1. Heyvanların insanin həyatında və təbiətdə rolu Birhüceyrəli heyvanların quruluşu, həyat tərzi,əhəmiyyəti



Yüklə 30,85 Kb.
səhifə6/19
tarix12.05.2022
ölçüsü30,85 Kb.
#86838
1   2   3   4   5   6   7   8   9   ...   19
heyat bilgisi 4

Halqalı qurdlar tipi.

Halqalı qurdlar dənizlərdə, şirin sularda, torpaqda və s. yerlərdə yaşayırlar. Tipik nümayəndələri yağış qurdu və zəlilərdir.

Torpaqda yağış qurdu çoxlu yuvalar əmələ gətirir, hərəkət edərək torpağı udur, bağırsağından keçirir, narın hala salır. Təbii yolla şumlanmış torpağa hava daha yaxşı daxil olur, torpaq suyu yaxşı saxlayır.

Zəlilər sərbəst yaşayan yırtıcılara və ya çox halda iri heyvanlara hücum edib, onların qanı ilə qidalanan ektoparazitdirlər. Dəniz, şirin su və nadir hallarda quru heyvanlarıdırlar. 400-ə qədər növü məlumdur.

İnsanlarda qan xəstəliklərinin müalicəsində Tibb zəlisi növündən çox qədimlərdən təbabətdə istifadə olunur. Tibb zəlisi skleroz, tromblaşma zamanı, hipertoniyada, insult (iflic olduqda) və s. qan damar xəstəliklərində istifadə olunur. Zəlilərin ağız suyu vəzilərindən ifraz olunan hirudin qanın laxtalanmasının qarşısını alır. Ona görə dəqiymətli təbii sərvətdir.




Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə