Məhəmməd Əmin Rəsulzadə



Yüklə 347,16 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix27.08.2023
ölçüsü347,16 Kb.
#120998
1   2   3   4   5   6   7   8   9
Miq Müsahibə Dərs-2

Mutizm
 
Mutizm uşaqlar arasında yayılan problemlərdən biridir. “Mutus” sözündən olub 
“səssiz”, “susqunluq” mənasını daşıyır. Uşağın danışa bildiyi halda danışmaqdan 
imtina etməsi psixoloji bir problem hesab edilir. 
Mutizm nadir görülən bir problemdir və adətən uşaq yaşlarında xüsusilə 4-8 
yaşlar arasında meydana çıxır.
Adətən sosial ortamlarda uşaqlar danışmaqdan çəkinir. 
Bəzi mühitlər –məsələn, evdə, yaxınlarının yanında isə azyaşlı özünü daha yaxşı 
hiss edir və axıcı formada danışır. Əgər problem, sosial əlaqəsinə təsir edirsə, bir 
aydan artıq davam edirsə bu araşdırılmalıdır. Bütün uşaqların ilk düşdükləri 
ortamda susqun qalması normaldır , ancaq bu davamlı hala çevrilərsə 
mütəxəssis tərəfindən araşdırılmalıdır.
Bu problemin yaranmasında ətraf mühit və ailənin təsiri çox böyükdür.
Valideynlərə bu barədə bir sıra tövsiyələr verilir: 
Ana, uşaqlarını düşdükləri ortamda danışmadığı üçün cəzalandırmamalıdır. 
Danışmırsa məcbur etməməli, utandırmamalıdır. 
Psixoloqa müraciət etməlidir.
Uşaq üçün rahat mühit yaradılmalıdır. 
Lazımi zamanlarda bir sıra dərmanlardan istifadə edilə bilər.
Mutizm iki qrupa ayrılır: Orqanik və funksional mutizm.
Orqanik mutizm mərkəzi sinir sistemindəki problemlərdən yaranır, psixoloji 
səbəblərdən qaynaqlanmır.
Mutizmin iki növü var:Total mutizm və selektiv mutizm.
Total mutizm zamanı insan heç bir halda heç kimlə ünsiyyətə girmir və danışmır. 
Ünsiyyətə girmək istəyini nadir hallarda yazılı şəkildə ifadə etməklə təmin 
etməyə cəhd göstərir.
Selektiv mutizm zamanı uşaqlar bir və ya bir neçə şəxsi seçir və yalnız onlarla 
danışır. Bu uşaqla danışmağa cəhd olunduqda göz kontaktına girməkdən 
çəkinirlər və hərəkətsiz, reaksiyasız dururlar. Az da olsa ünsiyyətə girməyə 
maraq göstərdiklərində bunu jest və mimikaların köməyi ilə, ya da yazılı yolla 
ifadə etməyə çalışırlar.
Onu da Qeyd etmək olar ki, davametmə müddətinə görə mutizm iki yerə 
bölünür: keçici və davamlı mutizm. 
Yaranma səbəbləri isə müxtəlifdir: 
Yaşanılan psixi travma
Ailənin ayrılması 



Yüklə 347,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə