Azərbaycanın geoloji quruluşunda stratiqrafik kəsiyin demək olar ki, bütün süxurları, Kembriyə qədərdən Dördüncü dövrün lavaları və dağarası çökəkliklərdə inkişaf etmiş alluvial, prollüvial çöküntülər iştirak edir



Yüklə 18,2 Kb.
tarix16.05.2023
ölçüsü18,2 Kb.
#110537
Mingəçevir su anbarının stratiqrafiyası


Azərbaycanın geoloji quruluşunda stratiqrafik kəsiyin demək olar ki, bütün süxurları, Kembriyə qədərdən Dördüncü dövrün lavaları və dağarası çökəkliklərdə inkişaf etmiş alluvial, prollüvial çöküntülər iştirak edir.
Öyrənilən ərazininin geoloji qurluşunda Yura, Təbaşir, Paleogen, Neogen və Dördüncü dövr çöküntüləri iştirak edir. . Kiçik Qafqazın dağ çıxıntılarını Mezozoy çöküntüləri təşkil edir və yer səthinə dağönü zona boyu çıxır. Digər zonalarda olduqca dərində yerləşir. Paleogen və Neogen çöküntüləri massivin cənub-şərqində yer səthinə çıxır.
Gəncə-Qazax dağətəyi düzənliyinin Abşerondan yuxarıda yatan Dördüncü dövr çöküntüləri əsasən kontinental mənşəli fasiyadan ibarətdir və hər yerdə yayılıb. Stratiqrafik cəhətdən kontinental çöküntülərin bölünməsi mümkün deyil. Həmin çöküntüləri litoloji tərkiblərinə əsasən şərti olaraq iki şöbəyə bölmək olar: alt şöbədə gillər və gillicələr qumlucalara nisbətən üstünlük təşkil edir, üst şöbədə çaqıl-çınqıllar o biri süxurlara nisbətən üstünlüyə malikdir və kəslişdə onları tamamilə əvəz edir.
Ərazinin geoloji quruluşunun xarakterik xüsusiyyəti burada qırılmalarla nəticələnən yeni tektonik hərəkətlərin kəskin ifadə olunmasıdır. Bunlarla və vulkanik süxurların geniş yayılması ilə Kiçik Qafqazda torpaq qruntların böyük su sızdırma qabiliyyəti izah olunur ki, bu da hövzənin meşəliyi ilə yeraltı axın arasındakı əlaqədə nöqtələrin səpələnməsinə səbəb olur. Yeraltı suların qidalanması və axması böyük dərəcədə torpaq-qruntun sukeçirmə qabiliyyətindən və çay məcrasının suya davamlı layın uzunluğuna və mıkandakı vəziyyətindən düşməsindən asılıdır. Belə ki, Tərtər, Həkəri, Bazar çaylarının yuxarısında meşəlikdən asılı olmayaraq səth suları vulkanik süxurlardan süzülərək, böyük yeraltı axınlar formalaşdırır ki, bunlarda aşağıda bulaqlar və böyük qollar şəkilində çıxaraq yeraltı axımın paylanmasında azonallıq yaradır.

Mingəçevir su anbarı və onun ətrafında olan əraziləri Paleogen-Miosen Terrigen çöküntülərini örtən Pliosen-Dördüncü dövr və Mezazoyun çökmə vulkanogen süxurları təşkil edir.


Mingəçevir su anbarı bəndinin tikildiyi lokasiyada Kür çayının vadisi Abşeron yarusunun üçüncü dövr çöküntülərini kəsir. Bu çöküntülər yetişməmiş (gəlməmiş) litoloji tərkibi olan müxtəlif qumlu-gilli süxurların cürbəcür laylaşmasından ibarətdir. Buradakı bütün süxurlar üstün əlamətlərinə görə şərti olaraq iki qrupa bölünür – gillər və qumdaşı. Sağ sahildə bəndin oxu plastları çarpaz kəsişir, sol sahilə yaxınlaşdıqca onlar arasındakı kəsişmə bucağı tədricən azalır. Sağ sahildə bəndin sahilə birləşdiyi yerdə köklü (əsil) süxurlar ovxalanmış brekçiya töküntüləri ilə örtülmüşdür (25 m-ə qədər). Vadinin sol sahilində köklü (əsaslı) süxurlar müasir dağətəyi şelfin gilcələri, gilləri, qumcaları və qumları ilə, habelə allüvilyar çöküntülərlə (gilcə, qum, qumcalı) örtülmüşdür. Bu qatın qalınlığı 15 m-dən çox deyildir. Çayın məcrasında allüvilyar çaqılların qalınlığı 3 m-dən çox deyildir. Aktiv ovulma zonasında köklü (əsaslı) süxurlar güclü parçalanmış, çat vermiş və asanlıqla yuyulan haldadır.
Bəndin bünövrəsi qoyularkən onun altında olan Dördüncü dövr çöküntüləri və ovulmuş süxurlar kənarlaşdırılmışdır. Beləliklə də, əminliklə söyləmək olar ki, Mingəçevir su anbarının bəndinin əsasını köklü (əsil) yarımqaya süxurlar təşkil edir.
Geoloji quruluşun çay şəbəkəsi inkişafına təsiri Kiçik Qafqazda daha aydın müşahidə edilir. Ərazidə yayılan məsaməli vulkanik süxurlar (Dağlıq Qarabağda) atmosfer yağıntılarının yerin dərin qatlarına hopmasına imkan verir ki, bu da öz növbəsində çay şəbəkəsini azaldır.
Qaraca kəsilişi Azərbaycanda IV dövrün abşeron alt xəzər çöküntülərinin klassik kəsilişdir. Bu kəsiliş Mingəçevir turbazasından şərqdə yerləşmiş Qaraca antiklinalına aiddir. Burada abşeron çöküntüləri kontinental fasiyada, pleystosen çöküntüləri isə kontinental və dəniz fasiyasında yayılmışlar. Bu çöküntülərdə şirin sularda və dənizdə yaşayan molyusk qalıqları, ostrakodlar, foraminiferlər və onurğalıların sümükləri rast gəlir.
Duzdağ silsiləsindən şimal-qərbdə Bozdağ silsiləsinin şimal-şərq hissəsində Dəyirmandağ qırışığında açılmışdır. O IV dövr abşeron çöküntülərinin (Acınohur regionu üçün) xarakter kəsilişidir.
Burada alt abşeron çöküntüləri az qalınlıqlı müxtəlif süxur təbəqəli qumlu gillər, orta abşeron gillər, qumlar və qumdaşları, üst abşeron isə əsasən gillər və qumlarla təmsil edilmişdir. Abşeron çöküntülərinin ümumi qalınlığı çatır. Alt və orta abşeronda əsasən dəniz faunası (molyusklar, ostrakodlar), üst abşeronda isə dəniz və şirin su (Bozdağ kompleksi) yayılmışdır.
Duzdağ dağı ətraf ərazidən aydın seçilən təpəvarı yüksəklikdir. O Goran dəmiryol stansiyasından şimalda yerləşərək struktur cəhətdən braxiantiklinaldan ibarətdir. Burada qırışığın quruluşunda akçaqıl pleystosen çöküntüləri işdirak edir.
Akçaqıl çöküntüləri nazik təbəqəli qum və qumdaşlı gillərdən () ibarətdir. Bu çöküntülərdə molyusk və bitki qalıqları, onurğalıların sümükləri rast gəlir.
Acınohur üçün Duzdağ kəsilişi abşeron çöküntüləri üçün istinad kəsilişi kimi qeyd edilmişdir. Bu kəsiliş Acınohurun başqa kəsilişlərindən dəniz və sahil yanı kontinental çöküntülərin fasiləsiz açılışı və fauna qalıqları ilə zənginliyi ilə fərqlənir. Burada ümumi qalınlığı çatan abşeron çöküntülərinin hər 3 yarımmərtəbəsi ayrılır. Bu kəsilişdə pleystosen çöküntülərinin qalınlığı çatır.
Acınohur və Bozdağda əhəngdaşı və vulkanik kül layları rast gəlinir.
Yüklə 18,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə