H Ü M A Y İ - Ə R Ş
87
AMASİYAYA QAYIDIŞI
A
ltı ay fasilə ilə iki ciyərparənin yoxluq aləminə qədəm basması
və əvvəlcə Qarsda rast gəldiyi və aralarında qardaşlıq olan
dostu Hacı Siracəddin əfəndi həzrətlərinə verdiyi vədi üzərinə
Ərzurumdan hərəkətlə yanında Taşabadi Mustafa və Maraşlı Qazi Osman,
Qarabağlı Qara Abdullah və Mühibüddin əfəndi bərabər olduğu halda
quru yolu ilə Amasiyaya təşrif buyurmuşlar. Bu, 1282-ci hicri ilinə [m.
1865/66] təsadüf edir.
Gəldikləri il İçərişəhərdə Hacı Əli paşanın malikanəsində və o ilin
yay aylarında Çaqallar adlı yerdə Subyacı Hacı Xəlil əfəndinin köşkündə
yerləşmişdir.
DƏRSƏ HAZIRLANMASI,
OXUTDUĞU DƏRSLƏR VƏ TƏLƏBƏLƏRİ
S
abah oxudacağı dərsi, gecə yatsı namazından sonra hazırlayarmış.
Dərsə baxarkən rəhlənin önünə bir
lampa qoyar və önündə guya
bir dinləyici varmış kimi yüksək arifanə bir səda ilə dərsi keçərmiş.
Böyük tələbəyə “İsbatül-vacib”, kiçik tələbəyə məntiqdən “Hüsam Qəti”
oxudurmuş, Hafiz Şirazi divanını da oxutmuş.
İsbatül-vacib tələbəsi
Dərviş Məhəmməd, Dərviş Mahmud, Qandoğlu Sirac, Şıxlı (Şeyxli)
kəndindən Hacı Məhəmməd, Kürdlər kəndindən Hacı Musa əfəndilər
imiş. “Hüsam Qəti” dərsinə dərrakəsi bu səviyyəyə yüksələ bilmiş kimsələr
davam etmişdilər. Xaricdən dinləyici sifətilə dərsə gələn tələbələr də
mövcud imiş.
Dərviş Mahmud
Şeyxlidir (Şıxlıdır). Hacı Məhəmməd və Dərviş Məhəmməd əfəndilərlə
həmkəndlidir. Fövqəladə zəka və fərasət sahibi olmaqla yanaşı dərvişlikdəki
feyzi zahiri elmləri təhsilinə mane təşkil etmişdir. İrfani həyatını tam
bir vəcd və eşq içərisində inkişaf etdirmiş və bu sayədə irfani dərəcələrin
uca mənzilinə həqiqət səccadəsi sərmiş dilavər-qəhrəmanlardandır. İrfani
qiyməti ariflər məclisi tərəfindən bəyənilmiş və təqdir edilmiş, zəmanənin
bir yeganəsidir. Olduqca ədəbli, nəzakətli, zərif, xoşsöhbət, məclislərin bə-
zəyi idi. Məlamət pərdəsi arxasında gizlənən zatların yeganə ustadı idi.
Sülukunun əvvəlində guşənişin olmuş, həyatını dağlar başında dolaşmaqla
keçirmiş, ahulara, göyərçinlərə yoldaş və həmavaz olmuş, məhəbbətdən
dəm vuran bir məcnun olmuşdur. Olduqca yaraşıqlı, siması vəcd nəqşəsi
kimi şölənin özünə nur saçacaq bir surətdə idi.
88 H Ü M A Y İ - Ə R Ş
XIX əsrdə Amasiya şəhərinin görünüşü. Qravür
Amasiya şəhəri. İçərişəhər məhəlləsində küçə
H Ü M A Y İ - Ə R Ş
89
Divan təşkil edəcək miqdarda şeirləri olsa da, təəssüf ki, ələ keçirilməsi
mümkün olmadı. Hacı Cəlil oğlu Əhməd əfəndi bu zatın şeirlərindən
möv cud olanları gətirib verəcəyini vəd etdiyi halda bu vədini yerinə ye tir-
məyə imkan qalmadan Allahın rəhmətinə qovuşdu. Yalnız Hacı Vəli Əfən-
dizadənin mərhum Mahmud Xacəndən rəvayət etdiyi bir beytini dərc
etmək məcburiyyətində qaldım. Bu beytini söyləmə səbəbini mərhum belə
nəql etmişdi.
Dərviş Mahmud Hüsaməddin əfəndinin evinə getmiş. Necə olubsa,
fitrətən ona daban-dabana zidd olan bu zatı, Hüsaməddin əfəndini
görüncə sifətini turşutmuş, ardınca Dərviş Mahmud:
Xanə məmur olmaq ilə xanədan olmaz kişi,
Təhsil etmək gərəkdir rızayı-Dərvişi -
demiş və ayrılıb getmişdir.
Vəfatı 1298-ci ildədir [m.1880/81]. Qəbri Şamlar qəbristanında olub,
hələ də dəqiq yeri məlum deyildir. Allah qəbrini nurlandırsın.
Minlərlə alim, arif,
mücahid yetişdirən
Şıxlı kəndinin xəritəsi
90
H Ü M A Y İ - Ə R Ş
ﺪﻨﻨﮑﻴﻣ ﺪﺠﺴﻣ ﻢﻴﻈﻌﺗ ﻥﺎﻬﻠﺑﺍ
ﺪﻨﻨﮑﻴﻣ ﺪﺟ ﻝﺩ ﻞﻫﺍ ﺏﺍﺮﺧ ﺭﺩ
ﻥﺍﺮﺧ یﺍ ﺖﻘﻴﻘﺣ ﻦﻳﺍ ﺖﺳﺍ ﺯﺎﺠﻣ ﻥﺁ
ﻥﺍﺭﻭﺮﺳ ﻥﻭﺭﺩ ﺰﺟ ﺪﺠﺴﻣ ﺖﺴﻴﻧ
ﺖﺳﺎﻴﻟﻭﺍ ﻥﻭﺭﺪﻧﺍ ﻥﺎﮐ یﺪﺠﺴﻣ
ﺖﺳﺍﺪﺧ ﺎﺠﻧﺁ ﺖﺳﺍ ﻪﻠﻤﺟ ﺎﻫﺎﮔﺪﺠﺳ
[Axmaqlar məscidi ucaldar və ona təzim edər, amma
Könül əhli xarabatda səy edər.
Halbuki, o məcazidir, ay ulaqlar, bu həqiqət.
Sərvərlərin könüllərindən başqa məscid yoxdur.
Övliyaların könülləri olan məscid
Hamının səcdəgahıdır, Xuda da oradadır.
Mövlanə Cəlaləddin Rumi, Məsnəvi]
* * *
Şıxlı kəndi və
qəbiristanlığı