1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə46/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   ...   42   43   44   45   46   47   48   49   ...   71

 
 
652) Aşağıda sadalananlardan hansı simpatik sistemin stimulyasiyasının 
təzahürü deyil? 
A) Taxikardiya 
B) Bağırsaq peristaltikasının zəifləməsi 
C) Hipersalivasiya 
D) Bronxodilatasiya 
E) Midriaz 
 
Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. 
С. Левина.- М., 2008, стр. 260 
 
 
653) Aşağıda sadalananlardan nə parasimpatik sistemin stimulyasiyasının 
təzahürü deyil? 
A) Bağırsaq peristaltikasının güclənməsi 
B) Bradikardiya 
C) Hipersalivasiya 
D) Bronxodilatasiya 
E) Mioz 
 
Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. 
С. Левина.- М., 2008, стр. 260 
 
 
654) Aşağıda sadalananlardan nə parasimpatik sistemin stimulyasiyasının 
təzahürüdür? 
A) Taxikardiya 
B) Bronxodiatasiya 
C) Arterial təzyiqin artması 
D) Mioz 
E) Piloarreksiya (piloereksiya) 
 
Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. 
С. Левина.- М., 2008, стр. 260 
 
 
655) Aşağıda sadalananlardan nə simpatik sistemin stimulyasiyasının 
təzahürüdür? 
A) Mioz 
B) Hipersalivasiya 
C) Sidik kisəsinin (m. detrusor) yığılması 
D) Bronxokonstriksiya 
E) Bağırsaq peristaltikasının zəifləməsi 
 
Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. 
С. Левина.- М., 2008, стр. 260 


 
 
 
 
656) Aşağıda sadalananlardan hansı preparat parasimpatik sistemin 
aktivasiyasına gətirib çıxarmır (xolinergik təsirə malik deyil)? 
A) Piridostiqmin (kalimin) 
B) Atropin 
C) Qalantamin (nivalin) 
D) Neostiqmin (prozerin) 
E) Pilokarpin 
 
Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - 
М., стр. 106, стр. 103  
 
 
657) Parasimpatik sinir sisteminin mesensefal hissəsi kranial sinirlərin neçənci 
cütünün nüvələrilə təmsil olunub? 
A) 3-cü 
B) 7-ci 
C) 9-cu 
D) 10-cu 
E) 4-cü 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 248 
 
 
658) Parasimpatik sinir sisteminin bulbar hissəsi kranial sinirlərin aşağıda 
sadalanan cütlüklərindən neçəncisi ilə təmsil olunub? 
A) XI ilə 
B) XII ilə 
C) V ilə 
D) III ilə 
E) X ilə 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 248 
 
 
659) Aşağıda sadalananlardan hansı biri periferik vegetativ çatışmazlığın 
təzahürüdür? 
A) Yalnız sakit vəziyyətdə olan taxikardiya (“fiksasiya olunmuş nəbz” fenomeni) 
B) Yalnız impotensiya 
C) Sadalananların hamısı 
D) Yalnız ortostatik hipotenziya 
E) Yalnız hipohidroz/anhidroz 
 


 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 149 
 
 
660) Aşağıda sadalananlardan hansı  patologiya generalizə olunmuş hiperhidroz 
ilə müşayiət oluna bilər? 
A) Yalnız feoxromositoma 
B) Sadalananların hamısı 
C) Yalnız tireotoksikoz 
D) Yalnız hipoqlikemiya 
E) Yalnız xolinergik preparatlar ilə intoksikasiya 
 
Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. 
С. Левина.- М., 2008, стр. 286 
 
 
661) Reyno xəstəliyi akroparesteziyadan nə ilə fərqlənir? 
A) Tutmayabənzər gedişatı ilə 
B) Güclü ağrının mövcudluğu ilə 
C) Paresteziyanın mövcudluğu ilə 
D) Göyərmənin və qanqrenanın olması ilə 
E) Xroniki gedişatı ilə 
 
Ədəbiyyat: Диффер.диагностика нервных болезней.Г.А.Акимова.1997.стр.118 
 
 
662) Aşağıda sadalananlardan hansı eritromelalqiyaya xas deyil? 
A) Zədələnmiş ətrafın ağ rəngdə olması 
B) Zədələnmiş ətrafın qızarması 
C) Ətraflarda ağrının mövcudluğu 
D) Zədələnmiş ətrafın şişməsi(ödemi) 
E) Zədələnmiş ətrafda hərarətin qalxması 
 
Ədəbiyyat: Диффер.диагностика нервных болезней.Г.А.Акимова.1997.стр.118 
 
 
663) Aşağıda sadalanan simptomlardan hansı Babinski-Frelix xəstəliyinə 
(adipozoqenital distrofiya) xasdır? 
A) Budda, qarında və başqa yerlərdə piyin yığını 
B) İkincili cinsi əlamətlərin natamam inkişafı 
C) Sadalananların hamısı doğrudur 
D) Boyun artmaması 
E) Hipotermiya 
 
Ədəbiyyat: Справочник по неврологии. Е.В.Шмидт, 1981, стр. 7 


 
 
 
 
 
664) Aşağıda sadalanan simptomlardan hansı bayılmalara(sinkope)  xas deyil? 
A) Qulaqda küy 
B) Görmənin torlu olması 
C) Arterial təzyiqin enməsi 
D) Baş gicəllənmə 
E) Tənəffüsün dayanması 
 
Ədəbiyyat: Справочник практического врача по 
неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 224 
 
 
665) Nikturiya zamanı bayılma nə zaman baş verir? 
A) Sidiyə gedərkən 
B) Qan itirdikdə 
C) Yüksək emosiya zamanı ( qorxu hissi) 
D) Pis qoxu hiss edərkən 
E) Öskürək tutmasından sonra 
 
Ədəbiyyat: Неврология.Марко Мументалер.под редакцией 
О.С.Левина.2007год.стр.  
 
 
666) Yaşlı insanlarda yuxu mərhələlərində aşağıda sadalanan dəyişikliklərdən 
hansı qeydə alınır? 
A) Yuxu mərhələlərininin ikisinində sürəkliliyinin enməsi 
B) Yuxunun tez mərhələsinin sürəkliliyinin dəyişməz olaraq qalması 
C) Yavaş yuxunun III pilləsinin sürəkliliyinin enməsi 
D) Yavaş yuxunun IV pilləsinin sürəkliliyinin enməsi 
E) Sadalananların hamısı 
 
Ədəbiyyat: Регуляция сна.Н.А.Власов, А.М.Вейн, 
Ю.А.Александровский.1983.стр. 23 
 
 
667) Aşağıda sadalanan nüvələrdən hansı bəbəyin daralmasını təmin edir? 
A) Varoli körpüsünün Bexterev nüvəsi 
B) Orta beynin Perlia nüvəsi 
C) Orta beynin Yakuboviç-Edinger-Vestfal nüvəsi 
D) Varoli körpüsünün Deyters nüvəsi 
E) Orta beynin Darkşeviç nüvəsi 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 128 


Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə