Mədəndə görülən işlərin ardıcıllığı


Adsorbsiya Desorbsiya Emal (ADE) zavodu



Yüklə 28,42 Kb.
səhifə4/4
tarix22.09.2023
ölçüsü28,42 Kb.
#122824
növüQaydalar
1   2   3   4
Hesabat (2)

Adsorbsiya Desorbsiya Emal (ADE) zavodu.
Adsorbsiya – həll ola bilən Au və Ag hissəciklərinin əsasən qızıl Au ( CN)2 və gümüş Ag (CN)2 hesabına aktiv kömürün daxili və xarici səthinə hopdurulmasıdır.
Desorbsiya – adsorbsiya olunmuş metal hissəciklərinin kömürdən ayrılmasıdır. Emal – kömürə yüklənmiş və daha sonra elektroliz prosesi nəticəsində əldə edilən qızıl və gümüş tərk etməsi və yekunda küçələrin alınmasıdır. ADE zavodunda proses 5 mərhələdə gedir:

  1. Adsorbsiya

  2. Desorbsiya- elektroliz.

  3. Regenerasiya.

  4. Yuma – pres filtir.

  5. Əritmə.

ADE zavodunda iki sianid gölü vardır: qızıla doymamış -qızıla doymuş . Qızılla doymuş göl Topa qələviləşdirmədən çəkəndir. Qızıl sianiddə və çar arağında həll olur. Qızılla doymuş sianid gölündən məhlulul kömür çənlərinə verilir. Hər çəndə 4 ton kömür vardır. Gündə bir dəfə kömür üç dəfə hər 8 saatdan bir məhlulda analiz n götürülür. Kömür məhluldan qızılı çəkərək özündə saxlayır. Daha sonra kömürdən ayrılan qızıllı məhlul elektroliz vannalarına ötürülür. Burada elektrik verilərək katod, anoda ayrılır. Yığılan qızıl və gümüş daha sonra əridilərək son məhsul külçə alınır.
Laboratoriya analizlərinin hazırlanması:

    1. Nümunələrin qurudulması

    2. Nümunələrin döyülməsi

    3. Nümunələrin bölünməsi

    4. Nümunə çəkilərinin müəyyənləşdirilməsi

    5. Nümunələrin qızdırıcı sobada əridilməsi

    6. Kimyəvi proseslərin aparılması

    7. Hər nümunə üçün “Au” müəyyənləşdirilməsi

    8. Nəticələrin təqdim olunması

Sahədən nümunələr torpalara doldurularaq ilk öncə Drabilka aparatına gətirilir, yəni daşdoğrayan otağına. Burada daşına bilən rəflərə yığılıb qurutma sobasına yerləşdirikir 100-110 °C- də 5-6 saat qurudulur. Sonra soyudulub spilint olunmuş nümunə döyülüb pulpa şəklinə gətirilir bunun üçün Geotest markalı qırıcı apartından istifadə olunur. Daha sonra çəki otağına götürülür.
Çəki otağında ilk öncə kursubulara yığılır hər birinə 120q flax, doldurulur və üzərinə 30 qr. Nümunə tökülür sonra isə 2 qr. KNO3 əlavə olunur və qarışdırılır. Sonda isə səthi örtəcək şəkildə Borax əlavə edilərək sobaya yığılır. 1070 °C-yə qədər sobanın qızması gözlənir və sobada 50-60 dəqiqə saxlanıldıqdan sonra qəliblərə tökülərək soyudulur. Ardınca isə çəkiclərlə döyülüb kub halına salınır. 45 dəqiqə saxlanılır. Sonra isə alınan dorlar tüblərə yığılıb mühəndisə təhvil verilir. Daha sonra kimyəvi analiz otağında mühəndis 1:1 HNO3 ( 1ml) qabı isti su ilə doldurub peçin üzərinə qoyur. 10-15 dəqiqə aralığında tübləri qaldırıb dorun həll olmasına nəzarət edir. Əgər həll olubsa üzərinə 1:1 HCl ( 1ml ) verilir və proses 25-30 dəq aralığında gedir. Daha sonra tüblər peç üzərindən götürülür və soyudulması gözlənilir. Soyuduqdan sonra hər birinin üzərinə 8 ml su əlavə olunur. Tüblər qarışdırılıb nümunə təmiz çökənə qədər gözləyirik. Sonra isə ASS aparatında analiz edilir ( Au).
Laboratoriyaya gətirilən geoloji nümunələr PAL, Fire ASSAY və LECO aparatlarında analiz edilir.
LECO aparatından sulfid filizlər analiz olunur. Bu cihazla kükürd və karbonat analizi aparılır.
PAL aparatında oksidli filizlər analiz olunur. Bu cihazda qızıl və gümüşün analizi aparılır.
Fire ASSAY aparatında həm oksidli həm sulfidli filizlər analiz olunur. Bu cihazda qızıl analizi aparılır.
XRF və XRD cihazlarnda element və mineroloji tərkibin öyrənilməsi üçün istifadə edilir.
Kern anbarı Kəşfiyyat geoloqlarının laboratoriya göndərdiyi nümunələrdən çıxan nəticəyə əsasən sahədə kern quyuları qazılır. Götürülən kern nümunələri eninə və ya uzununa bölünür. Nümunənin 50%-i analizlə göndərilir qalan 50%-i boxlarda saxlanılır. Boxlarda saxlanılan kern nümunələri logolarla təyin edilir. Loglar 2 yerə bölünür Texniki və Geoloji loglar. Loglar təyin edildikdən sonra sınaqlaşdırılıb üyüdülür , analizə göndərilir və 31 element üzrə analiz olunur.
Yüklə 28,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə