Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 228, стр. 362
774) Aşağıda sadalananlardan nə paraneoplastik sindromlara aid deyil?
A) Turett sindromu
B) Beyincik degenerasiyası
C) Vegetativ neyropatiya
D) Dermatomiozit/polimiozit
E) Limbik ensefalit
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 362
775) Hiperparatireoz üçün hansı simptomun mövcudluğu xas deyil?
A) Psixotik pozulmalar
B) Sadalananlardan heç biri
C) Yaddaşın enməsi
D) Epileptik tutmanın mövcudluğu
E) Depressiya
Ədəbiyyat: Справочник практического врача по
неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 698
776) Neyrorevmatizm hansı kliniki formalara bölünür?
A) Vaskulitlərə
B) Sadalananların hamısı doğrudur
C) Meningitlərə
D) Kiçik xoreyaya
E) Ensefalitlərə
Ədəbiyyat: Клиническая неврология.А.М.Пулатов, А.С.Никифоров, 1978.стр.
227
777) Aşağıda sadalananlardan nə eklampsiyanın əlaməti deyil?
A) Proteinuriya
B) Arterial hipertenziya
C) Xoreik hiperkinez
D) Ödemlər
E) Epileptik qıcolma tutmaları
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 365
778) Aşağıda sadalananlardan nə paroksizmal hipersomniyalara aiddir?
A) Bruksizm
B) Narkolepsiya
C) Gecə qorxulu yuxuları (ночные кошмары)
D) Somnambulizm
E) Narahat ayaqlar sindromu (синдром беспокойных ног)
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 414
779) Aşağıda sadalanan sindromlardan hansında huş (şüur) saxlanılır,lakin
əzələ gücün və tonusun, xəstənin yıxılmasına gətirib çıxaran, qısamüddətli qəfil
generalizəolunmuş itirilməsi baş verir?
A) Mürəkkəb absansda
B) Sadə absansda
C) Katapleksiyada
D) Hərəki Jekson tutmasında
E) Bayılmada
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 415
780) Aşağıda sadalananlardan hansı əlamət eklampsiyanın klinik şəklinə
daxildir?
A) Yalnız epileptik qıcolma tutmaları
B) Yalnız huşun (şüurun) pozulması
C) Yalnız arterial hipertenziya
D) Hamısı
E) Yalnız ödemlər
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 365
781) Aşağıda sadalananlardan hansı gərginlik baş ağrısı üçün səciyyəvi deyil?
A) İkitərəfli lokalizasiya
B) Ağrı epizodunun 30 dəqiqədən az çəkməməsi
C) Ürək bulanması və qusma ilə müşayiət olunması
D) Ağrının sıxıcı xarakter daşıması
E) Fiziki aktivlik zamanı ağrının artmaması
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2001, стр. 261
782) Miqrenin hansı forması köhnə təsnifat üzrə “sadə miqren” adlandırılıb?
A) Auralı miqren
B) Retinal miqren
C) Oftalmoplegik miqren
D) Aurasız miqren
E) Bazilyar miqren
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2001, стр. 245
783) Oftalmoplegik miqren paroksizmi zamanı aşağıda sadalanan əlamətlərdən
hansı müşahidə olunmur?
A) İkigörmə
B) Birtərəfli ptoz
C) Ağrı tərəfində bəbəyin genəlməsi
D) Birtərəfli çəpgözlük
E) Birtərəfli laqoftalm
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 260
784) Klaster başağrısı üçün aşağıda sadalananlardan nə səciyyəvi deyil?
A) Ağrı tərəfində ptozun meydana çıxması
B) Ağrının çox intensiv olması
C) Ağrı tərəfində gözün qızarması
D) Rinoreya
E) Xəstəliyin qadınlar arasında kişilər arasındakına nisbətən daha tez-tez rast gəlməsi
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2001, стр. 257
785) Aşağıda sadalananlardan hansı uşaq serebral iflicinin klinik forması deyil?
A) Periferik forma
B) Diskinetik forma
C) Ataktik forma
D) Spastik forma
E) Qarışıq forma
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2001, стр. 45
786) Aşağıda sadalanan qidalardan hansı miqren tutmasına səbəb ola bilər?
A) Soyuq hisə verilmiş məmulatlar (kolbasa və s.)
B) Sadalananların hamısı
C) Kofein tərkibli içkilərə (çay,kofe və s.)
D) Alkoqol içkilər (əsasən qırmızı şərab)
E) Turşuya qoyulmuş (marinada qoyulmuş) məmulatlar
Ədəbiyyat: Секреты неврологии.Лоран А.Ролак.2008,перевод
О.С.Левина,стр.389
787) Aşağıda sadalananlardan hansı preparat miqrenin preventiv müalicəsi
üçün ( miqren tutmalarının profilaktikası üçün ) tətbiq olunur?
A) Anaprilin (propranolol, obzidan, inderal)
B) Analgin
C) Ondansetron (zofran)
D) Sumatriptan
E) Diprazin (pipolfen)
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 266
788) Aşağıda sadalananlardan hansı preparat miqrenin preventiv müalicəsi
üçün ( miqren tutmalarının profilaktikası üçün ) tətbiq olunur?
A) Zolmitriptan (zomiq)
B) Novokain
C) Amitriptilin
D) Parasetamol
E) Prazozin (minipress)
Dostları ilə paylaş: |