Mədəndə görülən işlərin ardıcıllığı


Ələmə prosesi 3 mərhələdən ibarətdir



Yüklə 28,42 Kb.
səhifə3/4
tarix22.09.2023
ölçüsü28,42 Kb.
#122824
növüQaydalar
1   2   3   4
Hesabat (2)

Ələmə prosesi 3 mərhələdən ibarətdir :

  1. Birinci ələmə prosesi- qrizli – barmaqlıqlarının arası 120 mm-dir. Qrizlidən keçən filiz 2 dekalı ( mərtəbəli) düz ələyə daşıyıcı konveyer vasitəsilə göndərilir. Ələyin üst dekasında 40 mm. , alt dekasında 8 mm-lik tor var. 0-8 mm. keçən filiz alqomeratora gedir.

  2. İkinci ələmə prosesi iki ədəd Gürsan istehsalı olan biri düz digəri isə banan tipli ələkdən ibarətdir. Üst dekası 30 mm. Alt dekası isə 8 mm-dir.

  3. Üçüncü ələmə prosesində 3 ədəd ələk olur 2-si Sandvik markalı 1-i YPT-nin istehsal etdiyi banan ələkdir(SN2;SN3;SN7). Banan tipli ələk isə 2 dekalıdır. Üst 30mm. alt isə 8mm-dir

Alqomerator : Xırdalanma və ələmə prosesi bitib filiz 0-8 mm olarsa tərəzili konveyerlərdən keçir. Alqomeratorun diametri 280 sm-dir, uzunluğu 8 metr olur. Alqomeratorda 1 ton filiz üçün 4 kq sment, 2 kq əhəng, 10 lt. Sianid tökülür. Burda məqsəd xırda filizi böyük filizə birləşdirərək dənəvari edir. Aqlomerasiya olunmuş filiz ( TQ) topa qələviləşdirməyə.
Topa Qələviləşdirmə sahəsində hazırlanmış sianidli filiz tökməzdən əvvəl bir sıra tədbirlər görülür. Bu tədbirlərin mahiyyəti torpağa, təbiətə vurulan ziyanın və itkin qarşısını almaqdan ibarətdir. Bunun üçün öncədən planlaşdırılmış sahə düzləşdirilir , üzərinə gil tökülür ki, üstə sərilən membran zədələnməsin. Gili yaydıqdan sonra üzərinə Gisel adlanan parça sərilir ki, membran zədələnərsə torpağa zərərli qarışıqlar keçməsin. Məhlul Giselə deyəndə tərkibində olan maddələr şişir və bərkiyir. Gisel üzərinə membran onun üzərinə isə qum qatı çəkilir. Sahə hazır olandan sonra alqomerasiya olunmuş filiz verilir. Filiz dayanıqlı olması üçün pilləvari formada qurulur . Filiz üzərinə borular vasitəsilə sianid verilir. Sianidin verilməsi 2 üsulla həyata keçirilir çiləmə və damcı. Əsasən damcı üsulundan istifadə olunur. Sianid gölündən ana borular(200 mm) vasitəsilə gətirilən məhlul filtirdən keçirlərək 125 mm- lik borularla topa qələviləşdirmə sahəsinə gətirilir. Bu borular öz növbəsində 63 mm-lik borularla sahəyə qaldırılır , məhsulun üzərinə döşənir , hər 50sm- dən bir 16 mm-lik damcı boruları birləşdirilir. Bu boruların üzərində hər 20 sm-də deşik açılaraq sianidli filizin işlənməsini təmin edən məhlul damcıladılır. Damcı üçün verilən təzyiq 0,5- 1 atm. olur. Süzülən məhlulun nə qədər gəldiyini və faizini öyrənmək üçün sahə A , B , C hücrələrinə bölünür. Borulara hər an nəzarət edilməlidir əks halda lazım olan aşınma dərəcəsi təmin edilməyəcək. Sahəyə sianidin bərabər paylanmamasının səbəblərindən biri filtirlərin dolması digəri isə təzyiqdə olan problemlərdir.Hücrələrə yığılan qızıllı məhlul daha sonra ADE zavoduna verilir.

Yüklə 28,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə