1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə53/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   ...   49   50   51   52   53   54   55   56   ...   71

 
 
752) Aşağıda sadalananlardan nə komada olan pasientə kömək üçün yerinə 
yetirilməli olan birinci dərəcəli təxirəsalınmaz tədbirdir? 
A) Qanda qlükoza səviyyəsinin təyin edilməsi 
B) Tənəffüs yollarının keçiriciliyinin və hemodinamikanın sabitliyinin təmin edilməsi  
C) Göz dibinin müayinəsi 
D) Vena kateterinin qoyulması 
E) Sidik kateterinin qoyulması  
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 220 
 
 
753) Aşağıda sadalananlardan nə komaya gətirib çıxara bilər? 
A) Yalnız hipoksiya 
B) Yalnız uremiya 
C) Yalnız kəllə-beyin travması 
D) Yalnız beyindaxili qansızma 
E) Sadalananların hamısı 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 219 
 
 
754) Aşağıda sadalananlardan hansı beynin lateral transtentorial 
(unkotentorial) pərçiminin  («transtentorial herniation») əlamətidir? 
A) Homolateral prozopoparez 
B) Anozoqnoziya 
C) Afaziya 
D) İşığa qarşı reaksiyanın itməsi ilə müşayiət olunan ipsilateral midriaz  
E) Kontralateral ətraflarda mioklonik diskineziyalar 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 434 
 
 
755) Komada olan pasientdə anizokoriyanın mövcudluğu nəyin əlaməti ola 
bilər? 
A) Kəllədaxili hipertenziya nəticəsində baş verən beynin unkotentorial pərçiminin 
(ункотенториальное вклинение мозга) 
B) Uzaqlaşdırıcı sinirinin zədələnməsinin 
C) Uzunsov beyinə qansızmanın 
D) Varoli körpüsünə qansızmanın 
E) Blokabənzər sinirin zədələnməsinin 


 
 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 434 
 
 
756) “Anizokoriya” nədir? 
A) Pasient tərəfindən öz defektinin (məs.,hemiparezin) dərk edilməməsi  
B) Bir tərəfin ətraflarında patolojı reflekslərin mövcudluğu 
C) Ətrafların əzələ tonusunda asimmetriyası 
D) Sümüküstü və vətər reflekslərinin asimmetriyası 
E) Bəbəklərin diametrindəki fərq 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 431 
 
 
757) Dekortikasiya pozası necə təzahür edir? 
A) Baş arxaya qatlanıb, qollar və ayaqlar bükülüb, ətrafların əzələ tonusu yüksəkdir 
B) Qollar və ayaqlar bir-birinə sıxılıb və ya bir-biri ilə çarpazlanıb 
C) Qollar və ayaqlar bükülüb, ətrafların əzələ tonusu yüksəkdir 
D) Qollar bükülüb, ayaqlar düz açılıb, ətrafların əzələ tonusu yüksəkdir 
E) Qollar və ayaqlar düzlənib, ətrafların əzələ tonusu yüksəkdir 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 433 
 
 
758) Deserebrasiya pozası necə təzahür edir? 
A) Qollar bükülüb, ayaqlar düz açılıb, ətrafların əzələ tonusu yüksəlib 
B) Baş arxaya qatlanıb, qollar və ayaqlar bükülüb, ətrafların əzələ tonusu yüksəlib 
C) Qollar və ayaqlar çarpazlanıb 
D) Qollar və ayaqlar bükülüb, ətrafların əzələ tonusu yüksəlib 
E) Qollar düz açılıb və pronasiya vəziyyətindədir, ayaqlar düz açılıb, ətrafların əzələ 
tonusu yüksəlib 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 433 
 
 
759) Mülayim işıqlanma zamanı orta yaşlı adamın bəbəklərin normal diametri 
nə qədərdir? 
A) 3-4 mm 


 
 
B) 1-2 mm 
C) 8-10 mm 
D) 5-8 mm 
E) 7-9 mm 
 
Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для 
врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и 
дополн.,2001, стр. 41 
 
 
760) Deserebrasiya pozasının yaranması adətən baş beynin hansı nahiyəsinin 
zədələnməsi ilə əlaqədardır? 
A) Beyinciyin 
B) Alın payının 
C) Talamusun 
D) Onurğa beynin 
E) Orta beynin 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 433 
 
 
761) Opioid intoksikasiyası zamanı göz bəbəkləri necə olur? 
A) Asimmetrik 
B) Nöqtəvari 
C) Orta diametrli 
D) Oval 
E) Genişlənmiş 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 435 
 
 
762) Opioid intoksikasiyasından koma zamanı vena daxilinə hansı preparat 
yeridilməlidir? 
A) Ringer məhlulu 
B) Promedol 
C) Flumazenil 
D) Hemodez 
E) Nalokson 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 428 


Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə