Məhəmməd Əmin Rəsulzadə



Yüklə 347,16 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix27.08.2023
ölçüsü347,16 Kb.
#120998
1   2   3   4   5   6   7   8   9
Miq Müsahibə Dərs-2

Bullinq 
 
Bullinq
(
ing. 
“bullying”) – bir və ya bir qrup uşağın başqa bir uşağa qarşı 
bilərəkdən dəfələrlə nümayiş etdirdiyi qərəzli və aqressiz davranış formasıdır.
 
UNICEF-ə görə bullinq (ing. bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari 
və təkrar olaraq törədilmiş aqressiv davranışdır. 
Bullinqin (zorakılığın) bir çox 
növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq. 
Məqsədinə görə bulliqin növləri:
Məqsədli, məqsədsiz bullinq (düşünülməmiş bullinq,təhsil billinqi) 
Davranışına görə növləri; 
Fiziki, qeyri-fiziki (verbal, qeyri-verbal,sosial bullinq) 
Bullinqin birbaşa və ya dolayı yolla təsirinə görə növləri; 
 
Vasitəsiz, vasitəli bullinq 
Xüsusi növ bullinq- 
kiber bullinq 
Məktəbin təhsil sahəsində bullinqin olması ailədə toplanmış mənfi enerjini çölə 
atmaq istəyi ilə izah edilir. 
Son zamanlar dünyanın bütün ölkələrində təhsil 
müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri bullinqdir 
Qurban ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. 
Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir. bullinqə məruz qalan 
uşaqlarda stress tez-tez özünü fizioloji aspektdən göstərir: onlar iştahanı itirir, 
gecə qarabasmalarından əzab çəkir, yuxuda ağlayır, baş ağrıları onlara əziyyət 
verir. Bəzən onlar fiziki cəhətdən özlərinə zərər yetirə bilərlər. Aqressiv təqibin 
qurbanı güclü və ya bacarıqlı olub-olmamasından asılı olmayaraq, istənilən uşaq 
ola bilər.Bəzən bu cür hallar uşağı intihar barədə fikirlərə qədər apara bilər. 
Bullinqlə mübarizə çoxmərhələli və çoxşaxəli prosesdir. Hər bir məktəb bütün 
heyəti bullinq haqqında məlumatlandırmalı, onun müəyyən edilməsi, fəsadları 
və haralarda baş verə biləcəyi barədə xəbərdar etməlidir. Bu işdə müəllimlər, 
məktəbin administrasiya heyəti, şagird və valideynlərin sıx əlaqəsi daha böyük 
əhəmiyyətə malikdir. Məktəb işçiləri və müəllimlərin bir-biri ilə sıx əlaqəsi 
halında məktəbdaxili qayda-qanunların yaradılması və nəzərdən keçirilməsində 
bərabər töhfələr verilmiş olur, heyət işçiləri arasında bir-birinin rəyi müsbət 
qarşılanır. Hər bir məktəb xüsusən bullinqin qarşısının alınması üçün 
bullinq 
əleyhinə məktəbdaxili qaydalar
toplusu işləyib hazırlaya bilər. Hətta məktəb 
şagirdlərin iştirakı ilə bullinq əleyhinə, onun müəyyən edilməsi və qarşısının 
alınması haqqında izah verəcək və ya bullinq qayda-qanunlarını əks etdirəcək 


kiçik hekayələrlə video çarxlar hazırlayıb daima təkrarlanan ekran lövhələrində 
yerləşdirə bilər. Məktəb rəhbərliyi nəzarət kameralarının məktəbdə müvafiq 
yerlərdə və müvafiq sayda yerləşdirməsinə diqqət yetirməlidir. Bullinqin baş 
verdiyi an şagirdlər bunun məhz bullinq olduğunu və onun baş verdiyi vaxt nə 
edəcəklərindən məlumatları olmaya bilər. Buna görə də hər bir məktəb öz 
kurikulumunda hər rüb bullinq haqqında və bullinq probleminin həllində 
şagirdlərin nə kimi rolu ola biləcəyi haqqında məlumat verməli, 
icbari sinif 
müzakirələrini
təşkil etməlidirlər. Bundan əlavə, şagirdlərə aktiv olaraq bullinq 
qurbanına necə yardım göstərə biləcəyi haqqında ipucları verilməli və onlarla 
bullinq qurbanına qarşı empatiya, bullinq törədənə qarşı isə dözümsüzlük 
yaratmağa kömək edəcək maarifləndirmə xarakterli söhbətlər aparılmalıdır. 

Yüklə 347,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə