98
H Ü M A Y İ - Ə R Ş
RÜŞDÜ PAŞA HƏZRƏTLƏRİ
Ə
slən Şəki qəzasının Kürdəmir kəndindən olan və Süleymaniyəli
Mövlanə Xalid həzrətlərindən ilahi feyz əxz edərək rəşadət
xilafətnaməsinə nail olan, ariflərin baş tacı Şeyx İsmayıl Şirvani
həzrətlərinin möhtərəm övladıdır. Keçəçizadə Fuad paşa həzrətlərinin
mürəbbiliyi və himayəsi sayəsində yüksək rütbələrə nail olan bu zatın
tərcümeyi-halı qələmə alınmışdır. Çox mübarək övlad və nəvələrə malik
olduğundan xüsusi və ümumi həyatı haqqında məlumat vermək üçün
özümdə səlahiyyət görmürəm. Ancaq haqqımızda vəli-nemətlik göstərdiyi
üçün tamamilə üstündən keçərək bir nemət qədirbilməzliyi etməyi də
insaniyyətə yaraşdırmadım.
Təbii ki, Paşa həzrətləri mənim kimi acizlərin vəsf və təqdirindən
çox uzaqdır. Ancaq irfani siması və ülviyyət saçan əxlaqından bir miqdar
bəhs edə bilsəm, həm oxuculara bir ləhzə tənəffüs etməyə imkan, həm
də risalənin məzmununa bir az da rövnəq vermiş ola biləcəyim qənaəti
məni bir neçə sətri, fəxrimiz olan bu aliqədr zata ayırmağa məcbur etdi.
Əminəm ki, hər cür hissiyyatdan uzaqlaşaraq bitərəf şəkildə tədqiq edənlər
Paşa həzrətlərindən bir qədər bəhs etməyimi müvafiq hesab edər və bəlkə
də təqdir edər, bəyənərlər.
Hər nə isə hər kəs bildiyi kimi hökm etməkdə sərbəstdir. Lakin insafı da
əldən verməyərək hadisələrə qismən də olsa diqqət edilməsi lazımdır. Kiçik
bir insaf, böyük bir həqiqətin inkişafına səbəb olur. Onun üçün dərhal bir şeyi
görüb, keçmək deyil, az-çox qiymətinə nüfuz etmək əndişəsi də olmalıdır.
Məhz bu əsasa riayət edildikdən sonra yazacağımız həqiqətlər Paşanın
mahiyyəti haqqında yaxşı bir fikir verə bilər. Əks təqdirdə həqiqət şübhənin
zülmət pərdəsinə bürünməkdən qurtula bilməz. Bizim iftixar etdiyimiz bu
vəlinemətimiz isə, Allaha həmd olsun, sıx örtülər arxasında da nur saça biləcək
mahiyyətdədir. Yalnız bəsirət nurundan məhrum olanlar, əlbəttə, müstəsnadır.
Paşa ibtidai təhsilini atasından aldıqdan sonra məişət idarəsi üzündən
məmurluğa yönəlmişdir. İlk təyin olunduğu məmurluq, Amasiya Övqaf
(Vəqflər) Katibliyidir. Ziya paşanın “Zəfərnamə”sində bəhs edildiyi kimi
“O zamanlar Anadoluda bir kimsə, hər hansı məmuriyyətə nail olursa
olsun, bir çox adamların məişətini əlindən almışcasına o zata qarşı dərin
bir həsəd” hiss olunurmuş. Paşa da təbii ki, bundan azadə qala bilməmişdir.
Paşanın Övqafdakı məmurluğu həsəd çəkənlərin can damarlarına qədər
işləmiş olduğundan, bunlar gecə-gündüz Paşanın ləkələnməsi vasitələrini
hazırlamağa çalışmışlar. Bir gün meydan sürtüklərindən bir qadına qəlp
Məcidiyyə çariki [quruş, çeyrək] verərək hökumətə getməsini və şöbədə
Rüşdü əfəndi və digər məmur və katib yoldaşları olduğu bir sırada içəriyə
girərək: “Rüşdü əfəndi, bu gecə yanıma gəldin, səhərə qədər yatdın,
qalxdın zövqünü təmin etdin, gedərkən bu saxta beşliyi zövq ücrəti olaraq
buraxıb getməyə utanmadınmı?” -deyə söyləməsini öyrətmişlər.
Bu dərbədər qadın öyrətdikləri şəkildə hərəkət etmiş. Yoldaşları
arasında üzünə qarşı tərəddüdsüz atılan bu iftiranın əmələ gətirdiyi qəm-
dən Paşa bayılmış.Bu haldan mütəəssir olan Övqaf məmuru dərhal həbs
H Ü M A Y İ - Ə R Ş
99
vərəqəsi hazırlayaraq qadını saxlatdırmış. Qadın həbsxanaya getdiyini
görüncə kimin öyrətdiyini və bu işə müvəffəq olduğu təqdirdə ona nə vəd
edildiyini açıq-aşkar söyləməyə başlamış.
Bu xüsusda kim nə deyir desin. Zaman gəlmiş ki, Paşa sədrəzəm ol-
muş. Lütf və kərəm sahibi olan bu zatın o yüksək mövqedə nə dərəcə
müvəffəq olduğunu da kəsdirə bilmərəm. Fəqət Murad bəy mərhumun
nemət qədirbilməzliyini tənqid etməkdən özümü saxlaya bilmərəm. Pak
zatına isnad edilən töhmətləri qəbul etmək bir cinayət olduğuna heç şübhə
yoxdur. Əsasən mərhumun sözləri azacıq tədqiq edilərsə, bir həsəd hissinin
qurbanı olduğu aşkar görülməkdədir. Guya qızını Murad bəyə verəcəkmiş
də, qardaşı Əhməd Hülusi əfəndi mərhum oğlu Xalid bəyə alırmış da,
paşaya nə verilmiş də, bundan ona vəd edilən nəyi almamış imiş. Yaqub
Şevki paşanın dediyi kimi. (Bu da sözmüdür?)
Murad bəy, madam ki, təmiz imiş, verilən şeyi qəbul etməyəcək qədər
də təmizlik tərəfdarı imiş, paşanın qızını alacaqmış da, elə olmuş, belə olmuş
-deyə yazmasından irəli gəlmiş, guya mütləq həqiqətdən bəhs etmişmi
olur? Nə isə buranı ağlı olanlar muhakimə etsinlər. İftira atanlardan bəhs
edək. Bunların başçısı olan şəxslərdən biri Paşanın sədrəzəmliyi zamanında
İstanbula bir məmurluq almaq üçün getmiş, hər nə qədər iqtidarı
daxilindəki məmuriyətlərə müraciət etmiş isə də müvəffəq olmamış.
Qəribə təsadüf olaraq, bir gün paşa həzrətləri Babi-Aliyə təşrif edərkən
bir qayıqda bu zatı görmüş və sahilə çıxdığında yavərlərini göndərərək yanına
gətizdirmiş, nə zaman və nə üçün gəldiyini, hal və xatirini soruşmaq nəzakəti
göstərmişdir. O zat da gəliş səbəbini, əhvalını təfsilatı ilə ərz və hekayə etmiş,
Paşa: “Elə isə sən mənə qonaqsan. İnşallah diləyin hasil olar” demiş və ağası ilə
malikanələrinə göndərmiş. Bir ay qədər Paşa bu zatı malikanəsində müsafir
etmiş və hər cür izzətü ikramı göstərmişdir. Hər yeməkdə bərabərində oturt-
muş və qonaq haqqını tamamilə ifa etmişdir. Paşanın ağası Amasiya hadisə-
sindən xəbərdar olduğu kimi o xəcalət qaynağı olan məsələni tərtib etdiyini
və onların başçısının da bu zat olduğunu bilirmiş.
Bir gün hiddətlə: “Bu adamı burada nə bəsləyib durursan, Amasiyadakı
rəftarını unutdunmu?” demiş. Paşa da cavabında: “Cənabı-Allah mənə
olan ehsanını bu zatın əlilə tamamladı. Buna əsasən də, həsədin heç bir
fay dası olmadığını ona öyrətmək istərəm” -deyə cavab vermiş və bu zatı
münasib bir məmuriyyətə təyin etdirmişdir.
Paşa qısa boylu, kök, gözəl, məlahətli, qara saqqallı, dolu bir simaya
malik imiş. Şəfqət yuvası olan evi lütf və inayət mehmanxanası imiş.
Qərib, fəqir, miskinlərin yeganə sığınacağı olan bu aliqədr zat ən böyük
dünyəvi mənsəblərə malik olduqda belə:
ﺖﺳﻮﮑﻧ ﻥﺍﺯﺍﺮﻓ ﻥﺩﺮﮔ ﺯ ﻊﺿﺍﻮﺗ
ﺖﺳﻭﺍ یﻮﺧ ﺪﻨﮐ ﻊﺿﺍﻮﺗ ﺮﮔ ﺍﺪﮔ
Şərəfli birisinin təvazökarlığı yaxşıdır, xoşdur; Gəda təvazökarlıq edirsə, bu
onun xasiyyətidir. Sədi Şirazi] hikmətamiz kəlamına müvafiq hərəkət etmişdir.
Amasiyada olduğu müddətcə, istər yolda, istərsə də evində comərd
vicdanından hər zümrə özünə layiq bir surətdə şəfqət və kərəm görmüşdür.
Paşa həzrətləri iqtidar sahibi olduğu halda həlim, başı yüksəkdə olduğu
Rüşdü paşanın
portreti