H Ü M A Y İ - Ə R Ş
69
sonra Həzrəti Şeyxin tərifinin ən mükəmməl təsdiqi idi. Həzrəti Mövlanə Şeyx
İsmayıl Şirvani də bütöv bir rəşadətə sahib bir kamil mürşid və mükəmməl ustad
idi.
Bunların görüşü də möhtəşəm bir nemət idi. Sanki hidayət məşəlində qovuşmuş
bir parlaq şölə idilər.
Nə gözəl təsadüf, nə gözəl bəxtiyarlıq...
Qəlbdən gələn bir dua
Ey Uca Rəbbim, buraya qədər qələmimə, barmaqlarıma qüdrət verən sənsən,
mən sənin maddi və mənəvi irfanından bəhrə almamış aciz, zavallı bir qulunam,
istinad etdiklərim bir istinadgaha möhtac, yardım istədiklərim özləri yardımçıya
möhtacdırlar, əzəli əhddən cahil, hazırki zamanda təmbəl (qabiliyyətsiz), gələcəkdən
xəbərsizəm.
Yuxarıda gözəl adları keçən bəndələrinin mübarək, müqəddəs adlarını yazmaq
iqtidarına nail eylədiyin üçün acizanə şükrümü təqdim edirəm. Sən mənim bu
şükranımı əcr və mükafat yerinə qəbul buyur.
Peyğəmbərlərin əfəndisinin hörmətinə, amin.
Rusiyada qohumlarından birinə xəbərdarlığı
Qohumlarından biri guşənişinliyə yönəlmək arzusunda olduğunu
bildirərək xəlvətnişin (guşənişin) olmaq üçün ondan icazə istəmiş. Ona bu
məsələdə icazə verilməyəcəyini incə bir şəkildə işarə vursalar da, israrından
əl çəkməmiş. Qəribədir ki, şeyxin hüzurunda inabət xahiş edən bu z atın
qısraqları o gün Bərgüşad çayının o biri tərəfində olduğu üçün zehnən də
onunla məşğul imiş. Çarəsiz qalan şeyx:
“Hey əmioğlu, sən get qısraqlarını güd. Bu iş könlü tox sultan əshabının
işidir. Bir - iki qısraq arxasında dolaşan zavallıların işi deyildir” – demişdir.
Bu zavallı təsirlənərək çıxmış və hər yerdə keyfiyyəti belə hekayə
edərmiş.
32
İZDİVACI
R
usiyaya [Qarabağa] gəlişinin birinci ilində Bərgüşad çayı
kənarında yerləşən Mirlər kəndindən Mir Saleh əfəndinin
iffətli kəriməsi (qızı) Əzizə xanımla izdivac bağlamışdır. Bu
xanımla iki ilə yaxın həyat sürmüş, bu biçarə dünyaya uşaq gətirdiyi
əsnada Rəhmanın rəhmətinə getmişdir. Bu xanımın vəfatından sonra
mərhumənin kiçik bacısı Şəhnisa xanımla evlənmişdir. Adı gözəl, özü gözəl
bu xanımın uşağı olmadığı üçün dörd il sonra Salvartı yaylağında (Araz
çayı kənarında yerləşən Molla Məhərrəmli kəndində həqiqətpərəst fəzilət
sahibi Allahverdi əfəndi həzrətlərinin iffətli qızı) Əminə xanım ilə izdivac
bağlamışdır. Rəşadət sahibi oğul övladı Siracəddin əfəndi həzrətləri bu
xanımdan olmuşdur.
32
Səhih rəvayət
70
H Ü M A Y İ - Ə R Ş
RUSİYADAN TƏKRAR HİCRƏTİ
R
usiyada [Qarabağda] bu şəkildə övlad və əyalı ilə bağlı qalan bu
zat ictimai həyatda üzərinə düşən vəzifəni də yerinə yetirərək
özünü bölgə xalqının elm və irfan qazanmasına həsr etmişdi. Belə
ki bunların maddi və mənəvi səadətlərini təmin arzusundan hec cür əl çəkə
bilmirdi. Hər kəsi elm və irfana təşviq və sövq edir, bir tərəfdən də bunlara
islamiyyətin əmr etdiyi dinin ən əsas qaydalarını öyrədirdi. Bu sırada Şəkinin
Ağdaş kəndində eyni məqsəd və məfkurə uğrunda özünü fəda edən Əhməd
əfəndi
33
həzrətlərilə (dərs şəriki olması ehtimal olunur) Şuşa qalasında Xan
Bağı adlanan yerdə Ləzgi xanədanından Xasay
xan həzrətlərinin malika-
nəsində bir məclis vaqe olmuş. Məclisdə müsəlman bir millətin yaşadığı bu
bölgənin xristian bir hökumətin idarəsi altında qalması müvafiq olmadığı
məsələsi ətrafında bir sıra düşüncələr əmələ gəlmiş və müzakirə əsnasında,
ٓءﺎﻴﻟﻭﺍ ٰﺭﺎَﺼﱠﻨﻟﺍَﻭ َﺩﻮُﻬَﻴْﻟﺍ ﺍﻭُﺬِﺨﱠﺘَﺗ َﻻ ﺍﻮُﻨَﻣٰﺍ َﻦﻳ ۪ﺬﱠﻟﺍ ﺎَﻬﱡﻳَﺍ ﺎَﻳ
[Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri
(özünüzə) dost tutmayın!]
(Maidə: 51)
ayəsinin məğz və mənasına uyğun hərəkət
edilməsi gərəkdiyinin vacibliyi qənaəti hasil olmuş. Bundan sonra lazımi
hərəkət planı müzakirə edilərək aşağıda məzmunu yazılı qərar üzərinə
müamilə etmək üçün ittifaq hasil olunmuşdur.
Qərarın məzmunu
O zamankı Qars mütəsərrifinə gəldikləri ortaq qərarı ehtiva edən bir
məktub göndərilməsi qərarlaşdırılmış. Qərara əsasən, Osmanlı hökumətilə
rus hökuməti arasında hər hansı bir səbəbdən dolayı meydana gələcək
ixtilaflı vəziyyətlərdə iki dövlət arasında düşmənçiliyə səbəb olacaq bir hal
baş verərsə, Osmanlı ordusunun hücumunun ardınca Qarabağda Şeyx
Hacı Həmzə əfəndi, Şəkidə Əhməd əfəndi, Dağıstanda Xasay xanın dərhal
fəaliyyətə keçərək qəfil və ümumi üsyan meydana gətirməyi söz verdikləri
bəyan edilirdi. Məsələ qərarlaşdırıldıqda qərarın surətini bəyan edən
məktub yazılaraq bu iki irfan günəşi tərəfindən möhürlənmiş Xasay xan
mərhum da müstəar bir adla imza atmış və məktub iki şəxsin əlinə əmanət
edilərək Qarsa doğru yola çıxarılmışlar. Həmzə və Əhməd əfəndilər də
məclis başa çatdıqdan sonra öz evlərinə qayıtmışlar.
33
Qarabağın Cəbrayıl uyezdində Araz çayı kənarındakı Molla Məhərrəmli kəndindən
olan, indi İstanbulda camaata dərs verən fazil Xoca Abdullah əfəndi bu rəvayəti
zarafatla danışmışdır. Aşağıya olduğu kimi dərc edilir:
Əhməd əfəndi həzrətləri Şəkinin Ağdaş kəndindən deyil. Şirvanın Külülli (indi İsmayıllı
rayonuna daxildir-red.) kəndindən, Hacı Əhməd əfəndidir. Həzrəti Pirin dərs şəriki
deyildir. Həzrəti Pir ilə bərabər Mövlanə Şeyx İsmayıl Şirvani həzrətlərindən inabət
almışdır. Təriqət yoldaşıdır. 25 ramazan 1353-cü il tarixli [m.1934/35] məktubunda
kəndin adının Küllünli olduğunu açıqlamışdır. Avam əhali arasında Külülli deyə yad
edilirmiş. Müəllim Məsud əfəndinin rəvayətinə görə, Şirvanda ədiblərdən bir Mirzə
Cəfər varmış. Kəndin belə adlanmasının səbəbini bundan soruşmuşlar. Bu zat hər
kəndin adını bir-bir izah etdikdən sonra sıra Hacı Əhməd əfəndi həzrətlərinin kəndinə
gəlmiş, bunun belə adlandırılmasını bu şəkildə bəyan etmiş:“Guya bir zaman İblisə
bu kəndin adı nədir deyə soruşmuşlar. O da “küllün li” demişdir, yəni hamısı mənim
ümmətimdir demək istəmişdir”. Hacı Əhməd əfəndi bu kənddən müstəsna olaraq
yetişmiş mübarək zatlardan imiş.