Dərs otağı, dərs cədvəli Məhsəti küç., 11 (Neftçilər kampusu), 101 saylı otaq



Yüklə 78,37 Kb.
tarix26.09.2017
ölçüsü78,37 Kb.
növüDərs

S Y L L A B U S

Ümumi məlumat

Fənnin kodu və adı

EDU 350 Elementary Health and Physical Education

Kreditlərin sayı

3 kredit

Departament

Bioloji elmlər

Proqram

Bakalavr

Tədris semestri

2016 Yaz

Fənni tədris edən müəllim

Pərvanə Baxşəliyeva

E-mail

parvana.bk@mail.ru

Telefon




Dərs otağı, dərs cədvəli

Məhsəti küç., 11 (Neftçilər kampusu), 101 saylı otaq

Mühazirə/Seminar məşğələ: Şənbə 11:50-15:10



Məsləhət saatı

Çərşənbə günü, saat 16.00-18.00

Prerekvizitlər

Yoxdur

Tədris dili

Azərbaycan dili

Fənnin növü

Əsas

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər:

  1. Мохнач Н. Н. Валеология. Конспект лекций: Учебное пособие для вузов, 2004.

  2. Дорошкевич М. П., Нашкевич М. А., Муравьева Д. М. и др. Основы валеологии и школьной гигиены: Учебное пособие для вузов. 2003. 

  3. Вайнер Э.Н. Валеология: Учебник для вузов. 2001, 416 с.

Əlavə vəsaitlər:

  1. Голицына И.И., Карасева Т.В. Основы валеологии. 1996. Е-Books, Медицинская библиотека http://www.booksmed.com

  2. Кардашенко В.Н. (ред.). Гигиена детей и подростков. М., 1988. E-Books, Медицинская библиотека http://www.booksmed.com

Köməkçi –WEB mənbələr

https://www.edu.gov.mb.ca/k12/cur/physhlth/framework

https://www.antonovayu.ru/fizkultura_v_vischei_schkole

http://www.edu.gov.on.ca/eng/curriculum/elementary/healthcurr18.pdf



Tədris metodları

Mühazirə

x

Seminarda qrup müzakirəsi

x

Video-materialların baxışı və təhlili

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Davamiyyət

Semestrin sonunda

5

Fəallıq

Hər dərs

5

Yoxlama işi (Quiz)

Semestr ərzində 1 dəfə

10

Prezentasiya

Semestr ərzində

10

Aralıq imtahanı

Cədvəl üzrə

30

Final imtahanı

Cədvəl üzrə

40

Yekun




100

Kursun təsviri

Bu kurs ibtidai məktəb müəllimləri üçün nəzərdə tutulmuşdur. Bu fənn çərçivəsində sağlamlığın əsasları, sağlamlığın möhkəmləndirilməsi yolları və bununla əlaqədar fiziki fəaliyyətin əhəmiyyəti öyrənilir.

Kursun məqsədi

  • Tələbə orqanizim və mühitin qarşılıqlı əlaqəsi haqqında müəyyən bir fikrə sahib olmalı, insanın təkamüldəki yerini anlamalı, həmçinin insan orqanizminin bioloji təbiyyəti və bütövlüyü haqqında biliklərə sahib olmalıdır;

  • Tələbə kursun gedişində insanın fərdi və ehtiyat saxlamlığı və eləcə də insanın və cəmiyyətin fiziki, kimyəvi, psixi və sosial sağlamlığı haqqında bilikləri öyrənməlidir;

  • Tələbə sağlamlığın qorunmasını və möhkəmlənməsini təmin edəcək bilik, bacarıq və vərdişləri mənimsəməli, insanın psixofiziki bacarıqlarını inkişaf etdirməli və eləcə də insanın təhsil prossesinin subyekti olmasını bilməli, onun yaşauyğun və fərdi-tipoloji xüsusiyyətləri haqqında təsuratı olmalıdır;

  • Tələbə sağlamlığın vacib bir varlıq olmasını dərk etməli, həyat fəaliyyətinin təhükəsizliyi və sağlamlığın qorunması üçün bilik və bacarıqlara malik olmalıdır;

  • Tələbə sağlam həyat tərzi anlamını və onun əsas xüsusiyyətlərini doğru başa düşməli, sağlamlığa zərər vuran vərdişlərin koreksiyası (düzəldilməsi) və qarşısının alınması üçün biliklərə yiyələnməlidir.

Kursun öyrənilməsinin nəticələri

Kursun öyrənilməsi zamanı tələbələrə qoyulan tələblər:

  • Tələbə insan biologiyası haqqında baza biliklərə malik olmalı, insan orqanizminin əsas morfoloji və fizioloji Xüsusiyyətlərini bilməlidir;

  • Tələbə insan sağlamlığı anlamını düzgün şərh etməyi, konkret insanın sağlamlıq və eləcə də ehtiyat səviyyəsini adekvat qiymətləndirməyi bacarmalıdır;

  • Kursun sonunda tələbə sağlam həyat tərzini təyin etməyə, anlamağa və təbliğ etməyə imkan verən vərdiş və bacarıqlara malik olmalı və eləcə də sağlamlığı qoruyan və möhkəmləndirən tədbirləri həyata keçirməlidir;

  • Tələbə şəxsiyyətinin fərdi inkişaf prossesində sağlamlıq mədəniyyətinin təbliği üçün bacarıqlara yiyələnməli və eləcə də təhsil alanları sağlam həyat tərzinə gətirmək ilə ehtiyat və ümumiyyətlə sağlamlığın möhkəmlənməsi uyğunlaşmanı formalaşdırmağı bacarmalıdır.

Qaydalar

(tədris siyasəti və davranış)

Dərsin təşkili


  • Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır.

  • Yeni mövzu əyani vasitələrin (PPT və video fayllar) nümayişi ilə izah ediləcəkdir.

  • Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri (Quiz) yoxlanılacaqdır.

  • Seminar məşğələləri zamanı tələbələrin əvvəlki mövzunu mənimsəmələri şifahi və yazılı sorğunun keçirilməsi ilə hər dərs qiymətləndiriləcəkdir, semestrin sonunda isə ortaq qiymət çıxarılacaqdır (Fəallıq).

  • Semestr ərzində fərdi mövzuda prezentasiyalarınverilməsi vacibdir. Prezentasiya vaxtı, sonunda müzakirə də daxil olmaqla 15-dəqiqədən artıq olmamalıdır. Prezentasiyanın özü isə çap olunmuş variantda təhvil verilməlidir. Prezentasiya mövzuları və qaydaları haqda dərsdə daha geniş tanışlıq olunacaqdır.

Ümumi qaydalar

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 25%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Gecikmə

Tələbə dərsə 10 dəqiqədən artıq gecikmişdirsə, onun dərs otağına daxil olması və dərsə maneçilik törətməsinə icazə verilmir.



Yoxlama işi (Quiz)

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur. İmtahanda iştirak etməmək yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir. İmtahanlar kumulyativ xüsusiyyətli olmalıdır. Aralıq və yekun imtahanların mövzuları tələbələrə imtahandan öncə verilir. Son imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş materialların əsasında tərtib olunur.



Tələbənin kursu başa vurması

60% və daha artıq bal toplamış tələbə kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu yenidən keçməlidir.



İmtahan qaydalarının pozuntuları

İmtahanlarda mövcud qayadaların pozulması (köçürmə cəhdləri, köçürmələr, imtahanın gedişini pozmaq və digər qanunsuz hərəkətlər ) hallarında tələbənin imtahan işi ləğv olunur.



Dərslərdə davranış

Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri-etik davranışa qətiyyən yol verilmir.Tələbə dərsdə fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır.



Dərs zamanı mobil telefonlardan və digər elektronik cihazlardan istifadə qəti qadağandır!


MÖVZULAR ÜZRƏ SAATLARIN TƏXMİNİ BÖLGÜSÜ VƏ TƏQVİM-TEMATİK PLAN

Həftə

Tarix

(planlaşdırılmış)

Mövzular

Saatlar

Qeyd:

Tələbələrə verilən material –gündəlik mühazirədir



Mühazirə

Təcrübi məşğələ

1

13.02.2016

İnsan və onun yaşadığı mühit. Həyatın anlayışı və onun yer kürəsindəki təkamülü. Yer kürəsinin təkamülündə insanın yeri. İnsan bioenergetik sistem kimi.

2







İnsanın həyat fəaliyyətinin sosial prinsipləri. İnsan orqanizmi və onun ehtiyatları. İnsanın həyat fəaliyyətinin təminində bioritimlərin rolu.




2




2

20.02.2016

Sağlamlıq anlayışı və Valeologiya: sağlamlıq haqqında elm kimi. Cəmiyyət və insanın fiziki, psixi və sosial sağlamlığının qarşılıqlı əlaqəsi.

2







İnsan sağlamlığının formalaşma faktorları. İndividual və ehtiyat sağlamlıq anlayışları.




2




3

27.02.2016

İnsanın morfologiya və fiziologiyasının əsas müddəaları. İnsan orqanizminin sümük, əzələ və həzm sistemlərinin quruluşu və funksiyası.

2







Hüceyrə, toxuma və orqan haqqında anlayış. Dayaq – hərəki aparatın və həzm orqanlarının funksiyaları.




2




4

05.03.2016

İnsan orqanizmində sidik xaric edici, reproduktiv, endokrin və qan-damar sistemlərinin quruluşu və funksiyası.

2







Sidik xaric etmə və hamiləliyin fiziologiyası. Endokrin vəzilərin və qan-damar sisteminin funksiyası.




2




5

12.03.2016

Obyektiv dünyanın subyektiv əksi kimi, insan psxikasının anlamı. İnsanın sinir və sensor sisteminin quruluşu.

2







Əsas analizatorların fiziologiyası və xüsusiyyətləri, həmçinin onların insanın ətraf mühitlə əlaqə yaratmasında rolu.




2




6

19.03.2016

İnsanın fiziki sağlamlığının əsasları. İnsanın ehtiyat bacarıqları.

2







Ekoloji Valeoloqiya. Mövcud ekoloji şərayitdə insan sağlamlığının optimallaşdırmasının yolları.




2




7

26.03.2016

Ailə, yaşlılıq və sosial Valeologiya. Gigiyena elminin əsas müddəaları və onun Valeologiya ilə qarşılıqlı əlaqəsi.

2







Ailə sağlamlığının əsasları. Sağlam həyat tərzi əsas fəaliyyət sistemi kimi. (Quiz)




2




8

02.04.2016

Peşəkar və xüsusi Valeologiya. Tibbi Valeologiyanın əsas anlayışları.

2







Ən çox yayılan xəstəliklər və bu xəstəliklərin qarşısının alınmasının yolları. Həyat fəaliyyətinin təhlükəsizliyinin əsasları.




2











Aralıq imtahan


9

09.04.2016

Pedoqoji Valeoloqiya. İnsanın psixi sağlamlığı, anlamı, formalaşma yolları.

2







Valeoloji təhsil, valeoloji təlim, valeoloji tərbiyə və mədəniyyət.




2




10

16.04.2016

İnsanın psixofiziki bacarıqlarının inkişafı və təkminləşdirilməsi. Mənəvi-etik sağlamlığın əsasları.

2







Zərərli vərdişlərin qarşısının alınma üsullarının əsasları. Sağlamlığa zərər vuran vərdişlərin düzəldilməsi və ləğv edilməsi.




2




11

23.04.2016

Təhsil müəssisələrində təhsil prosesinin təşkili və vəziyyəti; onun Valeoloji qiymətləndirilməsi və düzəlişi.

2







Təhsil müəssəsində sağlamlıq qoruyan professional fəaliyyətə yönəlik formalı pedoqoji kollektiv yaratmaq məqsədi ilə pedoqoji kollektivlə görülməli işlər. Ailələrdə uşaqların sağlamlığı üçün əlverişli şəraitin yaradılmasında valideynlərlə görülməli işlər.




2




12

30.04.2016

Bədən tərbiyəsində nəzəriyyənin tətbiqi. Fiziki tərbiyənin ümumi prinsiplərinin xüsusiyyətləri.

2







Bədən tərbiyəsinin didaktiv prinsiplərinin xüsusiyyətləri: şüurluluq, aktivlik, dəqiqlik, dinamiklik, sistemlilik.




2




13

07.05.2016

İnsan sağlamlığına fiziki hərəkətlərin təsiri (insanın fiziki və psixi vəziyyətinə təsiri). Bədən tərbiyəsi aktivlərinin təsnifatı.

2







İnsanın sağlamlaşmasının təbii faktorları. Fiziki tərbiyənin təbii və gigiyenik üsullarının müasir fikirləri. Sağlamlıq effekti, onların istifadə qaydaları.




2




14

14.05.2016

Fiziki tərbiyə ilə məşğul olanların imkanlarının uyğunlaşması. Yüklənmə anlamı və onun qədərinin təyin olunmasının əsasları. Məşğul olanın fərdi xüsusiyyətlərini nəzərə almaqla fiziki yüklənmənin qədərinin təyini.

2







Fiziki tərbiyənin gigiyenik faktorlarının nəzərə alınmasının zəruriyyəti: uyğun qidalanma rejimi, fərdi gigiyena, sərbəst tənəffüs gimnastikası, masaj və s. (Quiz)




2




15

21.05.2016

Fiziki mədəniyyətin xüsusiyyətlərinin əsas formaları. Sağlamlıq məşqlərinin (yüklənmənin intensivliyi, növü, qədəri) fizioloji əsasları. Oyun və yarış metodları.

2







Uşaq və qadınlarda fiziki yüklənmənin qədərinin təyininin xüsusiyyətləri. Fiziki xüsusiyyətlərin (güc, cəldlik, dözümlülük, elastiklik və s.) inkişafının ümumi xüsusiyyətləri və onlara sağlam yanaşma.




2










Final imtahanı



Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcəkdir.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə