E) Yalnız qentamisin
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 624
642) Aşağıda sadalanan xəstəliklərdən hansı sinir-əzələ keçiriciliyinin pozulması
ilə əlaqədardır?
A) Düşenn miodistrofiyası
B) Yan amiotrofik skleroz
C) Parkinson xəstəliyi
D) Dağınıq skleroz
E) Botulizm
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 627
643) Aşağıda sadalanan patologiyalardan hansının patogenezi sinir-əzələ
keçiriciliyinin pozulması ilə əlaqədar deyil?
A) Düşenn miodistrofiyası
B) Lambert-İton sindromu
C) Botulizm
D) Myasthenia gravis
E) Neonatal tranzitor miasteniya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 571
644) Aşağıda sadalanan müalicə üsullarından hansı miastenik kriz zamanı daha
effektivdir?
A) Siklosporinin tətbiqi
B) L-karnitinin tətbiqi
C) Plazmaferez
D) Azatioprinin tətbiqi
E) Siklofosfanın tətbiqi
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П.
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 251
645) Aşağıda sadalanan xəstəliklərdən hansının diaqnozunu təsdiqlənməsi
məqsədi ilə prozerin sınağı keçirilir?
A) Miasteniyanın
B) Anadangəlmə miotoniyanın ( Tomsen xəstəliyinin)
C) Bekker miodistrofiyasının
D) Yan amiotrofik sklerozun
E) Qiyyen-Barre sindromunun
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 618
646) Aşağıda sadalanan əlamətlərdən hansı generalizə olunmuş miasteniyanın
kəskinləşməsi zamanı xolinergik krizin lehinə dəlalət etmir?
A) Səsin zəifləməsi (hipofoniya)
B) Dar bəbəklər
C) Mədə-bağırsaq traktının peristaltikasının artması
D) Qusma
E) Bradikardiya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 617
647) Aşağıda sadalananlardan hansı patologiya ptozun yaranmasına gətirib
çıxarmır?
A) Botulizm
B) Arxa birləşdirici arteriyanın anevrizması
C) Miasteniya
D) Miller-Fişer sindromu (Fişer sindromu)
E) Uzaqlaşdırıcı sinirin diabetik neyropatiyası
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 535
648) Lambert-İton miastenik sindromu zamanı autoimmun reaksiyasının əsas
hədəfi nədir ?
A) Asetilxolinesteraza fermenti
B) Əzələ zülalı olan emerin
C) Presinaptik membranın kalsium (Ca2+) kanalları
D) Əzələ zülalı olan distrofin
E) Postsinaptik əzələ membranının asetilxolin reseptorları
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 623
649) Sinir-əzələ sinapsının presinaptik kalsium (Ca2+) kanalları hansı
patologiya zamanı autoimmun reaksiyanın əsas hədəfidir?
A) Miller Fişer sindromu (Fişer sindromu)
B) Lambert-İton miastenik sindromu
C) Miasteniya (myasthenia gravis)
D) Qiyyen-Barre sindromu
E) Dağınıq skleroz
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 623
650) Generalizə olunmuş miasteniya (myasthenia gravis) zamanı pasientlərin
əksəriyyətində hansı antigenə qarşı anticisimlər aşkara çıxarılır?
A) Əzələ zülalı olan distrofinə qarşı
B) Asetilxolinesteraza enziminə qarşı
C) M-xolin reseptorlarına qarşı
D) Postsinaptik əzələ membranının asetilxolin reseptorlarına qarşı
E) Sinir-əzələ sinapsının presinaptik kalsium (Ca2+) kanallarına qarşı
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 619
651) Aşağıda sadalananlardan hansı doğru deyil?
A) Lambert-İton miastenik sindromu zamanı sinir-əzələ sinapsının presinaptik
kalsium (Ca2+) kanalları autoimmun reaksiyanın əsas hədəfidir
B) Lambert-İton miastenik sindromu çox vaxt bədxassəli şişi olan xəstələrdə yaranır
C) Miasteniya zamanı timektomiya ancaq timus şişi olan pasientlərdə effektivdir
D) Generalizəolunmuş miasteniya ilə xəstə olanların təxminən 80%-də postsinaptik
əzələ membranının asetilxolin reseptorlarına qarşı anticisimlər aşkara çıxarılır
E) Gentamisinin tətbiqi miasteniyalı pasientin vəziyyətini ağırlaşdıra bilər
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 621
Dostları ilə paylaş: |