1. Heyvanların insanin həyatında və təbiətdə rolu Birhüceyrəli heyvanların quruluşu, həyat tərzi,əhəmiyyəti



Yüklə 30,85 Kb.
səhifə8/19
tarix12.05.2022
ölçüsü30,85 Kb.
#86838
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
heyat bilgisi 4

Əqrəblər dəstəsinin nümayəndələri Orta Asiya respublikaların-da, Zaqafqaziyada və Azərbaycanda yayılmışdır. Onlar həşərat, xırda onurğasız və onurğalı heyvanlarla qidalanırlar. Əqrəblərin zəhərli növlərindən boz əqrəb və qara əqrəbi göstərmək olar. Zəhərləri quşlara və heyvanlara öldürücü təsir göstərir. Onları artırıb çoxaltmaqla zəhərlərindən tibbdə bir зox xəstəliklərin müalicəsində dərman preparatları hazırlayırlar.

Həşəratlar sinfi - Buğumayaqlılar tipinin dünyanın hər yerində geniş yayılmış sinfidir. Hazırda 1 milyondan çox həşərat növü elmə məlumdur. Respublikamızda onların 25 min növü qeyd olunmuşdur.

Həşəratlar təbiətdə və insanın həyatında böyük rol oynayırlar. Onlar torpaq əmələ gətirmə prosesində iştirak edir, tələf olmuş bitkiləri parçalayır, torpağı münbitləşdirirlər. Torpağın şumlanması və gübrələnməsi heç vaxt həşəratların fəaliyyəti ilə əvəz edilə bilməz.

Ən mühüm xeyirli cəhətlərindən biri də onların zərərvericilərin ifrat dərəcədə çoxalmasının qarşısını almalarıdır. Belə vəzifəni minlərlə yırtıcı zərqanadlılar, qarışqalar, arılar, yırtıcı milçəklər, böcəklər və s. yerinə yetirirlər. Zərərverici həєəratlara qarşı mübarizədə parazit formalar - minicilər, yumurta-sürfə yeyənlər, torpaq arıları, sərtqanadlılar olduqca böyük rol oynayırlar. Həşəratların bir çoxu bitkilərin tozlanmasında fəal iştirak edirlər.

Kənd təsərrüfatında daha xeyirli həşəratlar bal arısı və ipək qurdudur. İnsanlar həşəratlardan müalicə əhəmiyyəti olan dərmanlar, müxtəlif kimyəvi məhsullar-lak, rəng, mum və s. alırlar.

Həşəratlar və onların sürfələri bir sıra heyvanların balıqlar, suda-quruda yaşayanlar, sürünənlərin, məməlilərin əvəzedilməz qidasını təşkil edərək biosenozda-qida zəncirində böyük rol oynayırlar.


Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə