Mədəndə görülən işlərin ardıcıllığı



Yüklə 28,42 Kb.
səhifə1/4
tarix22.09.2023
ölçüsü28,42 Kb.
#122824
növüQaydalar
  1   2   3   4
Hesabat (2)


Təcrübə sahəsi ÇFES-ə daxil olarkən ilk öncə SƏTƏM təlimi keçmiş təcrübə və asudə saatlarında riayyət etməli olduğumuz təhlükəsizlik və davranış qaydaları ilə tanış olduq. Baş geoloq Tofiq İsmayılov bizə mədən ərazisində baxış məntəqəsində Çovdar qızıl mədəni haqqında məlumatlar verdi. Daşkəsən rayonunun şimal hissəsində eyniadlı kəndin yaxınlığında yerləşən “Çovdar” qızıl yatağı “AzerGold” QSC-nin ilk mədən layihəsidir. Yataqda hasilat işlərinə 2017-ci ildə başlanılıb. 3 fazası mövcuddur: 1.Oksid 2.Tranzit 3.Sulfid. Hal-hazırda işlənilən faza sulfid fazadır. Çovdar Filiz Emalı sahəsində mədənin istismarı açıq üsulla həyata keçirilir. Faydalı komponentin miqdarına görə 0,3- 1 Low Grade ( aşağı dərəcəli ) ; 1,01 – 2 Middle Grade ( orta dərəcəli) ; 2+ High Grade ( yüksək dərəcəli ) və boş süxurlar isə tullantıdır.Həəmçinin faydalı komponentin dərəcəsinə görə rənglərlə fərqləndirilmişdir : Aşağı dərəcə mavi , orta sarı , yüksək qırmızı , tullantı isə ağ rəngdir. Yataq istismara verilməmişdən öncə çöl kəşfiyyat işləri görülür faydalı qazıntının miqdarına uyğun yataq balansa alınır , Əgər yataq kapital qoyuluşu nəzərə alınaraq iqtisadi cəhətdən səmərəlidirsə işlənməsi başladılır.Mədən dizaynını qurulub açılış işlər başlandıqda ilk öncə topsoil yəni üst münbit qat ( qara torpaq) kürünərək gələcək rekultivasiya üçün anbarlaşdırılır. Sonra subsoil, boş suxur və faydalı qazıntı qatı gəlir. Bərk süxur olduqda poliqon partladılıb, stoklara yığılır daha sonra oradan qırıcıya daşınır müəyyən xırdalığa çatan filliz hissəcikləri topa qələviləşdirməyə (TQ) ötürülür oradan sianid ilə çökdürülərək məhlul halında ADE zavoduna ötürülərək yekunda son məhsul külçə alınır.
Mədəndə görülən işlərin ardıcıllığı :

  1. İlk öncə mədən ərazisində dəlmə-qazma, partlayış və daşınma işlərinin görülməsi üçün meydançaların seçilməsi Geologiya və dağ mədən işləri bölməsinin bölmə rəhbəri, mədən geoloqları və mədən mühəndisləri tərəfindən həyata keçirilir. Həmin meydançlarda bölmənin topoqrafları tərəfindən topo ölçmə işləri yerinə yetirilir. Bu zaman meydançanın koordinantları GPS totalstation adlanan alət ilə koordinantları götürülür və Mühəndisi proqramlar təminatına emal olunur. Daha sonra qeyd olunan meydança üçün partlayış planı hazırlanır.

  2. Topoqraflar işlərini bitirdikdən sonra
    Yüklə 28,42 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə