Məhəmməd Əmin Rəsulzadə



Yüklə 347,16 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix27.08.2023
ölçüsü347,16 Kb.
#120998
1   2   3   4   5   6   7   8   9
Miq Müsahibə Dərs-2

AUTIZM 
 
Autizm
— üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı 
təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib 
çıxaran beyinin inkişafına maneə törədən bir pozğunluqdur. Autizmin əlamətləri 
əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünə 
qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər 
geniş yayılmış haldır belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə 
olunur. Onun nədən yaranmasına fikir bildirən mütəxəssislər belə hesab edirlər 
ki,autizmin yaranmasi həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və 
sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş 
verən narahatlıqlar,eləce də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər. 
Autizmli uşaqlarda aşağıda sadalanan bir çox simptomlarda özünü göstərir: 
Göz təması yoxdur və ya məhduddur. 
Adları çağırılanda reaksiya və ətraf mühitə əhəmiyyət vermirlər. 
Onlar hiperaktiv və ya qeyri-aktiv ola bilərlər. 
Qucaqlaşmaq və öpüşmək kimi fiziki təması sevmirlər. 
Danışıqlarında gecikmə olur və ünsiyyətdən qaçınırlar. 
Bəziləri çox inadkar və qəddar ola bilər. 
Sosial mühitə girdikləri zaman həddindən artıq qorxa və reaksiya verə bilərlər. 
Onlar hər şeyə qarşı maraqsız və gülə bilirlər 
Əlamət və simptomların dörd əsas qrupu qeyd olunur:
Erkən uşaq autizm (2 yaşına çatmamış uşaqlar) 
Uşaq autizmi (2-11 yaş qrupundan olan uşaqlar) 
Yeniyetmə autizmi (11-–18 yaş qrupundan olan yeniyetmələr) Böyüklərdə 
autizm 


Daun sindromu 
 
Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter 
xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu 
"monqolizm" adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" 
adlandırılmasına təpgisindən sonra bu 
xəstəlik
 onu kəşf edən alimin şərəfinə 
"Daun sindromu" adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni 
olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru 
olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə 
çıxır. Gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, 
ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif 
inkişaf etmiş olur. Yəni monqoloid irqinə mənsub şəxslərə bənzəyirlər. 
"Monqolizm" adı da bu səbəbdən işlədilib. 
Bu xəstələrdə görmə pozğunluğu da müşahidə olunur. Qulaqları zəif inkişaf edir. 
Skeletin normal inkişafı pozulduğu üçün daun sindromlu körpələr oturmağı və 
yeriməyi gec öyrənir. Həzm və qan-damar sistemində ciddi patalogiyalara rast 
gəlinsə də, ifrazat sistemində elə də kənaraçıxma çox olmur. İmmun sistemi zəif 
olur, xəstəliklərə daha tez tutulur, xüsusi ilə də bədxassəli şişlərə tutulma riski 
çox böyükdür. Beynin ümumi inkişafdan qalması və beyinciyin zəif inkişaf 
eləməsi əqli cəhətdən geriliyə, eləcə də hərəkətin normal koordinasiyasının 
pozulmasına gətirib çıxarır. Kişilər dölsüz olur, qadınlar bəzən nəsil verə bilir. 
Daun sindromlu xəstələrin əksəriyyətinin böyrəklərində və ürəklərində 
anadangəlmə qüsur müşahidə edilir. Ağılkəmliyi bütün bu xəstələrdə 
xarakterikdir. Ağılkəmliyi iki formada olur: ideateya və imuselis. İmuselis bu 
xəstəliyin daha yüngülüdür. Ən ağır forması isə ideateyadır. Daun xəstələrində 
tez-tez piylənmə halları da aşkar edilir. Daun sindromlu uşaqlar çox mehriban 
olurlar. Onlar insanlarla tez bir zamanda ünsiyyət qururlar. Hətta özlərinə qulluq 
etməyi də bacarırlar. Belə körpələr digər normal uşaqlar kimi şeir, nağıl öyrənib 
yadda saxlayırlar. Daun irsi xəstəlikdir və xəstəlik uşağa yalnız anadan keçir. 
Xəstəlik insanın bütün ömrü boyu davam edir. Bu halda həyatın 
davametmə müddəti orta hesabla 50 yaşa qədər təşkil edir. Başqa uşaqlar kimi, 
Daun sindromlu körpələrin də öz yaxınları tərəfindən sevgi və qayğıya 
ehtiyacları vardır. Həyatının ilk günlərindən onlar üçün yaradılan təhlükəsiz 
mühit və qulluq onunla aparılacaq məşğələlərin təməlini təşkil edir. 
“Məşğələlər” sözü erkən yaşda şərti xarakter daşıyır. Uşağa qulluq və onunla 
oyunlar zamanı inkişaf və bacarıqların formalaşması baş verəcəkdir. 
Məktəbəqədər yaşda xüsusi təşkil olunmuş məşğələlər uşağın həyatında daha 
böyük yer tutur və buna görə də uşağın inkişafında ən əlverişli variant onun 
uşaq bağçasına getməsidir. 



Yüklə 347,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə