84
H Ü M A Y İ - Ə R Ş
Hacı Siracəddin əfəndi vəd verdiyi kimi əhdində vəfa göstərərək
Amasiyaya təşrif etmişdir. Rusiyadan [Azərbaycandan] qayıtdıqdan sonra dörd
ilə yaxın yenə Ərzurumda yaşamış və ətrafına feyz nuru saçmışdır. 1281-ci ildə
[m.1864/65] bu iki qiymətli dürr - Rüknəddin əfəndi və Zəhra xanım altı ay
fasilə ilə rövzeyi-xüldi-bərrinə [uca əbədiyyət bağçasına] köçmüşlər.
Mühibbüddin əfəndinin xəstəliyi və
Zəhra xanımın vəfatı
Mühibüddin əfəndi çiçək çıxarmış, bu xəstəlikdən son dərəcə iztirablı
bir vəziyyətə düşmüş. Hətta, uşaq kimi yaralarını qoparmağa başlamış.
Yara lara toxunmamaq üçün Züleyxa xanımın qardaşı İsmayıl əfəndini
yanına qoymuşlar. (İsmayıl əfəndinin rəvayətinə görə iki əlini tutmaqdan
usanmış imiş.) Bu sırada xəstəlik irəliləmiş, təbiblər sağala biləcəyindən
əndişə etməyə başlamış, bəlkə də ümidlərini üzmüşdülər. Zəhra beş yaşları
içərisinə gəlmiş. Orada-burada otağın içərisində qaçıb-oynaya bilirmiş.
Bu məsum bala Mühibüddin əfəndini çox sevir və əmi deyirmiş. Bir gün
günorta vaxtı uşaq yenə otağın içində ötəyə-bəriyə oynayır və Siracəddin
əfəndinin anası Əminə xanımla Həzrəti Pir uşağa baxarkən heç bir səbəb
və zərurət olmadan atası uşağa xitabən: “Haydı qızım get, əminin ağrısını
al gəl” deyə əmr etmiş. Uşaq da guya atasının əmrinə riayət dərəcəsini
göstərircəsinə tərəddüd etmədən sevdiyi əmisinin otağına getmiş. Qayıt-
dıq da uşaqda bir narahatlıq əlamətləri görünməyə başlamış. Bayaqkı
şənlik, fərəh gedərək uşaq yuxulamağa başlamış, getdikcə hərarət, xəstə-
liyin dərəcəsini göstərmiş. Qəribədir ki, üçüncü gün bu məsum körpə
vəfat etmiş və Mühibüddin əfəndi də sevgili yegənini öz qucağında məzara
apara biləcək qədər iqtidar və qüvvətə malik olmuş.
36
Bu rəvayət ilə Mühyiddini-İbni Ərəbi həzrətlərinin “Fütuhati-Məkkiyyə”sində
nəql etdiyi bir rəvayət arasında bənzərlik olduğundan o hekayə də buraya eynən nəql
edildi.
Şahid olduğumuz bir vaqeəyə görə zamanımızın padşahlarından birinin qızı
xəstə olmuş. O, xeyir və həsənatı sevən, məxluqatın xeyirlisi, pak təbiətli bir xanım
idi. İnsanlar ondan çox xeyir və yaxşılıq görür və mənfəət tapırdılar.
Bir zaman bu xanıma əcəl gəlmədən çarə tapması xüsusunda bəzi şeyxlərimizdən
rica etdilər. Bu xahişə qarşılıq verən zat dərhal gəlmək nəzakəti göstərərək doğruca
xəstənin yanına getdi və içəri girdi. Xəstənin yanında zövcü padşah vardı. Padşah
hörmət və ehtiram bildirmək üçün şeyx girəndə ayağa qalxdı. Şeyx xəstəyə baxdığında
xəstənin can verməkdə olduğunu anladı. Və padşaha xitabən:
- Nə durursan? Bu biçarənin məhv olmasına imkan vermədən çarəsinə
baxsana.
- Nə ilə baxım.
- Can bahasını sədəqə verməklə.
Padşah dərhal can bahasını sədəqə verdi. Bu sədəqə üzündən can çəkişmə halı
durdu və xəstəliyin şiddəti xəfifləyərək xəstə də gözlərini açdı. Və şeyxə “xoş gəldiniz”
dedi. Şeyx də:
36
Hadisəyə şəxsən şahid olduğunu söyləyən Əminə xanımın rəvayətindən.