H Ü M A Y İ - Ə R Ş
91
Dərviş Məhəmməd
Bu biçarə, bir qətl məsələsindən əmələ gəlmiş iftiranın qurbanı olaraq
iyirmi il məhbus qalmış və iyirminci ilin ya başlanğıc və ya nəhayətində
bəraət alaraq həbsdən çıxmışdır. Çiləkeş, səbirli, vüqarlı, həlim, nəcib bir
zat idi.
Qəribədir ki, uşaq vaxtı şəxsən şahid olduğum bir vaqeədə yenə ruhi
əsalətini tamamən mühafizə etmiş və ona qarşı nahaq yerə baş vermiş tə-
ca vüzdə özünü müdafiəyə belə tənəzzül etməyərək məzlumanə oranı tərk
edib başqa bir yerə köçmüşdür.
Əgər beş-on sətir əvvəl yazdığım bir ifadə bu həqiqəti aydınlaşdırmağa
imkan vermiş olsa idi, burada xeyli qiymətli məlumat dərc edəcəkdim. Tə-
nəzzül etməməsi mənim üçün bir şərəf olmaqla bərabər, izahı da tənəzzül-
dən vaqe olan nöqsanı əvəz edə biləcək bir mahiyyətdə olmadığından
susdum. Buna əsasən, mənaqib üçün də çox lazımlı olduğunu əlavə edə
bilərəm, çünki bu sayədə təriqət pərdəsi altında mənfi mənfəətlərini təmin
etməyə çalışanları da bütün çılpaqlığı ilə göstərə biləcəkdim. Keçmişə
qarışan xatirələr varsın əbədiyyətə qədər yaddan çıxsın. Cənabı-Haqq ha-
kim lərin ən qüdrətlisidir. Ayrıca olaraq bu kimi məsələlərə aid rəmzən də
olsa izahat verilməsi lazım gələcəyi ehtimal daxilindədir.
Dərviş Məhəmməd əfəndi qəzaya boyun əyərək iyirmi il həbsxanada
qaldıqdan sonra bəraət qərarını cəza rəisi elan etdiyi sırada məqtulun oğlunu
göstərərək “Məhəmməd əfəndi, bu uşağa qarşı düşmənçilik etməyəsiniz”
– demiş. Məhəmməd əfəndi, cavabında “Əfəndim, o uşağın heç qüsuru
yoxdur. Düşmənçilik adlanan şeydən, Allaha həmd olsun, uzağam. Bu
uşaqda nə günah vardır. Bu, mənim öz günahımın bir cəzasıdır ki, Cənabı-
Haqq mənə verdi” – demiş. Bu saf, nəcib ifadəsi məhkəmə heyətinə çox
təsir etmişdir.
37
Fəqət o qədər bədbəxt idi ki, özü dediyi kimi tamahdan,
düşmənçilikdən, həsəddən tamamən sıyrılmış olan bu zavallı hər kəsin
nifrət və həsədinə səbəb olurdu.
ﻩﺭﺍﺮﺳﺃ ﻦﻄﻔﺘﻳ ﻻ ﻦﻣ ﻥﺎﺤﺒﺳ
[Əsrarı idrak oluna
bilməyən Allahı tənzih edirəm.]
Həbsxanaya məsum bir şəkildə girən bu biçarəyə Həzrəti Pir
گﺮﻣ
ﺵﺪﻳﺎﺑ ﻞﻤﺤﺗ ﺩﺎﺘﻓﺍ ﻡﺍﺩ ﻪﺑ ﻥﻮﭼ کﺭﺯ
[
Ağıllı quş tələyə düşüncə səbir etməlidir] misrasını
yazaraq
38
orada Allahın qəzasının sonunu gözləməsini məsləhət görmüşdür.
Və həqiqətən, vəd edilmiş vaxta qədər halından şikayət etmədən təvəkkül
və riza ilə bu çiləni tamamlamışdır.
İyirmi il içərisində ayağını uzadıb yatmadığı o zaman həbsxanada olan
kimsələr tərəfindən rəvayət edilmişdir.
Hacı Məhəmməd Əfəndi
Tiflis vilayətinə tabe Qazax uyezdində Kür çayının sahilində, Qarayazı
meşəsinin civarında Şeyxli-Şahlıq (Şıxlı) kəndində xaki-ətirnaka dəfn
olun muş, mələkut şəkəristanının tutisi, lahut gülüstanının bülbülü,
37
Mühakimədə şəxsən iştirak edərək hadisəni eşitdiyini söyləyən Yəhya Nəcməddin
əfəndinin rəvayətindən.
38
Xoca Bəhaəddin əfəndinin rəvayətindən.
92
H Ü M A Y İ - Ə R Ş
Şamlar qəbiristanlığının
əvvəlki yeri. Yuxarıda
İsmayıl Şirvaninin türbəsi
görünməkdədir.
zəma nənin seçkin alimi Əl-Hac Şeyx Süleyman əfəndi
həzrətlərinin nəcabətli övladı olub həqiqət əhlinin öndəri,
mərifət ərsəsinin dilavəri bir bənzərsiz zat idi. Könlü
həqiqətlərə açıq Həzrəti Pirdən irfan yollarını öyrənən bu
ali vəsfli zat, həqiqət yolunda Allahın sirrinə məzhər olmuş
bəxtiyarlardandır. Kərəmli mürşidin əmri ilə Rusiyaya
[Azərbaycana] köç etmiş, Rusiyada [Azərbaycanda] slav cin-
sindən olub müsəlman olduğunu söyləyən məlunlardan bir
neçəsi casus deyə onu Rus hökumətinə xəbər vermiş və höku-
mət tərəfindən tutularaq Gəncə həbsxanasına aparılmış,
orada həbs edilmişdir. Həbsdən qaçarkən onu təqib edən
məmurlar tərəfindən qurşunla şəhid edilmişdir. Ayağına ta-
xı lan qalın zəncirləri əlləri ilə qırmaq kimi Heydəranə bir
qüvvə göstərdiyi mübaliğəni ifrat dərəcədə sevən Qaraqoyunlu
Hacı Rəsulun rəvayətindəndir. Nəcib olduğu qədər irfan
sahibi, şücaətli olduğu qədər din və iman mücahidi idi.
İrəlidə özü, anası Huriyə, atası Süleyman və qardaşı Hacı
Əhməd əfəndi haqqında tədqiq lazım gələcəyindən hələlik
burada təfsilatına toxunulmadı.
Sirac Əfəndi
Bu zat hər halda Rusiyanın [Azərbaycanın] Qazax uyezdinin Saraclı
kən dindəndir. Yalnız xətmi-xacəgan oxutmaqdan məzun imiş. Si
vasın
Kangal qəzasına tabe Qurdoğlu kəndində məskunlaşmış və orada vəfat
et mişdir. Süluk və irfanının dərəcəsi haqqında məlumat əldə edilməmişdir.
Hacı Musa Əfəndi
İcazət aldıqdan sonra Rusiyaya [Azərbaycana] getmiş və iyirmi ildən
artıq doğulduğu vətəni olan kənddə qaldıqdan sonra ailəsi ilə təkrar
Amasiyaya hicrət etmişdir. Comərd, əliaçıq, rəhmdil idi. Fəqət gərək za-
hiri elmi və gərəksə irfani dərəcəsi qeyd ediləcək səviyyədə deyildi. Əxla qi
fəzilətləri vardı. Həzrəti Pirin türkcə divanının ikinci nəşri bu zat tərə-
findən Tiflisdə çap etdirilmişdir. Ümid olunur ki, bu xidməti səadətinə
bais ola bilsin. Allah ona rəhmət etsin.
ŞİRVANİZADƏ RÜŞDÜ PAŞA
1288
-ci ildə [m.1871/72] sədrəzəm, şəhidi-möhtərəm, böyük
feyz sahibi, məhbubu-qülubu-üməna (əmin kəslərin
qəlbinin sevgilisi), ariflərin fəxarətli tacı Rüşdü paşa ibnu Əl-Hac Əş-Şeyx
İsmayıl Əş-Şirvani Əl-Kürdəmiri həzrətləri Amasiyaya təşrif etmişdir.
O dürri-giranmayeyi-lahut (bir qiymətsiz lahuti dürr), mələkut üm-
manının sədəfi olan şərəfli atasının qüdsiyyət saçan rövzəsinin inşaatına
başlamışdır. Türbənin inşasına aid əməliyyatlar, Şeyx Hacı Həmzə əfəndi
həzrətlərinin nəzarəti altında icra edilmişdir. Mühib və müntəsibləri o