Məhəmməd Əmin Rəsulzadə



Yüklə 347,16 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix27.08.2023
ölçüsü347,16 Kb.
#120998
1   2   3   4   5   6   7   8   9
Miq Müsahibə Dərs-2

 


Mübariz İbrahimov 
 
Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun 
Əliabad kəndində anadan olub. Uşaq yaşlarından idmanın boks növü ilə məşğul 
olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi 
xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı 
qüvvələrdə xidmət etmiş İbrahimov iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu 
ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır. 
Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət 
etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru 
irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı 
kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir 
və burada beş saat döyüşərək səhər saatlarında şəhid olmuşdur. Döyüşdən 
sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı 
ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. 
Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə 
Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun 
nəşi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdir. O, İkinci Fəxri 
Xiyabanda dəfn edilmişdir. Həmin ildə
Azərbaycan Prezidenti İlham Əliyev 
Azərbaycan 
Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan 
Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna 
xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının 
(ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə 
sərəncamlar imzalayıb.
4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun şəhid olduğu yer Azərbaycan Silahlı 
Qüvvələri tərəfindən azad edilmiş və burada Azərbaycan bayrağı 
dalğalandırılmışdır 



Yüklə 347,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə