Məhəmməd Əmin Rəsulzadə



Yüklə 347,16 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix27.08.2023
ölçüsü347,16 Kb.
#120998
1   2   3   4   5   6   7   8   9
Miq Müsahibə Dərs-2

Multikulturalizm 
 
Multikulturalizm çoxmədəniyyətli cəmiyyətin təşkilinin elə bir mədəni və siyasi 
prinsipidir ki, burada müxtəlif mədəniyyətlərə, dinlərə, irqlərə mənsub insanlar 
mədəni özünəməxsusluqlarını qoruyub saxlaya və dinc yanaşı yaşaya bilərlər. 
Multikulturalizmin geniş mənada mahiyyəti ondan ibarətdir ki, dövlət 
cəmiyyətdəki müxtəlif və biri-birindən fərqli mədəniyyətlərin daşıyıcıları olan 
fərdlər, yaxud sosial qruplar arasında fərq qoymur, onların heç birini 
digərindən üstün, yaxud aşağı hesab etmir və bütün mədəniyyət daşıyıcılarına 
bərabər hüquqlar tanıyır. Başqa sözlə desək, dövlət cəmiyyətdə olan mədəni 
dəyərlərə birbaşa müdaxilə etmir və dövlət tərəfindən əvvəlcədən 
formalaşdırılmış mədəni dəyərlər sistemini cəmiyyətə yeritmir. Bu məsələdə 
sosial subyektlərə bir növ sərbəstlik tanıyır. 
Multukulturalizmin sosial hadisə kimi formalaşmasına aşağıdakı faktorlar təsir 
edir
• 
Eyni ərazidə uzun dövrlər birgə yaşayış; 
• 
Ölkənin coğrafi mövqeyi (məsələn, ticarət yolları üzərində yerləşməsi); 
• 
Rifah halıyla bağlı kütləvi miqrasiya; 
• 
Tarixi köçürülmə siyasəti; 
• 
Müharibə səsbindən məcburi köç. 
Multikulturalizmin əsasını çoxetnoslu tərkibi olan Azərbaycan xalqı təşkil edir və 
xalqımız müxtəlif etnosların birliyini təmsil edir.Məlum olduğu kimi, 
azərbaycançılıq ideologiyası Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmışdır. 
Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 
Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi 
əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli 
olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. 
Azərbaycan çoxsaylı miqrant 
axınları qəbul edən ölkələrdən olmasa da, millətin formalaşmasının keçdiyi uzun 
tarixi yolda müxtəlif etnik, mədəni və dini qruplarla qarşılaşıb. Əlverişli coğrafi 
mühit, yerli insanların xoş davranışı bu qrupların bəzilərinin Azərbaycana üz 
tutmasına səbəb olub. Əhalinin ümumi sayında etnik və dini qrupların payının 
geniş olmasına baxmayaraq, Azərbaycan çoxsaylı etnik və dini qrupların yaşadığı 
multikultural ərazi hesab edilir. 



Yüklə 347,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə