1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə44/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   ...   40   41   42   43   44   45   46   47   ...   71

 
 
 
 
631) X-bağlı resessiv irsiyyət tipi aşağıda sadalanan xəstəliklərdən hansına 
məxsus deyil? 
A) Düşenn proqressivləşən (getdikcə artan) əzələ distrofiyasına 
B) Erb-Rot proqressivləşən (getdikcə artan) əzələ distrofiyasına 
C) Bekker  proqressivləşən (getdikcə artan) əzələ distrofiyasına 
D) Hemofiliyaya 
E) Kennedi bulbospinal amiotrofiyasına 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 578 
 
 
632) X-bağlı resessiv irsiyyət tipi aşağıda sadalanan xəstəliklərdən hansına 
məxsusdur? 
A) Verdniq-Hoffman kəskin bədxassəli infantil spinal amiotrofiyasına 
B) Landuzi-Dejerin bazu-kürək-üz miodistrofiyasına 
C) Kugelberq-Velander yuvenil spinal amiotrofiyasına 
D) Erb-Rot proqressivləşən (getdikcə artan) əzələ distrofiyasına 
E) Düşenn proqressivləşən (getdikcə artan) əzələ distrofiyasına 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 571 
 
 
633) Aşağıda sadalananlardan hansı irsi xəstəliklərə aid deyil (yəni xəstəlik 
əsasən sporadik formalarla təzahür edir)? 
A) Bekker miodistrofiyası 
B) Miasteniya (myasthenia gravis) 
C) Hentinqton xəstəliyi 
D) Erb-Rot miodistrofiyası 
E) Düşenn miodistrofiyası 
 
Ədəbiyyat: 1. Справочник практического врача по неврологии / Штульман Д.Р., 
Левин О.С.- M., 2001, стр. 366 
2. Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. 
Левина.- М., 2008, стр. 115 
 
 
634) Aşağıda sadalananlardan hansı xəstəlik zamanı parezlərin yaranması 
qeydə alınmır? 
A) Kugelberq-Velander yuvenil spinal amiotrofiyası 
B) Anadangəlmə  miotoniya ( Tomsen xəstəliyi) 


 
 
C) Yan amiotrofik skleroz 
D) Miasteniya (myasthenia gravis) 
E) Qiyyen-Barre sindromu 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 632 
 
 
635) Aşağıda sadalanan simptomlardan hansı miopatiyaya xas deyil? 
A) “Göz-dil” simptomu 
B) “Azad çiyinüstü” simptomu 
C) “Ördək yerişi” simptomu 
D) “Tapir dodaq”-çevrilmiş dodaq simptomu 
E) “Köndələn gülüş” simptomu 
 
Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. 
Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 172 
 
 
636) Aşağıda sadalananlardan hansı doğrudur? 
A) “Myasthenia gravis” miodistrofik xəstəliklərə aiddir 
B) Miasteniyanın inkişafı periferik sinirlərin mielininə qarşı anticisimlərin yaranması 
ilə əlaqədardır 
C) “Myasthenia gravis” infeksion xəstəlikdir 
D) “Myasthenia gravis” autoimmun xəstəlikdir 
E) Miasteniya zamanı hərəki və hissi ( hipesteziya) pozulmalar meydana çıxır 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 615 
 
 
637) Aşağıda sadalananlardan hansı doğru deyil? 
A) Miasteniya ilə xəstə olan anadan təzə doğulmuş uşaqda miasteniyanın keçib gedən 
( tranzitor) əlamətləri qeydə alına bilər 
B) Miasteniyanın diaqnostik testlərindən biri prozerin ( neostiqmin) sınağıdır  
C) Miasteniyanın müalicəsində antixolinesteraz preparatlardan istifadə edilir 
D) Miasteniyanın müalicəsində kortikosteroid preparatlardan istifadə edilir 
E) Miastenik krizin müalicəsində plazmaferez istifadə edilmir  
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 621 
 
 


 
 
638) Aşağıda sadalananlardan nə myasthenia gravis zamanı müşahidə olunmur? 
A) İkigörmə 
B) Bulbar sindrom 
C) Tənəffüs çatışmazlığı 
D) Hissiyyatın azalması ( hipesteziya) 
E) Ptoz 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 616 
 
 
639) Aşağıda sadalananlardan hansı doğru deyil? 
A) Lambert-İton miastenik sindromu çox vaxt bədxassəli şişi olan xəstələrdə yaranır 
B) Generalizə olunmuş miasteniya ilə xəstə olanların təxminən 80%-də postsinaptik 
əzələ membranının asetilxolin reseptorlarına qarşı anticisimlər aşkara çıxarılır 
C) Miasteniya ilə xəstə olan anadan təzə doğulmuş uşaqda miasteniyanın keçib gedən 
( tranzitor) əlamətləri qeydə alına bilər 
D) Miasteniya botulizm ilə differensiasiya olunmalıdır 
E) Miasteniya zamanı timektomiya ancaq timus şişi olan pasientlərdə effektivdir 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 621 
 
 
640) Aşağıda sadalananlardan hansı doğrudur? 
A) Miasteniya zamanı hərəki və hissi ( hipesteziya) pozulmalar meydana çıxır 
B) Generalizə olunmuş miasteniya ilə xəstə olanların təxminən 80%-də əzələ zülalı 
olan distrofinə qarşı anticisimlər aşkara çıxarılır  
C) Miastenik krizin müalicəsində plazmaferez istifadə edilmir  
D) Lambert-İton miastenik sindromu çox vaxt bədxassəli şişi olan xəstələrdə yaranır 
E) Miasteniya zamanı timektomiya ancaq timus şişi olan pasientlərdə effektivdir 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 623 
 
 
641) Aşağıda sadalanan antibiotiklərdən hansı sinir-əzələ keçiriciliyini 
pisləşdirməklə əlaqədar olaraq miasteniya zamanı pasientin vəziyyətini 
ağırlaşdıra bilər? 
A) Sadalanan antibiotiklərdən hamısı 
B) Yalnız neomisin 
C) Yalnız kanamisin 
D) Yalnız streptomisin 


Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə