1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?


) Aşağıda sadalananlardan hansı birincili kəllə-beyin travmasına aiddir?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə47/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   ...   43   44   45   46   47   48   49   50   ...   71

 
 
 
 
668) Aşağıda sadalananlardan hansı birincili kəllə-beyin travmasına aiddir? 
A) Dislokasion sindrom 
B) Serebrovaskulyar dəyişmə 
C) Beyin ödemi 
D) Ocaqlı beyin zədələnməsi (contusio) 
E) Likvosirkulyasiyanın pozulması 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.701 
 
 
669) Aşağıda sadalananlardan hansı ikincili kəllə-beyin travma zamanı 
müşahidə olunur? 
A) Likvosirkulyasiyanın pozulması 
B) Dislokasion sindrom 
C) Serebrovaskulyar dəyişmə 
D) Beyin ödemi 
E) Sadalananların hamısı 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.702 
 
 
670) Aşağıda sadalananlardan hansı ikincili kəllə-beyin travmasının səbəbidir? 
A) işemiya, hipoksiya 
B) Sadalananların hamısı  
C) Beyin ödemi, infeksiya 
D) Hemodinamik və su-elektrolit balansının pozulması 
E) Kəllədaxili hipertenziya 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.527 
 
 
671) Açıq kəllə-beyin travmasına aşağıda sadalananlardan hansı aiddir? 
A) Ancaq aponevrozun zədələnməsi 
B) Sadalananlardan heç biri doğru deyil 
C) Beynin yumşaq toxumalarının aponevrozsuz zədələnməsi 
D) Beynin yumşaq toxumalarının aponevrozla birgə zədələnməsi və ya kəllə 
qapağının sümük sınığı ilə müşayiət edilir 
E) Ancaq beynin sərt toxumanın zədələnməsi 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.528 


 
 
 
 
672) Aşağıda sadalanan hansı simptomların mövcudluğu kəllə-beyin 
travmasının ağırlığını təyin edir? 
A) Həyati vacib funksiyaların pozulması 
B) Anteroqrad amneziyanın müddəti 
C) Subaraxnoidal qansızmanın mövcudluğu 
D) Sadalananların hamısı 
E) Huşun itmə müddəti və huşun birinci baxışda vəziyyəti 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.528 
 
 
673) Kəllə-beyin travmasından sonra yaranan meningeal simptomun əlamətləri 
mövcuddursa, əsasən hansı diaqnozdan şübhələnmək olar? 
A) Subaraxnoidal qansızmadan 
B) Beyin zədələnməsindən 
C) Arterial təzyiqin enməsindən 
D) Sadalananlardan heç biri doğru deyil 
E) Arterial təzyiqin artmasından 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.529 
 
 
674) Travmadan sonra burundan axan  mayenin  (rinoreya)  tərkibində nəyi 
təyin etməklə onun  likvor olduğunu sübut etmək olar? 
A) Xloridləri 
B) Sitozu 
C) Zülalı 
D) Qlükozanı 
E) Natriumu 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.530 
 
 
675) Aşağıda sadalananlardan hansına Battl simptomu deyilir? 
A) Kəllə-beyin travması zamanı kəllə sinirlərinin zədələnməsinə 
B) Likvorun burundan və qulaqdan gəlməsinə 
C) Göz yuvası kənarları ilə məhtudlaşan orbital zonada iki tərəfli qançır(göyərmə) 
D) Travmadan 24-48 saatdan sonra yaranan məməyəbənzər çıxıntının nahiyyəsində 
qulaq seyvanının arxasında qançır(göyərmə) 
E) Konyuktivanın altına qansızma 
 


 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.530 
 
 
676) Aşağıda sadalananlardan hansına “eynək” simptomu deyilir? 
A) Likvorun burundan və qulaqdan gəlməsinə 
B) Travmadan 24-48 saatdan sonra yaranan məməvari cismin nahiyyəsində qulaq 
seyvanının arxasında qançır(göyərmə) 
C) Kəllə-beyin travması zamanı kəllə sinirlərinin zədələnməsinə 
D) Konyuktivanın altına qansızma 
E) Göz yuvası kənarları ilə məhtudlaşan orbital zonada iki tərəfli qançır(göyərmə) 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.530 
 
 
677) Aşağıda sadalananlardan hansı əlamətlərin mövcudluğu kəllə əsasın 
sınığına dəlalət edir? 
A) Göz yuvası kənarları ilə məhtudlaşan orbital zonada iki tərəfli qançır(göyərti) 
B) Likvorun burundan və qulaqdan gəlməsinə 
C) Travmadan 24-48 saatdan sonra yaranan məməvari cismin nahiyyəsində qulaq 
seyvanının arxasında qançır(göyərti) 
D) Konyuktivanın altına qansızma 
E) Sadalananların hamısı 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.530 
 
 
678) Aşağıda sadalananlardan hansı əlamətlər kəllədaxili hematomanın 
mövcudluğunu sübut edə bilər? 
A) Sadalananların hamısı 
B) Ocaqlı simptomların yaranması 
C) Pərçimlənmə(daxilolma) əlamətlərin yaranması 
D) Kəllədaxili hipertenziyanın yaranması və artması 
E) EXO-EQ zamanı M-exo yerdəyişməsi 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.531 
 
 
679) Hematomanı təyin etmək üçün hansı müayinə üsulundan istifadə olunur? 
A) Sadalananların hamısı 
B) Maqnit rezonans tomoqrafiyası müayinə üsulundan(MRT) 
C) EXO-EQ 
D) Angioqrafiya müayinə üsulundan 


 
 
E) Kompüter tomoqrafiya müayinə üsulundan(KT) 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.532 
 
 
680) Xəstənin vəziyyəti kəllə-beyin travmasından sonra getdikcə pisləşirsə,buna 
səbəb hematomadan başqa nə ola bilər? 
A) Sadalananların hamısı 
B) Sedativ dərmanların təsiri 
C) Hipoksiya və hiperkapniya 
D) Erkən epileptik tutmalar 
E) Beyinin hipoperfuziyası 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.532 
 
 
681) Aşağıda sadalananlardan hansı müasir kəllə-beyin travmasının təsnifatında 
işlənmir? 
A) Baş beyin zədələnməsinin (contusio) yüngül dərəcəsi 
B) Baş beyin silkələnməsinin (commotio) ağır dərəcəsi 
C) Sadalananlardan hamısı təsnifata uyğundur 
D) Baş beyin zədələnməsinin (contusio) ağır dərəcəsi 
E) Baş beynin sıxılması 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi.Nevrolojı təcrübədə 
müşahidə olunan patologiyaların 10-cu baxılış “xəstələrin beynəlxalq təsnifatına” 
müvafiq kodları və kodlaşdırma qaynaqları.səh.34. 
 
 
682) Yüngül kəllə-beyin travması zamanı huşun pozulma müddəti nə qədər 
olur? 
A) 1 saatacan 
B) 10 dəqiqəyəcən 
C) 30 dəqiqəyəcən 
D) 1 saatdan artıq 
E) Vaxtın fərqi yoxdur 
 
Ədəbiyyat: Неврология.Справочник практического 
врача.Д.Р.Штульман,О.С.Левин-2-ое изд.2002.стр.529 
 
 
683) Hansı kranial sinir gicgah sümüyünün piramidasının sınığı zamanı 
zədələnə bilər? 
A) Əlavə sinir 


Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə