1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə50/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   ...   46   47   48   49   50   51   52   53   ...   71

 
 
 
 
710) Aşağıda sadalananlardan hansı kəllə-beyin travmasının ağırlaşmalarına 
aiddir? 
A) Beyin silkələnməsi 
B) Beyin sıxılması 
C) Beyin zədələnməsi 
D) Sadalananların hamısı 
E) Beyin absesi 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.731 
 
 
711) Aşağıda sadalananlardan hansı kəllə-beyin travmasının ağırlaşmalarına 
aid deyil? 
A) Sadalananlardan hamısı  
B) Beyin silkələnməsi 
C) Beyin absessi 
D) Pnevmosefaliya 
E) İrinli meningit 
 
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под 
ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр.729 
 
712) Sinirin travmatik zədələnməsindən və sinirin cərrahi birləşməsindən sonra 
aksonun regenerasiya sürəti nə qədərdir? 
A) Sutkada 0.1mm 
B) Sutkada 1mm 
C) 10 günə 1mm 
D) 1 aya 1mm 
E) Sutkada 10mm 
 
Ədəbiyyat: Неврология.Марко Мументалер,Хейнрих Маттле.Под 
ред.О.С.Левина.2007.стр.704 
 
 
713) Fantom ağrının əsas əlaməti aşağıda sadalananlardan hansıdır? 
A) Mövcud olan ətrafda şiddətli ağrı 
B) Güdülün sianozlaşması və ödemləşməsi 
C) Mövcud olmayan ətrafda ağrı hissi 
D) Sadalananlardan heç biri doğru deyil 
E) Güdül(kəsilmiş əl-ayağın üstündə qalan hissəsi) tərəfdə hipesteziya 
 
Ədəbiyyat: Неврология.Марко Мументалер,Хейнрих Маттле.Под 
ред.О.С.Левина.2007.стр.706 


 
 
 
 
714) Bazu kələfinin proksimal hissəsinin travmatik zədələnməsinə nə 
xarakterdır? 
A) Rombabənzər əzələnin hipotrofiyası 
B) Düşen-Erb iflici 
C) “Sallanmış “ əl 
D) Dejerin-Klümpke iflici 
E) Rombabənzər və dişli əzələlərin hipotrofiyası 
 
Ədəbiyyat: Неврология.Марко Мументалер,Хейнрих Маттле.Под 
ред.О.С.Левина.2007.стр.708 
 
 
715) Travmadan sonra yaranan normotenziv hidrosefaliya (Xakim-Adams 
sindromu) hansı simptomlar ilə təzahür edir? 
A) Sadalananlardan heç biri düz deyil 
B) Baş ağrı,görmənin enməsi və ataksiya ilə təzahür edir 
C) Baş ağrılar,yaddaşın pozulması və dezoriyentasiya ilə təzahür edir 
D) Yerişin pozulması,sidiyin saxlamaması və koqnitiv pozulmalar ilə təzahür edir 
E) Başgicəllənmə,astaziya,abaziya və sensor ataksiya ilə təzahür edir 
 
Ədəbiyyat: Неврологические синдромы. Руководство для 
врачей.В.Л.Голубев,А.М.Вейн.2002.стр.718 
 
 
716) Aşağıda sadalanan əlamətlərdən hansı periferik sinirin zədələnməsinə 
dəlalət edir? 
A) Zədələnmiş sinirin innervasiya zonasında paresteziya qeydə alınır 
B) Süst iflic və zədələnmiş sinirin zonasında hiposteziya və ya anesteziya qeydə 
alınır 
C) Zədələnmiş sinirin innervasiya zonasında hipertrofiya qeydə alınır 
D) Sadalananlardan hamısı doğrudur 
E) Perkusiya zamanı zədədən aşağı sinir boyu ağrı hissi qeydə alınır 
 
Ədəbiyyat: Болезни периферической нервной системы.Руководство для 
врачей.Я.Ю.Попелянский.1989.стp.123 
 
 
717) Aşağıda sadalanan əlamətlərdən hansı periferik sinirin natamam 
zədələnməsinə dəlalət edir? 
A) İnnervasiya zonasında veqetativ-trofik pozulmalarının mövcudluğu 
B) İnnervasiya zonasında damar pozulmaların mövcudluğu 
C) İnnervasiya olan zonada hissi qıcıqlanma simptomu 
D) Ağrı sindromunun ifadəli olması 
E) Sadalananların hamısı doğrudur 


 
 
 
Ədəbiyyat: Болезни периферической нервной системы.Руководство для 
врачей.Я.Ю.Попелянский.1989.стp.124 
 
 
718) Aşağıda sadalanan əlamətlərdən hansı kauzalgiyaya dəlalət edir? 
A) Zədələnmiş sinirin innervasiya zonasında anesteziyanın mövcudluğu 
B) Zədələnmiş sinirin innervasiya zonasına uyğun olan hipalqeziya və parasteziya 
C) Sadalananlardan hamısı düzdür 
D) Sinirə təzyiq edərkən dözülməz ağrı qeydə alınır 
E) Zədələnmiş sinirin innervasiya zonasına uyğun olmayan intensiv yandırıcı ağrılar 
 
Ədəbiyyat: Болезни периферической нервной системы.Руководство для 
врачей.Я.Ю.Попелянский.1989.стp.232 
 
 
719) Periferik sinirin travması zamanı aksonun regenerasiyasına dəlalət edən 
ilkin əlamət aşağıda sadalananlardan hansıdır? 
A) Zədələnmiş sinirin innervasiya zonasında paresteziyanın yaranması 
B) Trofik pozulmaların reqressi 
C) Zədələnmiş ətrafın distal hissəsində ağrı sindromun reqressə uğraması 
D) Zədələnmiş sinirin innervasiya zonasının distal hissələrində dayanıqlı ağrı 
sindromun yaranması 
E) Sadalananlardan hamısı düzdür 
 
Ədəbiyyat: Неврология.Марко Мументалер,Хейнрих Маттле.Под 
ред.О.С.Левина.2007.стр.704 
 
 
720) Aşağıda sadalanan əlamətlərdən hansı bud sinirinin (n.femoralis) qasıq 
bağından aşağı zədələnməsinə dəlalət edir? 
A) Budun bükülməsi çətinləşir 
B) Baldırın açılması pozulur 
C) Baldırın ön sahəsində hissiyatın pozulması qeydə alınır 
D) Hamısı 
E) Baldırın daxili sahəsində hissiyatın pozulması qeydə alınır 
 
Ədəbiyyat: А.М.Пулатов.Пропедевтика нервных болезней.1979,стр.145 
 
 
721) Aşağıda sadalanan əlamətlərdən hansı bud sinirinin (n.femoralis) qasıq 
bağından yuxarı zədələnməsinə dəlalət edir? 
A) Budun ön sahəsində hissiyatın pozulması qeydə alınır 
B) Budun bükülməsi çətinləşir 
C) Baldırın açılması pozulur 
D) Sadalananların hamısı 


Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə