527) Aşağıda sadalanan xəstəliklərdən hansı ekstrapiramid sistemin pozulmaları 
ilə təzahür etmir? 
A) 1-ci tip irsi motor-sensor neyropatiyası (Şarko-Mari-Tut xəstəliyi) 
B) Hentinqton xəstəliyi 
C) Turett sindromu 
D) Hallervorden-Şpats xəstəliyi 
E) Hepatolentikulyar degenerasiya (Vilson-Konovalov xəstəliyi)  
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 501 
 
 
528) Aşağıda sadalanan xəstəliklərdən hansı kiçik xoreyanın yaranmasına səbəb 
olur? 
A) Yarımkəskin bakteriolojı endokardit 
B) Revmatizm 
C) Quyruqlu nüvənin irsi degenerasiyası 
D) Travmadan sonra yaranan qara substansiyanın degenerasiyası 
E) Binsvanqer sindromu 
 
Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.79 
 
 
529) Aşağıda sadalanan xəstəliklərdən hansı üçün “Qordon fenomeni” 
xarakterdir? 
A) Sirinqomieliya xəstəliyi üçün 
B) Kiçik xoreya üçün 
C) Poliomielit üçün 
D) Fridreyx ataksiyası üçün 
E) İsteriya üçün 
 
Ədəbiyyat: 
Неврология.српавоч.прак.врача.Д.Р.Штульман,О.С.Левин.2002.стр.706 
 
 
530) Enurez diaqnozunu qoymaq üçün hansı xəstəliyi istisna etmək lazımdır? 
A) Dağınıq sklerozu 
B) Epilepsiyanı 
C) Sidik kisəsinin və sidik kanalının xəstəliklərini 
D) Sadalanan xəstəliklərin hamısını 
E) Onurğa sütununun qüsurunu 
 
Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., 
Левин О.С.- M., 2001, стр. 497 
 


Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə