H Ü M A Y İ - Ə R Ş
103
Şirvanizadə yazıçılıq məsləkilə yetişmiş olmadığından qələminin qüd-
rəti ilə məşhur deyildir. Ancaq xüsusi xəbərləşmələrindən, məktublaş ma-
larından türk dilini elmi sayəsində xətasız, səhvsiz yazmaqda olduğu an la-
şılır. Oğlunun vəfatı üzərinə xüsusi məmuriyyətlə Parisdə olan Sadiq paşa
tərəfindən yazılan təziyəyə cavab olaraq göndərmiş olduğu məktub qələ-
minin qüvvəsini və qəlbi təəssüratının dərəcəsini göstərməkdədir...
1932, 3 iyun
İndi də İstanbul vilayəti İskan (yerləşdirmə) Müdürlüyü Təvziat (pay-
laşdırma) məmuru Amasiyalı Qara Vaizzadə Osman Fevzi əfəndi vardır
ki, kitabiyyat ilə məşğul olur. Bu zat, Rüşdü paşa mərhumun şəklini ələ
keçirmiş və arxasına da aşağıda öz ifadə və imlası üzərinə eynən təsbit
edil miş hekayəni yazaraq hal-hazırda Amasiyada zəka və elmi ilə məşhur
olan kitabxana məmuru məşhur müfti Xoca Kamil əfəndinin -hələ də
həyatdadır və müftidir- övladı Xoca Səbri əfəndiyə göndərmiş. Bu xoca da
mənə gətirdi. Və bu hekayəni oxumağımı və eşidib-eşitmədiyimi soruşdu.
Həqiqətən, Taha əfəndi mərhumdan bu hekayəyə eynən bənzər və daha
müfəssəl bir hekayə dinləmişdim.
Doğruluğuna etimad edə bilmədiyim üçün Rüşdü paşa həzrətlərinin
tərcümeyi-halı sırasında dərc etməmişdim. Rəvayət edənin vədi və müba-
rək Fateh camesi imamının Rüşdü paşa həzrətlərilə bu zamanda maddi-
mənəvi münasibəti olmaması məsələnin doğruluğunu sübut etdi. Osman
Fevzi əfəndinin öz əl yazısının imlasını dəxi dəyişdirmədən eynən aşağıya
dərc etdim. Paşa həzrətlərinin dini rabitə və iman məhəbbətinin bir sənədi
olmaq etibarilə çox böyük bir qiymətə malikdir. Cənabı-Haqq əcr və
savabından məni də feyziyab etsin. Amin bi-hörməti-seyyidil-mürsəlin.
Mübarək Fateh camesi imamı Hafiz Bəkir əfəndidən nəqlən eşitdiyim
hekayəni buraya eynən dərc edirəm.
Rüşdü paşa Taifdə olduğu zaman müqərrəbinindən və möhtərəm
mühəddislərdən Dağıstani Hacı Əhməd əfəndini bir gün xanəsinə
çağırmış və özü ilə bərabər iyirmiyə yaxın hafiz gətirməsini rica etmiş
və Hacı Əhməd əfəndiyə xitabən: “Mən Məkkədə olduğum müddətcə
cənabı-peyğəmbərə özümü qəbul etdirə bilmədim. Sonra Taifə gəldim.
Taifdə iqamətim əsnasında peyğəmbərin əmisi
43
İbn Abbası özümə
vasi təçi tapdım, bu surətlə özümü şanlı nəbiyə qəbul etdirdim. Mən
ölüncə qəbrimi İbn Abbasın ayaq ucuna dəfn edib qəbir daşına da Kəhf
surəsindən bu ayəti yazınız, demiş
ِۜﺪﻴ ۪ﺻَﻮْﻟﺎِﺑ ِﻪْﻴَﻋﺍَﺭِﺫ ٌﻂِﺳﺎَﺑ ْﻢُﻬُﺒْﻠَﻛَﻭ
[Onların iti də
mağaranın astanasında ön ayaqlarını uzadıb yatmışdı],
(Kəhf:18)
vəsiyyətini
bitirdikdən sonra hafizlərdən birisinə Yasin surəsinin
tilavətini rica etmiş
və hafiz oxuyub ayətin burasına gəlincə
ﻦﻴﻣﺮﻜﻤﻟﺍ ﻦﻣ ﻲﻨﻠﻌﺟ ﻭ
[Rəbbim məni
əfv etdi, ikramlara qərq etdi] (Yasin: 27) burada hafizə işarət edib özü bir
(Əuzu və bəsmələyi-şərifə)dən sonra bu ayəni oxumağa başladı:
ﺎَﻬُﺘﱠﻳَﺃ ﺎَﻳ
ﻲِﺘﱠﻨَﺟ ﻲِﻠُﺧْﺩﺍَﻭ ﻱِﺩﺎَﺒِﻋ ﻲِﻓ ﻲِﻠُﺧْﺩﺎَﻓ ًﺔﱠﻴِﺿ ْﺮَﻣ ًﺔَﻴِﺿﺍَﺭ ِﻚﱢﺑَﺭ ﻰَﻟِﺇ ﻲِﻌِﺟ ْﺭﺍ ُﺔﱠﻨِﺌَﻤْﻄُﻤْﻟﺍ
ُﺲْﻔﱠﻨﻟﺍ
[Ey
arxayın nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh)
43
Aləmlərin ruhu səlləllahu əleyhi və səlləm əfəndimiz həzrətlərinin əmisi deyildir, əmisinin
oğludur.
104
H Ü M A Y İ - Ə R Ş
bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!] (Fəcr:
27-28) deyərək təslimi-əmanəti-Xuda eylədiyini həmin mühəddisdən
şəxsən eşitməklə ondan bu şəkildə dinlədim. Bu, Həzrəti Mövlanənin
[İsmayıl Siracəddin Şirvani] xələfi olmaq üçün qüdsi qüvvət sahibi bir
övlad olduğunu təsdiq edir
44
.
44
Həzrəti Mövlanənin qüdsi qüvvətə sahib bir övlada malik olduğunu demək istəmişdir.
Yaxud, Rüşdü paşanın, Həzrəti Mövlanəyə layiq qüdsi qüvvət sahibi bir övlad olduğunu
demək istəmişdir.
Taifdə İbn Abbasın
məscidi və arxasındakı
qəbiristanlıqda Rüşdü
paşanın qəbrinin olduğu
güman edilən yer. (Qırmızı
dairə içərisində)
H Ü M A Y İ - Ə R Ş
105
RÜŞDÜ PAŞA HƏZRƏTLƏRİNİN
ŞEİRLƏRİNDƏN
Birdir səfayı-vəsl səfa bir deyilsə də,
Birdir cəfayi-hicr cəfa bir deyilsə də.
Bala və ziri bir görürəm fərti-nəşədən,
Birdir gözümdə ərzü səma bir deyilsə də.
Birləşdi rəngi-zülfü binaguş nazrada,
Birdir bana sübhü məsa bir deyilsə də.
Bimarı-eşqəm, istəməm əsla əlacı-dərd,
Birdir yanımda dərdü dəva bir deyilsə də.
Rüşdü suxən-şinas bilür tərzü şivəsin,
Birdir ədayi-şeir əda bir deyilsə də.
Girəsun Övqaf (Vəqflər) müdiri Fəxri bəy tərəfindən bir məcmuədə
tapılaraq müfti Hafiz Kamil əfəndinin fəzilətli oğlu Əhməd Əmri əfəndiyə
göndərilmiş və onun tərəfindən verilmiş Rüşdü paşa həzrətlərinin bir şeiri
Ol dilfiribi şuxi-cahan söylərəm sana,
Xuni-nigah afəti-can söylərəm sana.
Eyni-ədəm desəm də inanma miyanına,
Bəlkə, vücudu var da yalan söylərəm sana.
İlləti, vücudu-aləmi-imkanə eşqdir,
Əsrarı-kun fəkanı əyan söylərəm sana.
Nuş eyləmiş o məsti-mey nazı gülaraq,
Bax surxiyi-ruxiylə nişan söylərəm sana.
Dərdi-dəruni şərh üçün, ey şux nazənin,
Hər şərhayi-vücudu dəhan söylərəm sana.
Ayrılma asitanı-cənabı-həbibdən,
Rüşdü, o babı Kəhfi-əman söylərəm sana.
1 dekabr 1948-ci il tarixli saatlı təqvimin yarpağından alınmışdır.
Vaxtilə Düyümlü Baba deyə yad edilən bir zat vardı. Bu zat bir gün
Şirvanizadə Rüşdü paşaya Hicaz valisi Vəcihi paşadan bəhs edərkən: Bu
paşa ilə sizin çox yoldaşlığınız olacaq. Onu tanıyırsanmı?- deyə soruşar.
Rüşdü paşa, tanımadığı cavabını verir. Fəqət bir müddət sonra Rüşdü paşa