Mədəndə görülən işlərin ardıcıllığı


partlayış quyuları qazılır



Yüklə 28,42 Kb.
səhifə2/4
tarix22.09.2023
ölçüsü28,42 Kb.
#122824
növüQaydalar
1   2   3   4
Hesabat (2)

partlayış quyuları qazılır. Partlayış quyularının qazılmasınada dəlmə- qazma maşını kimi Atlas Copco maşının Epiroc , FlexiRoc markalı T-35 , L-8 , L-6 dəlmə- qazma maşınlarından istifadə olunur. Quyu dərinliyi əlavə qazma ilə birlikdə 5,5 m. olur , faydalı qazıntıda quyu diametri 102mm. tullantıda isə d=162mm-dir. Hər bir metrdən bir perspektivli quyular qazılır və yalnız bunlar maili olur 75° dərəcə olur. Quyulardan çıxan nümunələr kvotasiya ( quyudan çıxan nümunənin qarışdırılaraq ortlaşdırılması )edilərək torbalara doldurulur. Torbalar üzərində poliqon və hansı quyu olduğu qeyd olunur. Həmin torbalar daha sonra analiz üçün laboratoriyaya göndərilir.

  • Partlayış quyuları qazıldıqdan sonra quyuların PM ( partlayıcı maddə) ilə doldurulması və partladılması mərhələsi başlanır. Partlayış işi üçün podratçı şirkət AzerİnterPartlayısh MMC məşğul olur. Quyuya ilk öncə partlayıcı maddə yerləşdirilir , partlayıcı maddəyə MS və HDT naqilləri qoşularaq quyu dibinə atılır daha sonra Amfo ilə doldurulur. 5,5m-lik quyuya 25kq. Amfo istidə edilir. Quyunun 2/3hissəsi partlayıcı maddələr ilə qalan 1/3 hissəsi isə inert materiallar ilə doldurulur. Partlayış quyularının şəbəkələri filiz olduqda məsafə 2-3,5m tullantıda isə 4-4,5m olur. Poliqon ərazisində süxur nümunəsi sulu olarsa PM kimi Gianid-dən istifadə edilir.

  • Poliqon partladıldıqdan sonra süxur tərkibində faydalı qazıntı komponentin miqdarından asılı olaraq qırmızı , sarı, mavi və tullantı ağ rəngli lentlər ilə sahəyə alınır. Daha sonra partladılan süxurlar stoklara(anbarlara) daşınır Daşınma işinə ərazidə StarMining LLC nəzarət edir. Daşınma zamanı istifadə olunan avtoyükü özüboşaldan yük maşınları Astra – 35 ton , Howo – 28t. Wolvo- 28t , Mercedes -45ton. Ekskavator isə CAT marakasınındır, çömçə tutumu ortalama olaraq 2,7-3m³-dur.

    Mədəndəki partladılmış filiz və tullantı daşınaraq tərəziyə ötürülür. Burada filizlər faydalı komponentin miqdarına və tullantıya görə fərqli anbarlara daşınır. Anbarların seçilməsi Geotexniki təhlillərə əsasən müəyyənləşdirilir. Bunun üçün dayanıqlı səth olmalı, seçiləcək yerin alt hissəsində faydalı qazıntı və yeraltı sular olmamalıdır. Filiz anbarında olan kütlə qırıcıya,oradan isə qırıcı tərəzilərinə ötürülür. Qırıcının məqsədi süxuru anbardan alıb lazımi ölçüyə salaraq alqomerasiya edərək topa qələviləşdirməyə ötürməkdir. Qırıcıda 4 mərhələli xırdalama və 3 mərhələdə ələmə vardır.

    1. Çənəli qırıcı- çənəli qırıcıya filiz kütlələrinin daxil olma ölçüsü 600mm ,çıxışı isə 120 mm-dir. Çənəli qırıcıdan əvvəl qrizli ələk gəlir Qrizli ələyin aralıq ölçüsü 120mm-dir. Mədəndən gələn filiz ilk öncə Qrizlidə ələnir. Çənəli qırıcı Gürsan markalı 90-110mm aralığında filizi xırdalayır. Xırdalanan məhsul 2-ci mərhələ xırdalanma prosesinə gedir.

    2. Konus qırıcılar – Orta xırdalayıcı qırıcılar sayılır. Girişi 120mm. çıxışı 25-30mm-dir . Xrdalanan filiz 3cü mərhələyə gedir.

    3. Fine Sandvik — Sandvik markalı konus qırıcılar olur, girişi 25-30mm , çıxışı 12-14 mm təşkil edir.

    4. Extra Fine Sandvik — 4 ədəd Extra Fine qırıcısı olur girişi 12-30mm. Çıxışı 7,5-8 mm-dir.


    Yüklə 28,42 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə