H Ü M A Y İ - Ə R Ş
71
Məktubu götürən zatlar
Ümmətin bu iki fədakarı Bərgüşad çayı kənarında Sofili
34
adlanan
kənddə bir biçarə dul qadının oğulları olub, birinin adı Molla Əbdürrəhim,
digəri Molla Rəsuldur. Şeyx Hacı Həmzə əfəndidən təhsil görməkdə
imişlər. Ustadlarından gələn təklifə qorxmadan dərhal razılıq vermişlər.
Nə üçün? Çünki Allahın rizasını vətən və millətlərinin uğrunda çalışmaqda
görmüşdülər. Təəssüf ki, ümidləri hasil olmadan həyatlarının sonuna
varmış bu iki bədbəxt şəhid olacaqlarını da təxmin etməmişdilər.
Aqibətləri
Xan bağında toplanmış məclis sona yetib hər kəs öz evinə qayıtdıqdan,
bu biçarələr də ümid yolculuğuna yönəldikdən sonra bəziləri arasında dedi-
qodu çıxmış ki, guya üç sünni şiə xanədanından bir zatın evində toplanmışlar.
Daha doğrusu, sünni üləması qorxmadan onların xanədanlarının evlərinə
gəlib-gedib istirahət edirmişlər, müvafiq olmuşmu?! Buna bənzər sözlər.
Xalq arasında şayiələr çoxalmış. İllərdən bəri vicdanlarında gizlənib
qalmış, imkan əl verməmiş arzularını yerinə yetirmək üçün hər yola baş
vurmağa başlamışlar.
Bu sırada Xasay xanın xidmətçisindən lazım gələn məqamlar da öy-
rə nilirdi. Vicdanlarında gizlənib qalmış arzuları nə idi. Sünniləri hər
nəyə başa gəlirsə-gəlsin, zərərə uğratmaq və xüsusən də Xasay xan kimi
təəs sübkeş sünni ləzgi xanədanına mənsub bir zatı Şuşa qalasından uzaq-
laş dırmaq arzusu idi. Bunun səbəbi isə Mehdiqulu xanın taxtında Xasay
xanı görmək istəmədikləri kimi nə olursa olsun, sünnilərə qarşı dərin bir
düşmənçilik, yazıya sığmayan bir ziddiyət mövcud idi. Buna əsasən, Xan
qızının evində ən təəssübkeş bir sünni xanzadəsi yaşayır və adı çəkilən xanın
yanında da ən çox sünni üləmasının təltif edilməsi və onlara ikram olunması
bunların hissiyatını coşdururdu. Hər narazının və müxalifin ilk fürsətdə
heç bir mənfi vasitəni qaçırmadıqları kimi bunlar da nə bahasına olursa
olsun, bundan istifadəni əldən vermək istəməmişlər. Bir neçə “qabaqcıl
şəxs” keyfiyyəti yalan-yanlış Rus hökumətinə xəbər vermiş. Təəssüf ki, Rus
hökuməti tərəfindən bu iki zatın şəxsiyyəti və qiyafələrinin təsbit edilməsi
gecikməmiş, izləri təqib edilərək Rəvanda tutulmuşlar və axtarış nəticəsində
üzərlərində çıxan sənədlər səbəbilə saxlanılmışlar. Aparılan dindirilmədə
islamiyyətə yaraşan qəhrəmancasına bir tövr ilə həqiqəti qəti şəkildə inkar
etmişlər. Bunlara xeyli əzab və işgəncə verməklə bir nəticə əldə edilməyəcəyi
anlaşılaraq çarə olaraq bunları satan kimsələrlə üzləşdirmək qərara alınır.
Bu haldan Xasay xan mərhum xəbərdar olur və dərhal iki fədakarı yola
çıxararaq gecə ikən birini Cicimliyə, birini də Ağdaşa göndərmişdir.
Cicimliyə yetişən fədakar, məsələnin əhəmiyyətini layiqilə təsvir etmiş
və Şeyx Hacı Həmzə əfəndi həzrətləri tərəfdarları ilə o gecədən etibarən
bölgəni tərk edərək 12 saat içində Araz çayından İran hüduduna keçmişdir.
1267-ci [m.1850/1851] ilin nəhayətindədir.
34
Qarabağın Araz çayı kənarında Molla Məhərrəmli kəndindən yazıçı alim Abdullah əfəndinin
rəvayətinə görə, Bərgüşad çayı kənarında Sofili kəndi olmayıb, Kür çayı kənarında Allahilər
kəndindəndir. Mərhum Mehrəli əfəndi həzrətləri belə rəvayət edirmiş.
Əhməd əfəndi həzrətləri
Əhməd əfəndi həzrətlərinə göndərilən zat isə, vaxtında yetişə bilmə-
diyindən Əhməd əfəndi tutulmuş və qandallanaraq fayton içərisində Sibirə
göndərilmək üçün mühafizəçilərin arasında olduğu zaman qasid ona gəlib
çata bilmişdir.
Çox təəssüflə qeyd edilməlidir ki, “Ruslar Əhməd əfəndinin müəyyən
bir zamanda Şuşa qalasına getməsi və qayıtmasına dair təhqiqat aparmaq
lüzumunu hiss etmiş və bu təhqiqatını ruspərəst, “müsəlmanıq” deyən
dinsizlər vasitəsilə həyata keçirmiş. Və onlar da tərəddüd etmədən –heç
bir şeydən xəbərdar olmadıqları halda Rus hökumətinin öyrətdiyi tərzdə
üzünə qarşı şahidlik etmişlər. Əgər bu rəvayət doğrudursa, (Allahın
lənətinə gəlsinlər) ətrafı rus kazakları ilə əhatə olunmuş araba içərisində
qandallanaraq peyğəmbəranə bir əda ilə boy göstərən bu müqəddəs
vəsfli zata qarşı dinsiz, vicdansız insanlardan bir neçəsi: “Bu halın iləmi
nəhəng hökumətə qarşı durmaq istəyirdin, sarsaq, axmaq” kimi ədəbsizcə
təzyiq etmişlər. Bu mələkxislət zat bunların tərbiyəsiz təcavüzlərinə qarşı
mübarək başına işarə edərək “Bununla cahana qarşı qoyacaqdım. Fəqət nə
edim ki, müqəddəratımızı sizin kimi iblislər pozdu” –demiş və bu sözünün
ardınca ovucunu açaraq, içərisindəki barıt və qurşunları göstərmiş. “Bu cür
xəbis vasitələr qorxusu, dünya malı həvəsilə dinini dünyaya dəyişənlər hər
zaman alçaqdır”- dediyini, rus məmurlarının bu söhbət əsnasında sözünü
kəsmədiklərini, ancaq nəticəni haraya bağlayacağı anlaşılmayan bir sıra
buna bənzər sözləri bitmədən arabanın dərhal hərəkət etdiyini və Əhməd
əfəndinin bir çox mühafizəçilərin nəzarətində uzaqlaşdırıldığını, şübhəsiz,
Sibirə aparıldığını bizə öz dürüstlüyü ilə seçilən və əyani surətdə bu
hadisəni müşahidə edən, sözünə etibar edilən Nəbi dayı rəvayət etmişdir.
Onun yarsız-kimsəsiz diyarda
ﺍﺪﻴﻬﺷ ﺕﺎﻣ ﺪﻘﻓ ﺎﺒﻳﺮﻗ ﺕﺎﻣ ﻦﻣ
[qürbətdə qərib olaraq
ölən şəhid olaraq ölər] sirrinə nail olduğu çox böyük ehtimal olunur.
Haqqında ailəsi də məlumat ala bilməmişdir. Mübarək məzarı onu
sevənlərin və ariflərin qəlblərindədir. Şübhəsiz ki, o ali xislətli zatın bu
surətlə yoxa çıxması namus və vicdan ərbabını incitmişdir. Fəqət fələyə
qarşı belə iftixar edə bilərəm ki, belə bir mücahidi öz qələmimlə yaşatmağa
müvəffəq oldum. Eyni zamanda onu satanların ruhlarını incitmək fürsəti
də mənim qələmimə nəsib olmuşdur. Bunun üçün də ayrıca iftixar hissi
keçirirəm. Namus və vicdan əhlindən bu zatın xeyirlə yad edilməsini rica
edirəm. O diyar xalqından olan hər zat bu məsələyə aşina olduqda xati rə-
sini yaşatmağa çalışmaları böyük bir vəzifədir.
Mübarək ruhu üçün Fatihə.
Rəvanda tutulan “iki qəhrəman” deyə vəsf etdiyimiz Molla Əbdürrəhim
ilə Molla Rəsul da şəxsiyyətləri müəyyən edildikdən sonra məchul bir
istiqamətə aparılmışlar. Sibirə aparıldıqları yüz faizlik ehtimal daxilində
olmaqla bərabər yolda şəhid edilmiş olmaları da güman edilir.
Anaları
Bu iki şəhid məsumun anası Şeyx Hacı Həmzə əfəndinin qaçması barə-
də xəbər yayıldıqdan sonra gələn-gedəndən oğullarını soruşub-du rurmuş.
H Ü M A Y İ - Ə R Ş
73