C) Dil- udlaq siniri(n.qllosofaringeus)
D) Dilaltı sinir(n.hypoqlossus)
E) Azan sinir(n.vaqus)
Ədəbiyyat: Справочник практического врача по
неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 693
617) Rossolimo-Melkerson-Rozental sindromuna (resediv verən üz sinirinin
neyropatiyası)aşağıda sadalanan simptomlardan hansı xasdır?
A) Hiperakuziya və göz yaşı axması
B) Sifətin bir tərəfinə resediv verən ödem
C) Sadalananların hamısı
D) Homolateral tərəfdə resediv verən üz sinirinin iflici
E) Qatlı(qırışlı) dil
Ədəbiyyat: Редкие синдромы и заболевания нервной системы.Б.Йорданов,
Я.Янков, 1981.стр. 18
618) Aşağıda sadalananlardan nə tunel neyropatiyalara aiddir?
A) Parestetik meralgiya (budun lateral dəri sinirinin neyropatiyası, Rot xəstəliyi)
B) Fişer sindromu (Miller Fişer sindromu)
C) Qiyyen-Barre sindromu
D) Üçlü sinirinin postherpetik neyropatiyası
E) Gözün hərəki sinirinin diabetik neyropatiyası
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 559
619) Aşağıda sadalanan patologiyalardan hansı çoxsaylı mononeyropatiya ilə
təzahür edə bilir?
A) Yalnız akromeqaliya
B) Yalnız sarkoidoz
C) Sadalananların hamısı
D) Yalnız şəkərli diabet
E) Yalnız mielom xəstəliyi
Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р.,
Левин О.С.- M., 2001, стр. 445
620) Aşağıda sadalananlardan hansı patologiya zamanı bir neçə kranial
sinirlərin eyni vaxtda zədələnməsi meydana çıxa bilər?
A) Sadalananların hamısı
B) Yalnız körpü-beyincik bucağının şişi
C) Yalnız Qiyyen-Barre sindromu
D) yalnız kəllə əsasının şişi
E) Yalnız Tolosa-Xant sindromu
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 547
621) Aşağıda sadalananlardan hansı patologiya zamanı kranial sinirlərin 7-ci və
8-ci cütlüklərinin eyni vaxtda zədələnməsi qeydə alına bilir?
A) Miasteniya
B) Tolosa-Xant sindromu (kavernoz sinus nahiyyəsində idiopatik qranulematoz
iltihab)
C) Menyer xəstəliyi
D) Botulizm
E) Gicgah sümüyünün piramidasının sınığı
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 545
622) Aşağıda sadalanan proqressivləşən ( inkişaf edən) əzələ distrofiyası
növlərindən hansı əzələ zülalı olan “distrofin”in patoloji sintezi ilə əlaqədardır ?
A) Emeri-Dreyfus miodistrofiyası
B) Landuzi-Dejerin bazu-kürək-üz miodistrofiyası
C) Okulofaringeal miodistrofiyası
D) Erb-Rot miodistrofiyası
E) Düşenn miodistrofiyası
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 571
623) Aşağıda sadalanan proqressivləşən ( inkişaf edən) əzələ distrofiyası
növlərindən hansı “distrofinopatiyalar” qrupuna aiddir?
A) Emeri-Dreyfus miodistrofiyası
B) Erb-Rot miodistrofiyası
C) Okulofaringeal miodistrofiya
D) Landuzi-Dejerin bazu-kürək-üz miodistrofiyası
E) Bekker miodistrofiyası
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 571
624) Düşenn miodistrofiyası hansı tip üzrə irsən ötürülür?
A) X-bağlı dominant
B) Autosom-resessiv
C) Y-bağlı
D) X-bağlı resessiv
E) Autosom-dominant
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 571
625) Bekker miodistrofiyası hansı tip üzrə irsən ötürülür?
A) Autosom-dominant
B) Autosom-resessiv
C) X-bağlı dominant
D) Y-bağlı
E) X-bağlı resessiv
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 573
626) Düşenn miodistrofiyasının klinik əlamətləri hansı yaşda üzə çıxır?
A) 30 yaşdan sonra
B) 10-20 yaşlarda
C) 5 yaşa kimi
D) 20 yaşdan sonra
E) 40yaşdan sonra
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 572
627) Aşağıda sadalananlardan nə Düşenn miodistrofiyası üçün səciyyəvi deyil?
A) Xəstələrdə kardiomiopatiyanın inkişaf etməsi
B) Baldır əzələlərində psevdohipertrofiyanın inkişafı
C) Xəstəliyin həyatın ilk 5 ilində təzahür etməsi
D) Xəstəliyin X-bağlı resessiv tip üzrə irsən ötürülməsi
E) Kreatininfosfokinazanın qanda normal miqdarı
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 573
628) Aşağıda sadalananlardan hansı doğrudur?
A) Bekker miodistrofiyası distrofinopatiyalar qrupuna aid deyil
B) Bekker miodistrofiyasına qadınlarda kişilərə nisbətən daha tez-tez rast gəlinir
C) Bekker miodistrofiyası zamanı baldır əzələlərinin psevdohipertrofiyası qeydə
alınmır
D) Bekker miodistrofiyasının gedişi Düşenn miodistrofiyasının gedişinə nisbətən
daha ağırdır
E) Düşenn miodistrofiyasından fərqli olaraq Bekker miodistrofiyası üçün intellektin
zəifləməsi səciyyəvi deyil
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 573
629) Aşağıda sadalananlardan hansı patologiya süst parezlərlə/ifliclərlə təzahür
edir?
A) Yalnız Kugelberq-Velander yuvenil spinal amiotrofiyası
B) Sadalanan patologiyaların hamısı
C) Yalnız hipokaliemik paroksizmal mioplegiya
D) Yalnız hiperkaliemik paroksizmal mioplegiya
E) Yalnız Bekker miodistrofiyası
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 571
630) X-bağlı resessiv irsiyyət tipi aşağıda sadalanan xəstəliklərdən hansına
məxsusdur?
A) Yalnız Bekker miodistrofiyasına
B) Yalnız Kennedi bulbospinal amiotrofiyasına
C) Yalnız Düşenn miodistrofiyasına
D) Yalnız hemofiliyaya
E) Sadalananların hamısına
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 571
Dostları ilə paylaş: |