Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı
kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid
Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı
bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib.
O, 1903cü ildə Azərbaycan Gənc İnqilabçılar Dərnəyini bir neçə azərbaycanlı
tələbənin iştirakı ilə yaratmışdır.Bu təşkilatın təbliğat işində Hümmət qəzeti
böyük rol oynamışdır Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-
idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1908-ci ilin axırında
Məhəmməd Əmin Rəsulzadə çar hökuməti tərəfindən onun həbs olunması
təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür
Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas
rəhbərlərindən biri olan Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah
hökumətindən tələb eləyir. O, təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin
may ayında İstanbula gedir,ancaq
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan
olunur və vətənə qayıda bilir.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və
Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi
daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də
seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən
ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli
Şuranın sədri seçilib. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları
və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar,lakin
Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28
aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra
M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə
Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il
martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.
Dostları ilə paylaş: |