1. Heyvanların insanin həyatında və təbiətdə rolu Birhüceyrəli heyvanların quruluşu, həyat tərzi,əhəmiyyəti



Yüklə 30,85 Kb.
səhifə15/19
tarix12.05.2022
ölçüsü30,85 Kb.
#86838
1   ...   11   12   13   14   15   16   17   18   19
heyat bilgisi 4

Quşların iqtisadi əhəmiyyəti. Quşların insanlar üçün əhəmiyyəti зox böyükdür, əsasən onların əhəmiyyəti zərərlı həşəratları və gəmiriciləri tələf etməkdən ibarətdir.

Toyuqkimilərin hamısının çox ləzzətli əti ilə yanaşı yumurtaları da vardır. Onların ovçuluq əhəmiyyətlilərindən əlavə (bildirçindən, kəklikdən başqa) toyuqkimilər hamısı oturaq quşlardır. Ən çox sənaye əhəmiyyəti olanlar tetralar, sibir xoruzları, kəkliklər, qazkimilər, ördəklər və başqalarıdır.



Məməlilər sinfi. Məməlilər onurğalı heyvanların ali sinfidir. Onların orqan və orqanlar sistemləri olduqca artıq differensassiya etmiş xüsusi inkişafa çatmış, davranış reaksiyaları yüksək dərəcədə inkişaf etmişdir. Məməlilərin bala doğması, bəsləməsi, çoxalması, yayılması və yaşayıb qalma faizi çox artır. Bədənləri tüklə örtülüdür (bəzi dəstələrdə tüklərin olmaması), dəriləri piy, süd və tər vəziləri ilə zəngindir. Bədən boşluğu əzələ arakəsmə (diafraqma) vasitəsilə döş və qarın boşluğuna ayrılmışdır. Eşitmə orqanı üç sümükdən: çəkic, zindan və üzəngidən ibarətdir. Qoxu orqanı çox mürəkkəbləşmişdir. Dişlər kəsici, köpək, kiçik və böyük azı dişlərinə diferensiasiya etmişdir (bəzi dəstələrdə dişlərin oxşar olması və ya heç olmaması). Həzm sistemi müəyyən ardıcıllıqla müstəqil anus vasitəsilə xaricə açılır (ibtidai formalar istisna təşkil edir). Ürək dörd kameralıdır, sol aorta qövsü qalmışdır, bədən temperaturu yüksək və sabitdir.

Öz yüksək quruluşları ilə əlaqədar olaraq məməlilər müxtəlif yaşayış mühitlərinə tam uyğunlaşmışlar; bunların içərisində nəinki quruda, suda və ağacda yaşayan formalar hətta uçan (yarasalar), qazıcı (köstəbəklər) və b. həyat tərzinə uyğunlaşmış formaları da vardır.

. Məməlilər quruluşuna və çoxalma xüsusiyyətlərinə görə 3 yarımsinfə bölünür: yumurtaqoyanlar, kisəlilər və plasentalılar.


Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə